Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1510/2025 23.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 2480 manat əsas borc, 248 manat faiz borcu, cəmi 2728 manat borc və 44,80 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 00453949 saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında alıcılara İddiaçı MMC tərəfindən müqavilədə qeyd olunan “mal” satılmışdır. Alıcılar Cavabdeh1 və Cavabdeh2 isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənişləri həyata keçirməyi öz öhdələrinə götürmüşdürlər. Lakin cavabdehlər ödənişlərində alqı-satqı müqaviləsinin şərtlərini pozaraq cədvələ uyğun ödəniş etməkdən yayınmışdırlar. Tərəflərindən Cavabdeh1 və Cavabdeh2 dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq onlar, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən imtina etmişlər. Belə ki, satıcı ilə alıcılar arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gələn ümumi 3050 manat məbləğindən bu günə qədər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 570 manat ödənişi olmuş və hal-hazırda 2480 manat məbləğində borcu qalmaqdadır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış nisyə-alqı satqı müqavilələrinin 6.2-ci bəndinə əsasən (alıcı ödəmələrin həyata keçirməsini gecikdirərsə 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən ödənişin 1%-i məhsula əlavə qiymət hesablanacaq. Həmin cərimə malın dəyərinin və ya ödənişin cəmi məbləğinin 10%-dən artıq ola bilməz). Bu bəndə əsasən Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş borc məbləği 2480 manat, gecikdirilən günlər üçün hesablanan faiz pulu 248 manat təşkil etməklə, cavabdehlərin müqavilə öhdəliyi üzrə ödəməli olduğu qalıq məbləğ 2728 manat təşkil edir. Tərəflərindən dəfələrlə Cavabdeh1 və Cavabdeh2 ödənişin həyata keçirilməsi üçün müraciət olunsa da, nəticəsiz qalmış, cavabdehlər ödənişləri həyata keçirməkdən qərəzli şəkildə imtina etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 00453949 saylı, xx.xx.2023-cü nisyə alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə 150 ilkin ödəniş etməklə ümumi nisyə məbləği 3050,61 manat olan malın alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan 17 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya 00453949 saylı, xx.xx.2023-cü müqavilə üzrə 2480 manat əsas borcu, 248 manat faiz borcu, cəmi 2728 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 00453949 saylı, xx.xx.2023cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında alıcılara İddiaçı MMC tərəfindən müqavilədə qeyd olunan “mal” satılmışdır. Alıcılar Cavabdeh1 və Cavabdeh2 isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənişləri həyata keçirməyi öz öhdələrinə götürmüşdürlər. Lakin cavabdehlər ödənişlərində alqı-satqı müqaviləsinin şərtlərini pozaraq cədvələ uyğun ödəniş etməkdən yayınmışdırlar. Belə ki, satıcı ilə alıcılar arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gələn ümumi 3050 manat məbləğindən bu günə qədər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 570 manat ödənişi olmuş və hal-hazırda 2480 manat məbləğində borcu qalmaqdadır. Bu bəndə əsasən Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş borc məbləği 2480 manat, gecikdirilən günlər üçün hesablanan faiz pulu 248 manat təşkil etməklə, cavabdehlərin müqavilə öhdəliyi üzrə ödəməli olduğu qalıq məbləğ 2728 manat təşkil edir. Dəfələrlə Cavabdeh1 və Cavabdeh2 ödənişin həyata keçirilməsi üçün müraciət olunsa da, nəticəsiz qalmış, cavabdehlər ödənişləri həyata keçirməkdən qərəzli şəkildə imtina etmişlər. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 00453949 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2480 manat əsas borcun, 248 manat faiz borcunun, cəmi 2728 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 00453949 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2480 manat əsas borc, 248 manat faiz borcu, cəmi 2728 manat pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 44,80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44,80 manat dövlət rüsumu cavabdehdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 00453949 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2480 manat əsas borc, 248 manat cərimə borcu, cəmi 2728 (iki min yeddi yüz iyirmi səkkiz) manat pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44,80 (qırx dörd manat səksən qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1510/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1510/2025
23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver