Məhkəmə qərarları › İş №e-2(055)-1514/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1514/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1514/2025 30.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 dekabr 2024-cü il və 05 mart 2025-ci il tarixli müqavilələr üzrə ümumi olaraq 1464,84 manat əsas borc, 146,48 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 1634,92 manat ümumu borcun və 36,35 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh 18 ay müddətinə hər ay 35,49 manat ödəməyi öhdəsinə götürərək zəmanət və xidmət daxil olmaqla ümumi dəyəri 638,82 manat məbləğində bir ədəd İMEİ KODU **********37710 olan “OPPO A40M” markalı telefon və 05 mart 2025-ci il tarixli müqaviləyə əsasən 50 manat ilkin ödəniş edərək 18 ay müddətinə hər ay 49,89 manat ödəməyi öhdəsinə götürməklə, iddiaçıdan zəmanət və xidmətlər daxil olmaqla ümumi dəyəri 948,02 manat məbləğində bir ədəd “HOFFMANN” markalı kondisioner almışdır. Lakin Cavabdeh müqavilələr üzrə tam ödəniş etməmiş və nəticədə 29 dekabr 2024-cü il tarixli müqavilə üzrə 566,82 manat, 05 mart 2025-ci il tarixli müqavilə üzrə 898,02 manat olmaqla cəmi 1464,84 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqaviləyə əsasən İMEİ KODU **********37710 olan “OPPO A40M” markalı kondisionerun açılıb bağlanılması xidmətinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 29 dekabr 2024-cü il tarixli müqavilə üzrə 56,68 manat, 05 mart 2025ci il tarixli müqavilə üzrə 89,80 manat olmaqla ümumilikdə 146,48 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 29 dekabr 2024-cü il və 05 mart 2025-ci il tarixli müqavilələr üzrə 1464,84 manat əsas borc, 146,48 manat cərimə, innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla cəmi 1634,92 manat borcun və 36,35 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 29 dekabr 2024-cü il tarixli müqavilədən görünür ki, 18 ay müddətinə hər ay 35,49 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət və xidmət daxil olaraq, ümumi dəyəri 638,82 manat məbləğində bir ədəd İMEİ KODU **********37710 olan “OPPO A40M” markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 05 mart 2025-ci il tarixli müqavilədən görünür ki, 50 manat ilkin ödəniş olunaraq, 18 ay müddətinə hər ay 49,89 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət və xidmət daxil olaraq, ümumi dəyəri 948,02 manat məbləğində bir ədəd “HOFFMANN” markalı kondisioner alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 15 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 29 dekabr 2024-cü il, 05 mart 2025-ci il müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan İnnovativ Layihələr Mərkəzinin 03 sentyabr 2025-ci il tarixli təhvil-təslim aktından və 17 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh müqavilə əsasında satılmış İMEİ KODU **********37710 olan “OPPO A40M” markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. İşdə olan 17 sentyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnun 29 dekabr 2024-cü il tarixli müqavilə üzrə 566,82 manat əsas borc və 56,68 manat cərimə, və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat, cəmi 647,10 manat, 05 mart 2025-ci il tarixli müqavilə üzrə 898,02 manat əsas borc, 89,80 manat cərimə, cəmi 987,82 manat olmaqla hər iki müqvilə üzrə ümumilikdə 1464,84 manat əsas borc, 146,48 manat cərimə, cəmi 1634,92 manat borcu vardır. Cavabdeh hər iki müqavilə üzrə cəmi 122 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, 29 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh 18 ay müddətinə hər ay 35,49 manat ödəməyi öhdəsinə götürərək zəmanət və xidmət daxil olmaqla ümumi dəyəri 638,82 manat məbləğində bir ədəd İMEİ KODU **********37710 olan “OPPO A40M” markalı telefon və 05 mart 2025-ci il tarixli müqaviləyə əsasən 50 manat ilkin ödəniş edərək 18 ay müddətinə hər ay 49,89 manat ödəməyi öhdəsinə götürməklə, iddiaçıdan zəmanət və xidmətlər daxil olmaqla ümumi dəyəri 948,02 manat məbləğində bir ədəd “HOFFMANN” markalı kondisioner almışdır. Lakin Cavabdeh müqavilələr üzrə tam ödəniş etməmiş və nəticədə 29 dekabr 2024-cü il tarixli müqavilə üzrə 566,82 manat, 05 mart 2025-ci il tarixli müqavilə üzrə 898,02 manat olmaqla cəmi 1464,84 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqaviləyə əsasən İMEİ KODU **********37710 olan “OPPO A40M” markalı kondisionerun açılıb bağlanılması xidmətinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 29 dekabr 2024-cü il tarixli müqavilə üzrə 56,68 manat, 05 mart 2025-ci il tarixli müqavilə üzrə 89,80 manat olmaqla ümumilikdə 146,48 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 29 dekabr 2024-cü il və 05 mart 2025-ci il tarixli müqavilələr üzrə 1464,84 manat əsas borc, 146,48 manat cərimə, innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla cəmi 1634,92 manat borcun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 29 dekabr 2024-cü il və 05 mart 2025-ci il müqavilələr üzrə 1464,84 manat əsas borcun və 146,48 manat cərimənin və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 1634,92 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 29 dekabr 2024-cü il tarixli müqavilə üzrə 56,68 manat, 05 mart 2025-ci il tarixli müqavilə üzrə isə 89,80 manat məbləğində hesablanan dəbbə pullarının (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı müvafiq olaraq 25 manat və 40 manat olmaqla cəmi 65 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 29 dekabr 2024-cü il, 05 mart 2025-ci il müqavilələr üzrə 1464,84 manat əsas borc və 65 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla cəmi 1553,44 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 21 sentyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 36,35 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36,35 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 29 dekabr 2024-cü il tarixli müqavilə üzrə 566,82 manat əsas borc, 25 manat cərimə, 05 mart 2025-ci il tarixli müqavilə üzrə 898,02 manat əsas borc, 40 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 1553 (bir min beş yüz əlli üç) manat 44 (qırx dörd) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36 (otuz altı) manat 35 (otuz beş) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar