Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1535/2025 04.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 dekabr 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 933,90 manat əsas borc, 140 manat cərimə, cəmi 1073,90 manat borcun və 30,74 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan “SAMSUNG” markalı bir ədəd televizor və iki ədəd aksesuar alınması üçün 24 ay müddətinə hər ay 43 manat (sonuncu ay 30,97 manat), cəmi 1019,97 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 04 dekabr 2024-cü il tarixli müqavilə üzrə sonuncu dəfə 04 fevral 2025-ci il tarixdə 43 manat ödəniş etmiş, qalan 933,90 manat borcu ödəməkdən yayınmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə gecikdirdiyi hər bir gün üçün gecikdirilən borc məbləginin 1% dərəcəsi ilə gündəlik dəbbə pulu olaraq ümümilikdə 1400 manat cərimə hesablanmışdır. Lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və müqavilə üzrə cərimə məbləği 140 manat müəyyən edilmişdir. Ona görə də, Cavabdeh 04 dekabr 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 933,90 manat əsas borc, 140 manat cərimə, cəmi 1073,90 manat borcun və 30,74 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 04 dekabr 2024-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən, ona 1 saylı əlavədən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə ilə Cavabdeh “SAMSUNG” markalı televizor və iki ədəd aksesuarın alınması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 24 ay müddətinə hər ay 43 manat (sonuncu ay 30,97 manat) olmaqla, cəmi 1019,97 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 11 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 dekabr 2024-cü il tarixli müqavilə üzrə 933,90 manat əsas borcu, 1400 manat cərimə, ümumilikdə 2333,90 manat borcu qalmışdır. İşdə olan 11 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəf cavabdehdən 04 dekabr 2024-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 933,90 manat əsas borc, 1400 manat cərimə, ümumilikdə 2333,90 manat borcun ödənilməsini tələb etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan “SAMSUNG” markalı bir ədəd televizor və iki ədəd aksesuar almış 24 ay müddətinə hər ay 43 manat (sonuncu ay 30,97 manat), cəmi 1019,97 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 04 dekabr 2024-cü il tarixli müqavilə üzrə sonuncu dəfə 04 fevral 2025-ci il tarixdə 43 manat ödəniş etmiş, qalan 933,90 manat borcu ödəməkdən yayınmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə gecikdirdiyi hər bir gün üçün gecikdirilən borc məbləginin 1% dərəcəsi ilə gündəlik dəbbə pulu olaraq ümümilikdə 1400 manat cərimə hesablanmışdır. Lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və müqavilə üzrə cərimə məbləği 140 manat müəyyən edilmişdir. Ona görə də, Cavabdeh 04 dekabr 2024-cü il tarixli ********* saylı müqavilə üzrə 933,90 manat əsas borc, 140 manat cərimə, cəmi 1073,90 manat borcun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 933,90 manat əsas borc və 140 manat cərimə olmaqla, ümumilikdə cəmi 1073,90 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 04 dekabr 2024-cü il tarixli ********* saylı müqavilə üzrə tələb olunan 140 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 40 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 04 dekabr 2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 933,90 manat əsas borc, 40 manat cərimə, cəmi 973,90 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 23 sentyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30,74 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,74 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 04 dekabr 2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 933,90 manat əsas borc, 40 manat cərimə, cəmi 973 (doqquz yüz yetmiş üç) manat 90 (doxsan) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat 74 (yetmiş dörd) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1535/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1535/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver