Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1545/2024 28.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxx 1990-cı il təvəllüdlü Cavabdeh 27 dekabr 2019-cu il tarixli, SDK5739479 saylı nisyə alqısatqı müqaviləsi üzrə 728 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 758 manat borcun cavabdehdən alınıb İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında müddəti 15 ay olmaqla bağlanmış 27 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 928 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 728 manat borcu qalmışdır. Ona görə də Cavabdeh 27 dekabr 2019-cu il tarixli SDK5739479 saylı müqavilə üzrə 728 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 758 manat borcun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 27 dekabr 2019-cu il tarixli SDK5739479 saylı borc müqaviləsindən görünür ki, bu müqavilə ilə Cavabdeh İddiaçındən 928 manat dəyərində məişət avadanlığını 88 manat ilkin ödəniş etməklə almış və qalan 840 manat məbləği 15 ay müddətinə aylıq 56 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin qeydinə əsasən borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İşdə olan 15 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27 dekabr 2019-cu il tarixli SDK5739479 saylı müqavilə üzrə 728 manat əsas borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında müddəti 15 ay olmaqla bağlanmış 27 dekabr 2019-cu il tarixli SDK5739479 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 928 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 728 manat borcu qalmışdır. İddiaçı tərəfindən vaxtında qaytarılmayan borc üçün cərimə məbləği cavabdehdən tələb edilməmişdir. Ona görə də İddiaçı Cavabdeh 27 dekabr 2019-cu il tarixli SDK5739479 saylı müqavilə üzrə 728 manat əsas borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 728 manat əsas borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 27 dekabr 2019-cu il tarixli SDK5739479 saylı müqavilə üzrə 728 manat əsas borc alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 22 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 27 dekabr 2019-cu il tarixli SDK5739479 saylı müqavilə üzrə 728 (yeddi yüz iyirmi səkkiz) manat əsas borc alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1545/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1545/2024
28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver