Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1550/2025 07.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 fevral 2025-ci il və 21 mart 2025-ci il tarixli müqavilələr üzrə ümumi olaraq 1073,58 manat əsas borcun, 107,358 manat cərimənin, cəmi 1180,94 manat ümumi borcun və 31,81 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 fevral 2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 18 ay müddətinə hər ay 30,31 manat ödəniş etməyi öhdəsinə götürməklə zəmanət və xidmət daxil olmaqla alqı satqı dəyəri 545,58 manat məbləğində bir ədəd “HOFFMANN” markalı paltaryuyan, 21 mart 2025-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 25,67 manat ödəniş etməyi öhdəsinə götürməklə alqı-satqı dəyəri 308.4 manat məbləğində İMEİ kodu **********69717 olan “OPPO A3X” markalı və 12 ay müddətinə hər ay 18,33 manat ödəniş etməyi öhdəsinə götürməklə alqı-satqı dəyəri 219,96 manat məbləğində İMEİ kodu **********8192 olan “SAMSUNG GALAXY A06” markalı iki ədəd telefon almışdır. Lakin Cavabdeh müqavilələr üzrə ödəniş etməmiş və nəticədə 28 fevral 2025-ci il tarixli müqavilə üzrə 545,58 manat, 21 mart 2025-ci il tarixli müqaviləyə müqavilə üzrə 308,04 manat və 219,96 manat olmaqla cəmi 528 manat ümumilikdə müqavilələr üzrə 1073,58 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 28 fevral 2025-ci il tarixli müqaviləyə əsasən 54,56 manat, 21 mart 2025-ci il tarixli müqaviləyə əsasən 30,80 manat və 22 manat olmaqla cəmi 52,80 manat, müqavilələr üzrə ümumilikdə 107,358 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh müqavilələr üzrə ümumi olaraq 1073,58 manat əsas borc, 107,358 manat cərimə, cəmi 1180,94 manat borcun və 31,81 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 28 fevral 2025-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan 18 ay müddətinə hər ay 30,31 manat ödəniş etməyi öhdəsinə götürməklə zəmanət və xidmət daxil olmaqla alqı-satqı dəyəri 545,58 manat məbləğində bir ədəd “HOFFMANN” markalı paltaryuyan alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 21 mart 2025-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan 12 ay müddətinə hər ay müvafiq olaraq 25,67 manat və 18,33 manat ödəniş etməyi öhdəsinə götürməklə alqı-satqı dəyəri 308,04 manat və 219,96 manat məbləğində iki ədəd İMEİ kodu **********69717 olan “OPPO A3X” markalı və İMEİ kodu **********8192 olan “SAMSUNG GALAXY A06” markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 10 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəf cavabdehdən 28 fevral 2025-ci il tarixli və 21 mart 2025-ci il tarixli müqavilələrdən irəli gələn öhdəliklərini yerinə yetirməyi tələb etmişdir. İşdə olan 16 sentyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28 fevral 2025-ci il tarixli və 21 mart 2025-ci il tarixli müqavilələr üzrə bir ədəd “HOFFMANN” markalı paltaryuyan, iki ədəd “OPPO A3X” və “SAMSUNG GALAXY A06” markalı telefon alınması üçün 1073,58 manat əsas borcu, 107,358 manat cərimə, cəmi 1180,94 manat borcu vardır. Cavabdeh müqavilə üzrə ödəniş etməmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 fevral 2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 18 ay müddətinə hər ay 30,31 manat ödəniş etməyi öhdəsinə götürməklə zəmanət və xidmət daxil olmaqla alqı satqı dəyəri 545,58 manat məbləğində bir ədəd “HOFFMANN” markalı paltaryuyan, 21 mart 2025-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 25,67 manat ödəniş etməyi öhdəsinə götürməklə alqı satqı dəyəri 308.4 manat məbləğində İMEİ kodu **********69717 olan “OPPO A3X” markalı və 12 ay müddətinə hər ay 18,33 manat ödəniş etməyi öhdəsinə götürməklə alqı satqı dəyəri 219,96 manat məbləğində İMEİ kodu **********8192 olan “SAMSUNG GALAXY A06” markalı iki ədəd telefon almışdır. Lakin Cavabdeh müqavilələr üzrə ödəniş etməmiş və nəticədə 28 fevral 2025-ci il tarixli müqavilə üzrə 545,58 manat, 21 mart 2025-ci il tarixli müqaviləyə müqavilə üzrə 308,04 manat və 219,96 manat olmaqla cəmi 528 manat ümumilikdə müqavilələr üzrə 1073,58 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 28 fevral 2025-ci il tarixli müqaviləyə əsasən 54,56 manat, 21 mart 2025-ci il tarixli müqaviləyə əsasən 30,80 manat və 22 manat olmaqla cəmi 52,80 manat, müqavilələr üzrə ümumilikdə 107,358 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh müqavilələr üzrə ümumi olaraq 1073,58 manat əsas borc, 107,358 manat cərimə, cəmi 1180,94 manat borcun və 31,81 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 28 fevral 2025-ci il tarixli və 21 mart 2025-ci il tarixli müqavilələr üzrə 1073,58 manat əsas borc, 107,358 manat cərimə, cəmi 1180,94 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 28 fevral 2025-ci il tarixli müqaviləyə əsasən 54,56 manat, 21 mart 2025-ci il tarixli müqaviləyə əsasən 30,80 manat və 22 manat məbləğində müəyyən edilmiş dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı müvafiq olaraq 25 manat, 15 manat, 10 manat olmaqla 50 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 28 fevral 2025-ci il tarixli və 21 mart 2025-ci il tarixli müqavilələr üzrə 1073,58 manat əsas borc və 50 manat cərimə olmaqla cəmi 1123,58 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 21 sentyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 31,81 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31,81 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 28 fevral 2025-ci il tarixli müqaviləyə əsasən 545,58 manat əsas borc, 25 manat cərimə, 21 mart 2025-ci il tarixli müqaviləyə əsasən 308,04 manat və 219,96 manat olmaqla 528 manat əsas borc, 25 manat və 15 manat olmaqla 50 manat cərimə müqavilələr üzrə ümumi olaraq 1073 (bir min yetmiş üç) manat 58 (əlli səkkiz) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31 (otuz bir) manat 81 (səksən bir) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1550/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1550/2025
07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver