Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1555/2024 25.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinə əsasən borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 mart 2024-cü il tarixli müqavilə üzrə 2796,98 manat əsas borc, 279,02 manat cərimə, cəmi 3076 manat borc və 50,76 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 mart 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmamaqla, 18 ay müddətinə hər ay 181,11 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 3259,98 manat, İMEİ kodu **********49324 olan “İphone 15 pro” markalı telefon almışdır. Lakin, Cavabdeh 21 mart 2024-cü il tarixli müqavilə üzrə cəmi 463 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 2796,98 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 279,02 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 21 mart 2024-cü il tarixli müqavilə üzrə 2796,98 manat əsas borc, 279,02 manat cərimə, cəmi 3076 manat borc və 50,76 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 21 mart 2024-cü il tarixli, 18283924 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmamaqla, 18 ay müddətinə hər ay 181,11 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 3259,98 manat, İMEİ kodu **********49324 olan “İphone 15 pro” markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 24 oktyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 21 mart 2024-cü il tarixli müqavilə üzrə 2796,98 manat əsas borc, 279,02 manat cərimə, ümumilikdə ödənilməmiş 3076 manat borcu qalmışdır. Cavabdeh 21 mart 2024-cü il tarixli müqavilə üzrə 463 manat ödəniş etmişdir. İşdə olan 25 noyabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 21 mart 2024-cü il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 mart 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmamaqla, 18 ay müddətinə hər ay 181,11 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 3259,98 manat, İMEİ kodu **********49324 olan “İphone 15 pro” markalı telefon almışdır. Cavabdeh 21 mart 2024-cü il tarixli müqavilə üzrə cəmi 463 manat ödəniş etmiş, iddiaçıya ödənilməmiş qalan 2796,98 manat borcu isə ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 279,02 manat cərimə hesablanmışdır. Ona görə də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 21 mart 2024-cü il tarixli müqavilə üzrə 2796,98 manat əsas borc, 279,02 manat cərimə, cəmi 3076 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 2796,98 manat əsas borc, 279,02 manat cərimə, cəmi 3076 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 21 mart 2024-cü il tarixli müqaviləyə əsasən 2796,98 manat əsas borc, 279,02 manat cərimə, cəmi 3076 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 27 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 50,76 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50,76 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2796,98 manat əsas borc, 279,02 manat cərimə, cəmi 3076 (üç min yetmiş altı) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50 (əlli) manat 76 (yetmiş altı) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1555/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1555/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver