Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1577/2025 13.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 734 manat əsas borc, 73 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 837 manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2024-cü il tarixli R0114911 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh alqı-satqı dəyəri 1579 manat olan malın alınması üçün 150 manat ilkin ödəniş edərək qalan 1429 manat məbləği 12 ay müddətinə ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 22 avqust 2024-ci il tarixli müqavilə üzrə cəmi 695 manat ödəniş etmiş, qalan 734 manat borcu ödəməkdən yayınmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilənin 1.3 bəndinə əsasən 26 avqust 2025-ci il tarixə gecikdirdiyi hər bir gün üçün gecikdirilən borc məbləginin 0.3% dərəcəsi ilə gündəlik dəbbə pulu olaraq 73 manat hesablanmışdır. Ona görə də, Cavabdeh 22 avqust 2024-cü il tarixli R0114911 saylı müqavilə üzrə 734 manat əsas borc, 73 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 22 avqust 2024-ci il tarixli nisyə alqı-satqı müqaviləsi, təhvil-təslim aktı və ödəniş cədvəlindən görünür ki, bu müqavilə ilə Cavabdeh iddiaçıdan zəmanət daxil olmaqla “PSS 1 TB (Slim)” adlı malın alınması üçün İddiaçınə 12 ay müddətinə hər ay 120 manat (sonuncu ay 109 manat) olmaqla, cəmi 1429 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 26 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22 avqust 2024-cü il tarixli R0114911 saylı müqavilə üzrə cəmi 695 manat ödəniş etmiş, onun 734 manat əsas borcu və 73 manat cərimə borcu qalmışdır. İşdə olan 03 sentyabr 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəf cavabdehdən 22 avqust 2024-cü il tarixli R0114911 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 734 manat əsas borcun və 73 manat cərimənin 3 gün ərzində ödənilməsi tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2024-cü il tarixli R0114911 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh alqı-satqı dəyəri 1579 manat olan malın alınması üçün 150 manat ilkin ödəniş edərək qalan 1429 manat məbləği 12 ay müddətinə ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 22 avqust 2024-ci il tarixli müqavilə üzrə cəmi 695 manat ödəniş etmiş, qalan 734 manat borcu ödəməkdən yayınmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilənin 1.3 bəndinə əsasən 26 avqust 2025-ci il tarixə gecikdirdiyi hər bir gün üçün gecikdirilən borc məbləginin 0.3% dərəcəsi ilə gündəlik dəbbə pulu olaraq 73 manat hesablanmışdır. Ona görə də, 22 avqust 2024-cü il tarixli R0114911 saylı müqavilə üzrə 734 manat əsas borc və 73 manat cərimənin cavabdehdən alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 734 manat əsas borcun və 73 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 22 avqust 2024-cü il tarixli R0114911 saylı müqavilə üzrə tələb olunan 73 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 30 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22 avqust 2024-cü il tarixli R0114911 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 734 manat əsas borc, 30 manat cərimə, cəmi 764 manat alınaraq İddiaçınə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 07 oktyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 22 avqust 2024-cü il tarixli R0114911 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 734 manat əsas borc, 30 manat cərimə, cəmi 764 (yeddi yüz altmış dörd) manat alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1577/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1577/2025
13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver