Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1647/2025 20.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 23 oktyabr 2021-ci il tarixli, SBK6212274 saylı və 22 aprel 2022-ci il tarixli SBK6213077 saylı borc müqavilələri üzrə ümumilikdə 679 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 709 manat borcun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında müddəti 12 ay olmaqla bağlanmış 23 oktyabr 2021-ci il tarixli SBK6212274 saylı müqavilə üzrə cavabdeh iddiaçıdan 31 manat ilkin ödəniş etməklə alqı-satqı dəyəri 439 manat olan və 22 aprel 2022-ci il tarixli SBK6213077 saylı müqavilə üzrə 39 manat ilkin ödəniş etməklə alqısatqı dəyəri 519 manat olan iki ədəd avadanlq almışdır. Cavabdeh müqavilələr üzrə öhdəliyini tam yerinə yetirməmiş, iddiaçıya hər iki müqavilə üzrə cəmi 679 manat borcu qalmışdır. Ona görə də Cavabdeh 679 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 709 manat borcun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 23 oktyabr 2021-ci il tarixli SBK6212274 saylı müqavilədən görünür ki, bu müqavilə ilə Cavabdeh İddiaçındən 439 manat alqı-satqı dəyərində avadanlığı 31 manat ilkin ödəniş edilməklə qalan 408 manatı 12 ay müddətinə aylıq 34 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 22 aprel 2022-ci il tarixli SBK6213077 saylı müqavilədən görünür ki, bu müqavilə ilə Cavabdeh İddiaçındən 519 manat alqı-satqı dəyərində avadanlığı 39 manat ilkin ödəniş edilməklə qalan 480 manatı 12 ay müddətinə aylıq 40 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 23 oktyabr 2021-ci il tarixli SBK6212274 saylı təhvil-təslim aktından görünür ki, Cavabdeh “Xiaomi Redmi 9T 4/64GB Green” markalı avadanlığnı İddiaçındən təhvil almışdır. İşdə olan 22 aprel 2022-ci il tarixli SBK6213077 saylı təhvil-təslim aktından görünür ki, Cavabdeh “Samsung Galaxy A13 SM-A135 Blue 4/128GB” markalı avadanlığnı İddiaçındən təhvil almışdır. İşdə olan 15 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23 oktyabr 2021-ci il tarixli SBK6212274 saylı və 22 aprel 2022-ci il tarixli SBK6213077 saylı müqavilələr üzrə ümumilikdə 679 manat borcu vardır. İşdə olan 07 oktyabr 2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı 23 oktyabr 2021-ci il tarixli SBK6212274 saylı və 22 aprel 2022-ci il tarixli SBK6213077 saylı müqavilələr üzrə ödənilməmiş qalan 679 manat borcun üç iş günü müddətində qaytarılmasını cavabdehdən tələb etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında müddəti 12 ay olmaqla bağlanmış 23 oktyabr 2021-ci il tarixli SBK6212274 saylı müqavilə üzrə cavabdeh iddiaçıdan 31 manat ilkin ödəniş etməklə alqı-satqı dəyəri 439 manat olan və 22 aprel 2022-ci il tarixli SBK6213077 saylı müqavilə üzrə 39 manat ilkin ödəniş etməklə alqı-satqı dəyəri 519 manat olan iki ədəd avadanlq almışdır. Cavabdeh müqavilələr üzrə öhdəliyini tam yerinə yetirməmiş, iddiaçıya hər iki müqavilə üzrə cəmi 679 manat borcu qalmışdır. Ona görə də Cavabdeh 679 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 709 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 679 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 23 oktyabr 2021-ci il tarixli SBK6212274 saylı və 22 aprel 2022-ci il tarixli SBK6213077 saylı müqavilələr üzrə 679 manat borc alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 10 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 23 oktyabr 2021-ci il tarixli SBK6212274 saylı müqavilə üzrə 239 manat və 22 aprel 2022-ci il tarixli SBK6213077 saylı müqavilə üzrə 440 manat olmaqla ümumilikdə hər iki müqavilə üzrə 679 (altı yüz yetmiş doqquz) manat borc alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1647/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1647/2025
20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver