Məhkəmə qərarları › İş №e-2(055)-1673/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1673/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1673/2025 20.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh Abdulsəlim oğluna qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh Abdulsəlim oğluna qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 27 iyul 2021-ci il tarixli, ZBK6108625 saylı borc müqaviləsi üzrə 568 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 598 manat borcun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh Abdulsəlim oğlu arasında müddəti 15 ay olmaqla bağlanmış 27 iyul 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 14 manat ilkin ödəniş etməklə alqı-satqı dəyəri 1079 manat olan məişət avadanlığı və lotoreya almışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş, iddiaçıya 568 manat borcu qalmışdır. Ona görə də Cavabdeh Abdulsəlim oğlundan 27 iyul 2021-ci il tarixli ZBK6108625 saylı müqavilə üzrə 568 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 598 manat borcun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 27 iyul 2021-ci il tarixli ZBK6108625 saylı müqavilədən görünür ki, bu müqavilə ilə Cavabdeh Abdulsəlim oğlu İddiaçındən 1079 manat alqı-satqı dəyərində məişət avadanlığını 14 manat ilkin ödəniş edilməklə qalan 1060 manatı 15 ay müddətinə aylıq 71 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 27 iyul 2021-ci il tarixli ZBK6108625 saylı təhvil-təslim aktından görünür ki, Cavabdeh Abdulsəlim oğlu bir ədəd “TV Led Samsung UE-43T5300” markalı məişət avadanlığını və üç ədəd lotoreyanı İddiaçındən təhvil almışdır. İşdə olan 15 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Abdulsəlim oğlunun 27 iyul 2021-ci il tarixli ZBK6108625 saylı müqavilə üzrə 568 manat borcu vardır. İşdə olan 07 oktyabr 2025-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı 27 iyul 2021-ci il tarixli ZBK6108625 saylı borc müqaviləsi üzrə ödənilməmiş qalan 568 manat borcun üç iş günü müddətində qaytarılmasını cavabdehdən tələb etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh Abdulsəlim oğlu arasında müddəti 15 ay olmaqla bağlanmış 27 iyul 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 14 manat ilkin ödəniş etməklə alqı-satqı dəyəri 1079 manat olan məişət avadanlığı və lotoreya almışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş, iddiaçıya 568 manat borcu qalmışdır. Ona görə də Cavabdeh Abdulsəlim oğlundan 27 iyul 2021-ci il tarixli ZBK6108625 saylı müqavilə üzrə 568 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh Abdulsəlim oğlundan 568 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Abdulsəlim oğlundan 27 iyul 2021-ci il tarixli ZBK6108625 saylı müqavilə üzrə 568 manat borc alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 10 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Abdulsəlim oğlundan 27 iyul 2021-ci il tarixli ZBK6108625 saylı müqavilə üzrə 568 (beş yüz altmış səkkiz) manat borc alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar