Məhkəmə qərarları › İş №e-2(055)-1693/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1693/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1693/2025 25.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31 dekabr 2024-cü iltarixli, ********** saylı müqaviləyə əsasən 1928,01 manat əsas borc, 192,80 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 47,20 manat olmaqla, cəmi 2168,01 manat borcun və 41,69 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 dekabr 2024-cü il tarixli ********** saylı müqaviləyə əsasən cavabdeh 31 dekabr 2024-cü il tarixdə 11791874 saylı faktura ilə 12 ay müddətinə hər ay 34,42 manat ödəməyi öhdəsinə götürməklə, xidmət və zəmanət daxil olmaqla alqı-satqı dəyəri 413,04 manat məbləğində bir ədəd İmei kodu **********36624 olan “Honor X6B” markalı telefon, 14 yanvar 2025-ci il tarixli ******* saylı faktura ilə 18 ay müddətinə hər ay 73.66 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət daxil olmaqla ümumi alqı-satqı dəyəri 1325,88 manat məbləğində bir ədəd “Hoffman” markalı soyuducu və bir ədəd “TCİ” markalı paltaryuyan, 20 fevral 2025-ci il tarixli ******* saylı faktura ilə 7 manat ilkin ödəniş edərək 18 ay müddətinə hər ay 14,39 manat ödəməyi öhdəsinə götürməklə, xidmət və zəmanət daxil olmaqla alqı-satqı dəyəri 266,02 manat məbləğində bir ədəd İmei kodu **********14710 olan “Oppo A3X” markalı telefon almışdır. Lakin Cavabdeh müqavilə üzrə tam ödəniş etməmiş və nəticədə 31 dekabr 2024-cü il tarixli alqı-satqı üzrə 375,11 manat, 14 yanvar 2025-ci il tarixli alqı-satqı üzrə 1300,88 manat və 20 fevral 2025-ci tarixli alqı-satqı üzrə 252,02 manat olmaqla, ümumilikdə 1928,01 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqavilələrə əsasən İmei kodu **********36624 olan “Honor X6B” markalı və İmei kodu **********14710 olan “Oppo A3X” markalı telefonların açılıb-bağlanılması xidmətinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İnnovativ Layihələr Mərkəzinə 47,20 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 31 dekabr 2024-cü il tarixli alqı-satqı üzrə 37,51 manat, 14 yanvar 2025-ci il tarixli alqı-satqı üzrə 130,09 manat, 20 fevral 2025-ci il tarixli alqı-satqı üzrə 25,20 manat olmaqla, ümumilikdə 192,80 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 31 dekabr 2024-cü il tarixli ********** saylı müqavilə üzrə ümumilikdə 1928,01 manat əsas borc, 192,80 manat cərimə, innovativ layihələr mərkəzinə ödənilmiş 47,20 manat olmaqla, cəmi 2168,01 manat borcun və 41,69 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 31 dekabr 2024-cü il tarixli ********** saylı müqavilədən (5.1-ci bənd) görünür ki, bu müqavilə 10 il müddətinə, müqavilədə nəzərdə yutulmuş şərtlərlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mal və ya xidmət əldə etmək üçün Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmışdır. İşdə olan 31 dekabr 2024-cü il tarixli 11791874 saylı fakturadan görünür ki, 31 dekabr 2024-cü il tarixli ********** saylı müqavilə əsasında zəmanət və xidmət daxil olmaqla dəyəri 413.4 manat məbləgində bir ədəd İmei kodu **********36624 olan “Honor X6B” markalı telefon 12 ay müddətinə 34,42 manat hissəvi ödənişlə sənədləşdirilmişdir. İşdə olan 14 yanvar 2025-ci il tarixli ******* saylı fakturadan görünür ki, 31 dekabr 2024-cü il tarixli ********** saylı müqavilə əsasında zəmanət və xidmət daxil olmaqla ümumi dəyəri 1325,91 manat məbləgində bir ədəd “Hoffman” markalı soyuducu və bir ədəd “TCİ” markalı paltaryuyan 18 ay müddətinə 73,66 manat hissəvi ödənişlə sənədləşdirilmişdir. İşdə olan 20 fevral 2025-ci il tarixli ******* saylı fakturadan görünür ki, 31 dekabr 2024-cü il tarixli ********** saylı müqavilə əsasında zəmanət və xidmət daxil olmaqla alqısatqı dəyəri 265,95 manat məbləğində bir ədəd İmei kodu **********14710 olan “Oppo A3X” markalı telefon 7 manat ilkin ödəniş edilməklə 12 ay müddətinə 14,39 manat hissəvi ödənişlə sənədləşdirilmişdir. İşdə olan 24 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəf cavabdehdən 31 dekabr 2024-cü il tarixli ********** saylı müqavilədən irəli gələn öhdəliklərinin üç iş günü ərzində yerinə yetirilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan İnnovativ Layihələr Mərkəzinin 06 oktyabr 2025-ci il tarixli təhvil-təslim aktından və 07 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh müqavilə əsasında satılmış İmei kodu **********36624 olan “Honor X6B” markalı və İmei kodu **********14710 olan “Oppo A3X” markalı telefonların açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 47,20 manat ödənilmişdir. İşdə olan 07 oktyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 31 dekabr 2024-cü il alqı-satqı üzrə 375,11 manat əsas borc, 37,51 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 436,22 manat, 14 yanvar 2025-ci il tarixli alqı-satqı üzrə 1300,88 manat əsas borc və 130,09 manat cərimə, cəmi 1430,97 manat və 20 fevral 2025-ci il tarixli alqı-satqı üzrə 252,02 manat əsas borc, 25,20 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 300,82 manat borc olmaqla, ümumi olaraq 1928,01 manat əsas borc, 192,80 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 47,20 manat, cəmi 2168,01 manat borcu vardır. Cavabdeh cəmi 76,93 ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 dekabr 2024-cü il tarixli ********** saylı müqaviləyə əsasən cavabdeh 31 dekabr 2024-cü il tarixdə 11791874 saylı faktura ilə 12 ay müddətinə hər ay 34,42 manat ödəməyi öhdəsinə götürməklə, xidmət və zəmanət daxil olmaqla alqı-satqı dəyəri 413,04 manat məbləğində bir ədəd İmei kodu **********36624 olan “Honor X6B” markalı telefon, 14 yanvar 2025-ci il tarixli ******* saylı faktura ilə 18 ay müddətinə hər ay 73.66 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət daxil olmaqla ümumi alqı-satqı dəyəri 1325,88 manat məbləğində bir ədəd “Hoffman” markalı soyuducu və bir ədəd “TCİ” markalı paltaryuyan, 20 fevral 2025-ci il tarixli ******* saylı faktura ilə 7 manat ilkin ödəniş edərək 18 ay müddətinə hər ay 14,39 manat ödəməyi öhdəsinə götürməklə, xidmət və zəmanət daxil olmaqla alqı-satqı dəyəri 266,02 manat məbləğində bir ədəd İmei kodu **********14710 olan “Oppo A3X” markalı telefon almışdır. Lakin Cavabdeh müqavilə üzrə tam ödəniş etməmiş və nəticədə 31 dekabr 2024-cü il tarixli alqısatqı üzrə 375,11 manat, 14 yanvar 2025-ci il tarixli alqı-satqı üzrə 1300,88 manat və 20 fevral 2025-ci il tarixli alqı-satqı üzrə 252,02 manat olmaqla, ümumilikdə 1928,01 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqavilələrə əsasən İmei kodu **********36624 olan “Honor X6B” markalı və İmei kodu **********14710 olan “Oppo A3X” markalı telefonların açılıb-bağlanılması xidmətinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İnnovativ Layihələr Mərkəzinə 47,20 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona 31 dekabr 2024-cü il tarixli alqı-satqı üzrə 37,51 manat, 14 yanvar 2025-ci il tarixli alqı-satqı üzrə 130,09 manat, 20 fevral 2025-ci il tarixli alqı-satqı üzrə 25,20 manat olmaqla, ümumilikdə 192,80 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 31 dekabr 2024-cü il tarixli ********** saylı müqavilə üzrə ümumilikdə 1928,01 manat əsas borc, 192,80 manat cərimə, innovativ layihələr mərkəzinə ödənilmiş 47,20 manat olmaqla, cəmi 2168,01 manat borcun allınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 31 dekabr 2024-cü il tarixli ********** saylı müqavilə üzrə 1928,01 manat əsas borcun və 192,80 manat cərimənin və innovativ layihələr mərkəzinə ödənilmiş 47,20 manat olmaqla, cəmi 2168,01 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 31 dekabr 2024-cü il tarixli alqı-satqı üzrə 37,51 manat, 14 yanvar 2025-ci il tarixli alqı-satqı üzrə 130,09 manat, 20 fevral 2025-ci il tarixli alqı-satqı üzrə 25,20 manat məbləğində hesablanan dəbbə pullarının (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı müvafiq olaraq 15 manat, 65 manat, 10 manat olmaqla ümumilikdə 90 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 31 dekabr 2024-cü il tarixli ********** saylı müqavilə üzrə 1928,01 manat əsas borc və 90 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 47,20 manat olmaqla, cəmi 2065,21 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 15 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 41,69 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41,69 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 31 dekabr 2024-cü il tarixli ********** saylı müqaviləyə əsasən 31 dekabr 2024-cü il tarixli alqı-satqı üzrə 375,11 manat əsas borc, 15 manat cərimə, 14 yanvar 2025-ci il tarixli alqı-satqı üzrə 1300,88 manat əsas borc, 65 manat cərimə və 20 fevral 2025-ci il tarixli alqı-satqı üzrə 252,02 manat əsas borc, 10 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 47,20 manat olmaqla, cəmi 2065 (iki min altmış beş) manat 21 (iyirmi bir) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41 (qırx bir) manat 69 (altmış doqquz) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar