Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1707/2025 03.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02 mart 2025-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 138,50 manat əsas borc, 20,70 manat cərimə, cəmi 159,20 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 mart 2025-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan “Nokia” markalı bir ədəd telefon alınması üçün 6 ay müddətinə hər ay 29 manat (sonuncu ay 24,99 manat), cəmi 169,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 02 mart 2025-ci il tarixli müqavilə üzrə sonuncu dəfə 08 may 2025-ci il tarixdə 31,40 manat ödəniş etmiş, qalan 138,50 manat borcu ödəməkdən yayınmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona gecikdirdiyi hər bir gün üçün gecikdirilən borc məbləginin 1% dərəcəsi ilə gündəlik dəbbə pulu olaraq ümümilikdə 207,00 manat cərimə hesablanmışdır. Lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və müqavilə üzrə cərimə məbləği 20,70 manat müəyyən edilmişdir. Ona görə də, Cavabdeh 02 mart 2025-ci il tarixli ********* saylı müqavilə üzrə 138,50 manat əsas borc, 20,70 manat cərimə, cəmi 159,20 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 02 mart 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən, ona 1 saylı əlavədən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə ilə Cavabdeh “Nokia” markalı telefonun alınması üçün İddiaçınə 6 ay müddətinə hər ay 29 manat (sonuncu ay 24,99 manat) olmaqla, cəmi 169,99 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 07 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02 mart 2025-ci il tarixli müqavilə üzrə 138,50 manat əsas borcu, 207 manat cərimə, ümumilikdə 345,50 manat borcu qalmışdır. İşdə olan 09 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəf cavabdehdən 02 mart 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 138,50 manat əsas borc, 207 manat cərimə, ümumilikdə 345,50 manat borcun ödənilməsini tələb etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 mart 2025-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan “Nokia” markalı bir ədəd telefon alınması üçün 6 ay müddətinə hər ay 29 manat (sonuncu ay 24,99 manat), cəmi 169,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 02 mart 2025-ci il tarixli müqavilə üzrə sonuncu dəfə 08 may 2025-ci il tarixdə 31,40 manat ödəniş etmiş, qalan 138,50 manat borcu ödəməkdən yayınmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə gecikdirdiyi hər bir gün üçün gecikdirilən borc məbləginin 1% dərəcəsi ilə gündəlik dəbbə pulu olaraq ümümilikdə 207,00 manat cərimə hesablanmışdır. Lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və müqavilə üzrə cərimə məbləği 20,70 manat müəyyən edilmişdir. Ona görə də, Cavabdeh 02 mart 2025-ci il tarixli ********* saylı müqavilə üzrə 138,50 manat əsas borc, 20,70 manat cərimə, cəmi 159,20 manat borcun alınaraq İddiaçı xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 138,50 manat əsas borc və 20,70 manat cərimə olmaqla, ümumilikdə cəmi 159,20 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 02 mart 2025-ci il tarixli ********* saylı müqavilə üzrə tələb olunan 20,70 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 5 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02 mart 2025-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 138,50 manat əsas borc, 5 manat cərimə, cəmi 143,50 manat alınaraq İddiaçınə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 24 oktyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 02 mart 2025-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 138,50 manat əsas borc, 5 manat cərimə, cəmi 143 (bir yüz qırx üç) manat 50 (əlli) qəpik alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1707/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1707/2025
03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver