Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1791/2025 15.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 iyun 2024-cü il tarixli, 03996422 saylı və 26 iyun 2024-cü il tarixli, ********** saylı müqavilələrə əsasən 1881,77 manat əsas borc, 188,18 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 2093,55 manat borcun və 40,94 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 iyun 2024-cü il tarixli 03996422 saylı müqaviləyə əsasən cavabdeh 18 ay müddətinə hər ay 89,56 manat ödəməyi öhdəsinə götürməklə xidmətlər və zəmanət daxil olmaqla dəyəri ümumi 1612,08 manat məbləğində bir ədəd “Poco X6 PRO” markalı telefon və telefon aksesuarları, 26 iyun 2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən 18 ay müddətinə hər ay 82,34 manat ödəməyi öhdəsinə götürməklə dəyəri 1482,12 manat məbləğində bir ədəd “Playstation” markalı avadanlıq almışdır. Lakin Cavabdeh müqavilə üzrə tam ödəniş etməmiş və nəticədə 26 iyun 2024-cü il tarixli, 03996422 saylı müqavilə üzrə 691,06 manat, 26 iyun 2024-cü il tarixli, ********** saylı müqavilə üzrə 1190,71 manat olmaqla, ümumilikdə 1881,77 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqaviləyə əsasən “Poco X6 PRO” markalı telefonun açılıb-bağlanılması xidmətinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilənin 3.5-ci bəndinə əsasən 26 iyun 2024-cü il tarixli, 03996422 saylı müqavilə üzrə 69,11 manat, 26 iyun 2024-cü il tarixli, ********** saylı müqavilə üzrə 119,07 manat, ümumilikdə 188,18 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 1881,77 manat əsas borc, 188,18 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 2093,55 manat borcun və 40,94 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 26 iyun 2024-cü il tarixli 03996422 saylı müqavilədən və həmin tarixli müqavilə əlavəsindən görünür ki, bu müqavilə bir ədəd “Poco X6 PRO” markalı telefon və telefon aksesuarları alınması üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 26 iyun 2024-cü il tarixli ********** saylı müqavilədən və 20 oktyabr 2025-ci, iltarixli SMS hesabatı çıxarışından görünür ki, bu müqavilə əsasında bir ədəd “Playstation” markalı avadanlıq 10 fevral 2025-ci il tarixli 05025880 saylı faktura üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında hissəvi ödənişlə sənədləşdirilmişdir. İşdə olan İnnovativ Layihələr Mərkəzinin 06 oktyabr 2025-ci il tarixli təhvil-təslim aktından və 27 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh müqavilə əsasında satılmış İmei kodu **********46043 olan “Poco X6 PRO” markalı telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. İşdə olan 26 iyun 2024-cü il və 10 fevral 2025-ci il tarixli il tarixli təhvil-təslim aktlarından görünür ki, qeyd edilən avadanlıqlar, zəmanət və xidmətlər Cavabdeh tərəfindən həmin tarixlərdə təhvil alınmışdır. İşdə olan 27 oktyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, bu müqavilələr dəyəri 1612,08 manat olan bir ədəd “Poco X6 PRO” markalı telefonun alınması üçün 18 ay müddədinə hər ay 89,56 manat, dəyəri 1482,12 manat olan bir ədəd “Playstation” markalı avadanlığın alınması üçün 18 ay müddətinə, hər ay 82,34 manat odənilməsi nəzərdə tutularaq tərəflər arasında bağlanmış və hər iki müqavilə üzrə Cavabdeh ümumilikdə 1881,77 manat əsas borcu, 188,18 manat cərimə olmaqla, cəmi 2093,55 manat borcu vardır. Cavabdeh müqavilə üzrə 1212,43 manat ödəniş etmişdir. İşdə olan 21 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəf cavabdehi məlumatlandıraraq, müqavilələrdən irəli gələn öhdəliklərinin üç iş günü ərzində yerinə yetirilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 iyun 2024-cü il tarixli, 03996422 saylı müqaviləyə əsasən cavabdeh 18 ay müddətinə hər ay 89,56 manat ödəməyi öhdəsinə götürməklə xidmətlər və zəmanət daxil olmaqla dəyəri ümumi 1612,08 manat məbləğində bir ədəd “Poco X6 PRO” markalı telefon və telefon aksesuarları, 26 iyun 2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən 18 ay müddətinə hər ay 82,34 manat ödəməyi öhdəsinə götürməklə dəyəri 1482,12 manat məbləğində bir ədəd “Playstation” markalı avadanlıq almışdır. Lakin Cavabdeh müqavilə üzrə tam ödəniş etməmiş və nəticədə 26 iyun 2024-cü il tarixli, 03996422 saylı müqavilə üzrə 691,06 manat, 26 iyun 2024-cü il tarixli, ********** saylı müqavilə üzrə 1190,71 manat olmaqla, ümumilikdə 1881,77 manat əsas borcu ödəməkdən yayınmışdır. Müqaviləyə əsasən “Poco X6 PRO” markalı telefonun açılıbbağlanılması xidmətinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilənin 3.5-ci bəndinə əsasən 26 iyun 2024-cü il tarixli, 03996422 saylı müqavilə üzrə 69,11 manat, 26 iyun 2024-cü il tarixli, ********** saylı müqavilə üzrə 119,07 manat, ümumilikdə 188,18 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 1881,77 manat əsas borc, 188,18 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 2093,55 manat borcun allınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 26 iyun 2024-cü il tarixli müqavilələr üzrə 1881,77 manat əsas borc, 188,18 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 2093,55 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 26 iyun 2024-cü il tarixli, 03996422 saylı müqavilə üzrə 69,11 manat, 26 iyun 2024-cü il tarixli, ********** saylı müqavilə üzrə 119,07 manat məbləğində hesablanan dəbbə pullarının (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı müvafiq olaraq 30 manata və 50 manata, ümumilikdə 80 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 26 iyun 2024-cü il tarixli müqavilələr üzrə 1881,77 manat əsas borc və 80 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 1985,37 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 28 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 40,94 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40,94 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 26 iyun 2024-cü il tarixliş, 03996422 saylı saylı müqavilə üzrə 691,06 manat əsas borc, 30 manat cərimə, 26 iyun 2024-cü il tarixli, ********** saylı müqavilə üzrə 1190,71 manat əsas borc, 50 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 1985 (bir min doqquz yüz səksən beş) manat 37 (otuz yeddi) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41 (qırx bir) manat 34 (otuz dörd) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1791/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1791/2025
15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver