Məhkəmə qərarları › İş №e-2(055)-1839/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1839/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1839/2025 24.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh X3 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 aprel 2025-ci il tarixli, SWY000310 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 194 manat əsas borcun, 29,10 manat cərimə məbləğinin, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, “X5” ilə cavabdeh X4 arasında bağlanmış 24 aprel 2025-ci il tarixli, SWY000310 saylı nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh 194 manat dəyərində nisyə mal almış və həmin malın dəyərini müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 194 manat borcu 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “X5” arasında bağlanmış 22 yanvar 2025-ci il tarixli, R-3539/25 saylı faktorinq müqaviləsinə və ona əlavə edilmiş 25 aprel 2024-cü il tarixli, R-35xx/xx-0024 saylı sazişə əsasən fiziki şəxs “X5”-in cavabdeh X3 qarşı olan 194 manat məbləğindəki tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. Cavabdehə bildiriş göndərilərək borcun qaytarılması tələb edilmiş, cavabdeh ödənişi tam yerinə yetirmədiyi üçün müqavilənin 2.4.4 bəndinə əsasən 29,10 manat dəbbə pulu hesablanmışdır. Ona görə də cavabdeh X1 194 manat əsas borcun, 29,10 manat cərimə məbləğinin, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 24 aprel 2025-ci il tarixli, SWY000310 saylı nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə bir saylı əlavədən görünür ki, bu müqavilə 194 manat dəyərində malın alınması üçün 6 ay müddətində, hər ay 33 manat (sonuncu ay 30 manat) ödəməyi öhdəsinə götürməklə, cavabdeh X4 ilə fiziki şəxs “X5” arasında bağlanmışdır. İşdə olan 24 aprel 2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, cavabdeh X4 alqı-satqı dəyəri 194 manat məbləğində “Centara 175-70-13” adlı malı “X5”-dən təhvil almışdır. İşdə olan tələbin güzəşti barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “X5” arasında olan 22 yanvar 2025-ci il tarixli, R-3539/25 saylı faktorinq müqaviləsindən və həmin müqavilə əsasında bağlanmış 25 aprel 2025-ci il tarixli, R-35xx/xx-0024 saylı sazişdən görünür ki, “X5”-in X1 və digərlərindən borc tələb etmək hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. İşdə olan 03 sentyabr 2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X1 24 aprel 2025-ci il tarixli, SWY000310 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ümumilikdə 224 manat borcun 06 sentyabr 2025-ci il tarixədək ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan 02 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 24 aprel 2025-ci il tarixli, SWY000310 saylı nisyə alqı-satqı müqaviləsi üzrə X2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 02 sentyabr 2025-ci il tarixə ödənilməmiş 194 manat əsas borcu və 29,10 manat cərimə, cəmi 223,10 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 348.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Həmin Məcəllənin 657.2-ci maddəsinə əsasən faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir. Həmin Məcəllənin 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, “X5” ilə cavabdeh X4 arasında bağlanmış 24 aprel 2025-ci il tarixli SWY000310 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 194 manat dəyərində nisyə mal almış və həmin malın dəyərini müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 194 manat borcu 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “X5” arasında bağlanmış 22 yanvar 2025-ci il tarixli R-3539/25 saylı faktorinq müqaviləsinə və ona əlavə edilmiş 25 aprel 2024-cü il tarixli R-35xx/xx-0024 saylı sazişə əsasən fiziki şəxs “X5”-in cavabdeh X3 qarşı olan 194 manat məbləğindəki tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. Cavabdehə bildiriş göndərilərək borcun qaytarılması tələb edilmiş, cavabdeh ödənişi tam yerinə yetirmədiyi üçün müqavilənin 2.4.4 maddəsinə əsasən 29,10 manat dəbbə pulu hesablanmışdır. Ona görə də cavabdeh X1 194 manat əsas borcun və 29,10 manat cərimə məbləğinin alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh X1 194 manat əsas borcun və 29,10 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 24 aprel 2025-ci il tarixli, SWY000310 saylı müqavilə üzrə tələb olunan 29,10 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 5 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 194 manat əsas borc və 5 manat cərimə, cəmi 199 manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 16 sentyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 194.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2468 -6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh X1 24 aprel 2025-ci il tarixli, SWY000310 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 194 manat əsas borc, 5 manat cərimə, cəmi 199 (bir yüz doxsan doqquz) manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar