Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1850/2025 29.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 may 2025-ci il tarixli, ********** saylı müqavilə əsasında ********* saylı faktura üzrə 3903,48 manat əsas borc, 390,35 manat cərimə, ********* saylı faktura üzrə 2815,38 manat əsas borc, 281,54 manat cərimə, ********* saylı faktura üzrə 1828,80 manat əsas borc, 182,88 manat cərimə, ümumi olaraq 9402,43 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 114,03 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 may 2025-ci il tarixli müqavilə ilə cavabdeh iddiaçıdan ********* saylı faktura üzrə 733 manat ilkin ödəniş edilməklə, 18 ay müddətinə hər ay 216,86 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət və xidmət daxil olmaqla, ümumi dəyəri 4636,48 manat olan “LG” markalı televizor və “Playstation” markalı avadanlıq, ********* saylı faktura üzrə 1080 manat ilkin ödəniş edilməklə, 18 ay müddətinə hər ay 156,41 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 3895,38 manat olan “Bosh” markalı paltaryuyan avadanlıq, ********* saylı faktura üzrə 650 manat ilkin ödəniş edilməklə, 24 ay müddətinə hər ay 76,20 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 2478,80 manat olan “Bosh” markalı qabyuyan avadanlıq almışdır. Lakin Cavabdeh müqavilənin tələblərini yerinə yetirməmiş və iddiaçıya 3903,48 manat borcu yaranmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi öçün, ona müqavilənin 3.5-ci bəndinə əsasən ********* saylı faktura üzrə 390,35 manat, ********* saylı faktura üzrə 281,54 manat, ********* saylı faktura üzrə 182,88 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 16 may 2025-ci il tarixli müqavilə üzrə ümumi olaraq 9402,43 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 114,03 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə məhkəməyə məktub ünvanlayaraq Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsini müdafiə etdiyini və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşdə olan 16 may 2025-ci il tarixli, ********** saylı müqavilədən (5.1-ci bənd) görünür ki, bu müqavilə 10 il müddətinə, müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mal və ya xidmət əldə etmək üçün Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmışdır. İşdə olan 16 may 2025-ci il tarixli ********* saylı fakturadan görünür ki, ümumi dəyəri 4636,48 manat məbləğində bir ədəd “LG” markalı televizor, üç ədəd oyun pultu, bir ədəd “Playstation” markalı avadanlıq 733 manat ilkin ödəniş edilməklə, 18 ay müddətinə 216,86 manat hissəvi ödənişlə sənədləşdirilmişdir. İşdə olan 16 may 2025-ci il tarixli ********* saylı fakturadan görünür ki, ümumi dəyəri 3895,39 manat məbləğində bir ədəd “Bosh” markalı paltaryuyan avadanlıq 1080 manat ilkin ödəniş edilməklə, 18 ay müddətinə 156,41 manat hissəvi ödənişlə sənədləşdirilmişdir. İşdə olan 16 may 2025-ci il tarixli ********* saylı fakturadan görünür ki, ümumi dəyəri 2478,80 manat məbləğində bir ədəd “Bosh” markalı qabyuyan avadanlıq 650 manat ilkin ödəniş edilməklə, 24 ay müddətinə 76,20 manat hissəvi ödənişlə sənədləşdirilmişdir. İşdə olan 16 may 2025-ci il, 02 iyun 2025-ci il və 06 iyun 2025-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, Cavabdeh həmin tarixlərdə qeyd edilən avadanlıq və əşyaları təhvil almışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 23 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 16 may 2025-ci il tarixli müqavilə üzrə 8547,66 manat əsas borcu, 854,77 manat cərimə, ümumilikdə 9402,43 manat borcu qalmışdır. Cavabdeh müqavilə üzrə cəmi 2463 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 may 2025-ci il tarixli müqavilə ilə cavabdeh iddiaçıdan ********* saylı faktura üzrə 733 manat ilkin ödəniş edilməklə, 18 ay müddətinə hər ay 216,86 manat ödəməyi öhdəsinə götürməklə, zəmanət və xidmət daxil olmaqla, ümumi dəyəri 4636,48 manat olan “LG” markalı televizor və “Playstation” markalı avadanlıq, ********* saylı faktura üzrə 1080 manat ilkin ödəniş edilməklə, 18 ay müddətinə hər ay 156,41 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 3895,38 manat olan “Bosh” markalı paltaryuyan avadanlıq, ********* saylı faktura üzrə 650 manat ilkin ödəniş edilməklə, 24 ay müddətinə hər ay 76,20 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 2478,80 manat olan “Bosh” markalı qabyuyan avadanlıq almışdır. Lakin Cavabdeh müqavilənin tələblərini yerinə yetirməmiş və iddiaçıya 3903,48 manat borcu yaranmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün, ona müqavilənin 3.5-ci bəndinə əsasən ********* saylı faktura üzrə 390,35 manat, ********* saylı faktura üzrə 281,54 manat, ********* saylı faktura üzrə 182,88 manat cərimə hesablanmışdır Məhkəmə iş üzrə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 16 may 2025-ci il tarixli müqavilə üzrə ümumilikdə 8547,66 manat əsas borcunun, 854,77 manat cərimənin, cəmi 9402,43 manat borcunun olması barədə 19 noyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəli mötəbər sübut kimi qəbul edilməlidir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 16 may 2025-ci il tarixli müqavilə üzrə 8547,66 manat əsas borcun, 854,77 manat cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən tələb olunan 16 may 2025-ci il tarixli, müqavilə əsasında ********* saylı faktura üzrə 390,35 manat, ********* saylı faktura üzrə 281,54 manat, ********* saylı faktura üzrə 182,88 manat cərimə (dəbbə pulu) müvafiq olaraq 180, 130, 90 olmaqla 400 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16 may 2025-ci il tarixli müqavilə üzrə 8547,66 manat əsas borc, 400 manat cərimə, ümumilikdə 8947,66 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 20 noyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 114,03 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 114,03 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 16 may 2025-ci il tarixli, ********** saylı müqavilə əsasında ********* saylı faktura üzrə 3903,48 manat əsas borc, 180 manat cərimə, ********* saylı faktura üzrə 2815,38 manat əsas borc, 130 manat cərimə, ********* saylı faktura üzrə 1828,80 manat əsas borc, 90 manat cərimə, cəmi 8947 (səkkiz min doqquz yüz qırx yeddi) manat 66 (altmış altı) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 114 (bir yüz on dörd) manat 03 (üç) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1850/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1850/2025
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver