Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-187/2025 24.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3913,38 manat əsas borc, 888,62 manat cərimə və 68,02 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4870,02 manat borcun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2023-cü il tarixli 003-DFM-0205-23 saylı və 28 oktyabr 2023-cü il tarixli, 003-DFM- 0886-23 saylı hissəli ödənişlə nisyə alqı-satqı müqavilələrinə əsasən şəxsi istifadə məqsədləri üçün 1 ədəd 1295 manat dəyərində “Yashirov 18000” lik adlı kondisionerlə cavabdehi təmin etmişdir. 003-DFM-0205-23 saylı müqavilənin 01 saylı əlavəsi üzrə cavabdeh tərəfindən 1295 manat məbləğin 18 ay müddətinə hissəli ödənişi, 003-DFM- 0886-23 saylı müqavilənin 01 saylı əlavəsi üzrə tam məbləğin (5556) 18 ay müddətinə hissə ödənişi nəzərdə tutulmuşdur. 003-DFM-0205-23 saylı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı əlavədə müəyyən edilən ödəniş cədvəlinə əsasən cavabdeh 15 iyun 2023-cü il tarixdən etibarən 18 təqvim ayı müddətində hər ayın 15-i müqavilə üzrə təchiz edilmiş mala görə 71 manat (sonuncu ayda 88 manat) məbləğində ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış ardıcıl 06 tarix üzrə hər hansı vəsait ödəməmişdir. 003-DFM-0886-23 saylı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı əlavədə müəyyən edilən ödəniş cədvəlinə əsasən cavabdeh 28 oktyabr 2023-cü il tarixindən etibarən hər təqvim ayının 28-i müqavilə üzrə təchiz edilmiş mala görə 308 manat məbləğində ödəniş icra etməli olsa da, öhdəliyi icra vaxtı çatmış ardıcıl 05 tarix üzrə cavabdeh iddiaçıya hər hansı vəsait ödəməmişdir.Cavabdeh iddiaçıya 003-DFM-0205-23 saylı müqavilə üzrə dəyəri 1295 manat mala görə 782 manat ödəniş etmiş, ödənilmiş ödənişin 781,29 manat hissəsi müqavilə üzrə əsas borc məbləğindən, 0,71 manat məbləğ isə müqavilə üzrə hesablanmış cərimə borcu məbləğindən silinmişdir. Malın qalan dəyəri üzrə cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu günədək hər hansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən 003-DFM-0205-23 saylı müqavilə üzrə 529.81 manat əsas borc və 238,29 manat cərimə borcu olmaqla cəmi 752 manat məbləğində borc cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Həmçinin 001-DFM-0886-23 saylı müqavilə üzrə dəyəri 5556 manat dəyərində təhvil verilmiş mala görə ödəniş qrafiki üzrə 2372 manat ödəniş edilmiş və ödənişin 2156.33 manat hissəsi əsas borcdan, 215.67 manat hissəsi isə müqavilə üzrə hesablanmış cərimə borcundan silinmişdir. Malın qalan dəyəri üzrə cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu gunədək hər hansı ödəniş həyata keçməmişdir. Bu səbəbdən 001-DFM-0886-23 saylı müqavilə üzrə 3399,67 manat əsas borc və 650,33 cərimə borcu olmaqla, cəmi 4050 manat məbləğində cavabdeh tərəfindən iddaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilələrin 2.6-cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malı qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehin 003-DFM-0205-23 saylı müqavilə üzrə iddiaçıya 513.71 manat əsas borc, 238,29 manat cərimə, cəmi 752 manat, 001-DFM-0886-23 saylı müqavilə üzrə isə 3399,67 manat əsas borc və 650,33 cərimə borcu olmaqla, cəmi 4050 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da, ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 28 oktyabr 2023-cü il tarixli nisyə alqı-satqı ərizə-anketdən və xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Cavabdeh onunla 1295 manat dəyərində alqı-saqtı edilməsi ilə bağlı iddiaçıdan “Yashirov 18000” lik adlı kondisioner almaq üçün İddiaçınə müraciət etmişdir. İşdə olan 15 iyun 2023-cü il tarixli 003-DFM-0029-23 saylı nisyə alqı-satqı müqaviləsindən, ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, bu müqavilə ilə Cavabdeh iddiaçıdan aldığı 1 ədəd ümumi dəyəri 1295 manat olan “Yashirov 18000” lik adlı kondisionerə görə İddiaçınə 18 ay müddətinə hər ay 71 manat, sonuncu ay isə 88 manat olmaqla, cəmi 1295 manat ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən “Yashirov 18000” lik adlı kondisioner cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. İşdə olan 22 oktyabr 2024-cü il tarixli 108 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 15 iyun 2023-cü il tarixli 003-DFM-0029-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə 22 oktyabr 2024-cü il tarixə 513,71 manat əsas borcu, 237,49 manat cərimə borcu qalmışdır. İşdə olan 22 oktyabr 2024-cü il tarixli 114 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 28 oktyabr 2023-cü il tarixli 003-DFM-0886-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə 22 oktyabr 2024-cü il tarixə 3399,67 manat əsas borcu, 649.71 manat cərimə borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2023-cü il tarixli 003-DFM-0205-23 saylı və 28 oktyabr 2023-cü il tarixli, 003-DFM-0886-23 saylı hissəli ödənişlə nisyə alqı-satqı müqavilələrinə əsasən şəxsi istifadə məqsədləri üçün 1 ədəd 1295 manat dəyərində “Yashirov 18000” lik adlı kondisioner və 1 ədəd dəyəri 5556 olan “Samsung tv CU710065” markalı televizorla cavabdehi təmin etmişdir. Cavabdeh 15 iyun 2023-cü il tarixli müqavilə üzrə cəmi 3320.15 manat ödəniş etmiş, ardıcıl iki dəfə icra vaxtı çatmış ödəniş üzrə iddiaçıya heç bir vəsait ödəməmişdir, 28 oktyabr 2023-cü il tarixli müqavilə üzrə isə cəmi 691.24 manat ödəniş etmiş, ardıcıl üç dəfə icra vaxtı çatmış ödəniş üzrə iddiaçıya heç bir vəsait ödəməmişdir Cavabdehin ünvanına bildiriş göndərilmiş, lakin edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malı qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehin ümümilikdə müqavilələr üzrə iddiaçıya 2409,82 manat əsas borc, 888,62 manat cərimə, cəmi 2562.81 manat borcu yaranmışdır. Ona görə də İddiaçı Cavabdeh 02 may 2023-cü il tarixli müqavilə üzrə 529.81 manat əsas borcu, 238,29 manat manat cərimə, 28 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 3399,67 manat əsas borcu, 50.83 ümumilikdə iki müqavilə üzrə cəmi 2562.81 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh əsas borc və cərimə borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 15 iyun 2023-cü il tarixli 003-DFM-0205-23 saylı və 28 oktyabr 2023-cü il tarixli 003-DFM-0886-23 saylı hər iki müqavilə üzrə tələb olunan ümumilikdə 888,62 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 390 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3913,38 manat əsas borc, 390 manat cərimə, cəmi 4303.38 manat alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 68,02 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 68,02 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3913,38 manat əsas borc, 390 manat cərimə, cəmi 4303,38 (dörd min üç yüz üç manat otuz səkkiz qəpik) manat alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 68,02 (altmış səkkiz manat iki qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-187/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-187/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver