Məhkəmə qərarları › İş №e-2(055)-1878/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1878/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1878/2025 07.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X3 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 mart 2024-cü il və 19 iyun 2024-cü il tarixli müqavilələr üzrə ümumi olaraq 122,22 manat əsas borcun, 12,22 manat cərimənin, cəmi 134,44 manat ümumi borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış 17 mart 2024-cü il tarixli 12141464 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan 18 ay müddətinə hər ay 32,87 manat ödəniş etməyi öhdəsinə götürməklə, xidmət daxil olmaqla, dəyəri 591,66 manat məbləğində bir ədəd “Huawei Nova Y91” markalı, 19 iyun 2024-cü il tarixli 10718232 saylı müqaviləyə əsasən 12 ay müddətinə, 30 manat ilkin ödəniş edilməklə, hər ay 30,83 manat ödəniş etməyi öhdəsinə götürməklə, xidmətlər daxil olmaqla, dəyəri 399,96 manat məbləğində “Oppo A18” markalı iki ədəd telefon almışdır. Lakin cavabdeh X4 müqavilələr üzrə tam ödəniş etməmiş və nəticədə 17 mart 2024-cü il tarixli müqavilə üzrə 37,03 manat, 19 iyun 2024-cü il tarixli müqavilə üzrə 85,19 manat olmaqla, müqavilələr üzrə cəmi 122,22 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi üçün ona müqavilənin 3.5-ci bəndinə əsasən 17 mart 2024-cü il tarixli müqavilə üzrə 3,70 manat, 19 iyun 2024-cü il tarixli müqavilə üzrə 8,52 manat, cəmi 12,22 manat cərimə hesablanmışdır. Ona görə də cavabdeh X1 müqavilələr üzrə ümumi olaraq 122,22 manat əsas borc, 12,22 manat cərimə, cəmi 134,44 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 17 mart 2024-cü il tarixli, 12141464 saylı müqavilədən, və həmin tarixli müqavilə əlavəsindən görünür ki, bu müqavilə xidmətlər daxil olmaqla dəyəri 591,66 manat məbləğində bir ədəd “Huawei Nova Y91” markalı telefonun alınması üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmışdır. İşdə olan 19 iyun 2024-cü il tarixli 10718232 saylı müqavilədən və həmin tarixli müqavilə əlavəsindən görünür ki, bu müqavilə 30 manat ilkin ödəniş edilməklə bir ədəd dəyəri 399,96 manat məbləgində “Oppo A18” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmışdır. İşdə olan 17 mart 2024-cü il və 19 iyun 2024-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, qeyd edilən avadanlıqlar və xidmətlər cavabdeh X4 tərəfindən həmin tarixlərdə təhvil alınmışdır. İşdə olan 16 sentyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 17 mart 2024-cü il tarixli 12141464 saylı müqavilə 18 ay müddədinə hər ay 32,87 manat, 19 iyun 2024-cü il tarixli 10718232 saylı müqavilə 12 ay müddətinə, hər ay 30,83 manat odənilməsi nəzərdə tutularaq tərəflər arasında bağlanmış və hər iki müqavilə üzrə cavabdeh X2 ümumilikdə 122,22 manat əsas borcu, 12,22 manat cərimə olmaqla, cəmi 134,44 manat borcu vardır. Cavabdeh müqavilə üzrə 869,40 manat ödəniş etmişdir. İşdə olan 30 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəf cavabdehdən 17 mart 2024-cü il tarixli və 19 iyun 2024-cü il tarixli müqavilələrdən irəli gələn öhdəliklərini üç iş günü ərzində yerinə yetirməyi tələb etmiş və əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış 17 mart 2024-cü il tarixli 12141464 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan 18 ay müddətinə hər ay 32,87 manat ödəniş etməyi öhdəsinə götürməklə, xidmət daxil olmaqla, dəyəri 591,66 manat məbləğində bir ədəd “Huawei Nova Y91” markalı, 19 iyun 2024-cü il tarixli 10718232 saylı müqaviləyə əsasən 12 ay müddətinə, 30 manat ilkin ödəniş edilməklə, hər ay 30,83 manat ödəniş etməyi öhdəsinə götürməklə, xidmətlər daxil olmaqla, dəyəri 399,96 manat məbləğində “Oppo A18” markalı iki ədəd telefon almışdır. Lakin cavabdeh X4 müqavilələr üzrə tam ödəniş etməmiş və nəticədə 17 mart 2024-cü il tarixli müqavilə üzrə 37,03 manat, 19 iyun 2024-cü il tarixli müqavilə üzrə 85,19 manat olmaqla, müqavilələr üzrə cəmi 122,22 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi üçün ona müqavilənin 3.5-ci bəndinə əsasən 17 mart 2024-cü il tarixli müqavilə üzrə 3,70 manat, 19 iyun 2024-cü il tarixli müqavilə üzrə 8,52 manat, cəmi 12,22 manat cərimə hesablanmışdır. Ona görə də cavabdeh X1 müqavilələr üzrə ümumi olaraq 122,22 manat əsas borc, 12,22 manat cərimə, cəmi 134,44 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X1 17 mart 2024-cü il tarixli və 19 iyun 2024-cü il tarixli müqavilələr üzrə 122,22 manat əsas borcun, 12,22 manat cərimənin, cəmi 134,44 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 17 mart 2024-cü il tarixli müqaviləyə əsasən 3,70 manat, 19 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 8,52 manat müəyyən edilmiş dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı müvafiq olaraq 1 manat və 4 manat olmaqla, 5 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdeh X1 17 mart 2024-cü il tarixli və 19 iyun 2024-cü il tarixli müqavilələr üzrə 122,22 manat əsas borc və 5 manat cərimə olmaqla cəmi 127,22 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 25 noyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh X1 17 mart 2024-cü il tarixli, 12141464 saylı müqaviləyə əsasən 37,03 manat əsas borc, 1 manat cərimə, 19 iyun 2024-cü il tarixli, 10718232 saylı müqaviləyə əsasən 85,19 manat əsas borc, 4 manat cərimə olmaqla, müqavilələr üzrə ümumi olaraq 127 (bir yüz iyirmi yeddi) manat 22 (iyirmi iki) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar