Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1880/2025 07.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 may 2025-ci il tarixli, **********0 saylı müqavilə üzrə 1062 manat əsas borcun, 106,20 manat cərimənin, cəmi 1168,20 manat borcun və 31,69 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 may 2025-ci il tarixli, **********0 saylı müqaviləyə əsasən cavabdeh 12 ay müddətinə hər ay 88,50 manat ödəniş etməyi öhdəsinə götürməklə, iddiaçıdan ümumi dəyəri 1062 manat məbləğində bir ədəd “Poco X7 Pro” markalı telefon almışdır. Lakin Cavabdeh müqavilə üzrə ödəniş etməmiş və nəticədə 1062 manat borcu yaranmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilənin 3.5-ci bəndinə əsasən 106,20 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 30 may 2025-ci il tarixli **********0 saylı müqavilə üzrə 1062 manat əsas borcun, 106,20 manat cərimənin, cəmi 1168,20 manat borcun və 31,69 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 30 may 2025-ci il tarixli, **********0 saylı müqavilədən (5.1-ci bənd) görünür ki, bu müqavilə 10 il müddətinə, müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mal və ya xidmət əldə etmək üçün Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmışdır. İşdə olan 30 may 2025-ci il tarixli 11843031 saylı fakturadan görünür ki, 30 may 2025-ci il tarixli, **********0 saylı müqavilə əsasında ümumi dəyəri 1062 manat məbləğində bir ədəd İmei Kodu **********85508 olan “Poco X7 Pro 12/512GB Yellow” markalı telefon ödəniş təminatı xidməti ilə 12 ay müddətinə 88,50 manat hissəvi ödənişlə sənədləşdirilmişdir. İşdə olan 30 may 2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 30 may 2025-ci il tarixdə bir ədəd İmei Kodu **********85508 olan “Poco X7 Pro” markalı telefonu ödəniş təminatı xidməti ilə təhvil almışdır. İşdə olan 21 noyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30 may 2025-ci il tarixli müqavilə üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1062 manat əsas borc, 106,20 manat cərimə olmaqla, cəmi 1168,20 manat borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə ödəniş etməmişdir. İşdə olan 14 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəf cavabdehdən 30 may 2025-ci il tarixli, **********0 saylı müqaviləyə əsasən öhdəliyini yerinə yetirməsini tələb etmiş, əks halda üç iş günü müddətində məhkəməyə müraciət ediləcəyini bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 may 2025-ci il tarixli, **********0 saylı müqaviləyə əsasən cavabdeh 12 ay müddətinə hər ay 88,50 manat ödəniş etməyi öhdəsinə götürməklə, iddiaçıdan ümumi dəyəri 1062 manat məbləğində bir ədəd “Poco X7 Pro” markalı telefon almışdır. Lakin Cavabdeh müqavilə üzrə ödəniş etməmiş və nəticədə 1062 manat borcu yaranmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilənin 3.5-ci bəndinə əsasən 106,20 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 30 may 2025-ci il tarixli **********0 saylı müqavilə üzrə 1062 manat əsas borcun, 106,20 manat cərimənin, cəmi 1168,20 manat borcun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 30 may 2025-ci il tarixli, **********0 saylı müqavilə üzrə 1062 manat əsas borcun, 106,20 manat cərimənin, cəmi 1168,20 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 106,20 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 50 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 30 may 2025-ci il tarixli **********0 saylı müqavilə üzrə 1062 manat əsas borc, 50 manat cərimə, cəmi 1112 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 25 noyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 31,69 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31,69 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 30 may 2025-ci il tarixli **********0 saylı müqaviləyə əsasən 1062 manat əsas borc, 50 manat cərimə, cəmi 1112 (biri min yüz on iki) manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31 (otuz bir) manat 69 (altmış doqquz) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1880/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1880/2025
07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver