Məhkəmə qərarları › İş №e-2(055)-189/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-189/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-189/2025 31.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2988.27 manat əsas borc, 285.73 manat cərimə və 52,74 manat ödənilmiş dövlət rüsumunun, cəmi 3326,74 manat borcun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2023-cü il tarixli 003-DFM-0943-23 saylı, 16 noyabr 2023-cü il tarixli 003-DFM- 0969-23 saylı və 23 noyabr 2023-cü il tarixli, 003-DFM-1005-23 saylı hissəli ödənişlə nisyə alqı-satqı müqavilələrinə əsasən şəxsi istifadə məqsədləri üçün 1 ədəd 1374 manat dəyərində “Məişət əşyası” adlı mal, 1 ədəd 651 manat dəyərində “Məişət əşyası” adlı mal və 1 ədəd 4222 manat dəyərində “Məişət əşyası” adlı mal ilə cavabdehi təmin etmişdir. 003-DFM-0943-23 saylı müqavilənin 01 saylı əlavəsi üzrə cavabdeh tərəfindən ilkin ödəniş etmədən 1374 manat məbləği 12 ay müddətinə hissəli ödənişi, 003-DFM-0969-23 saylı müqavilənin 01 saylı əlavəsi üzrə tam məbləğin (651) 12 ay müddətinə hissəli ödənişi, 003-DFM-1005-23 saylı müqavilənin 01 saylı əlavəsi üzrə tam məbləğin (4222) 18 ay müddətinə hissəli ödənişi nəzərdə tutulmuşdur. 003-DFM-0943-23 saylı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı əlavədə müəyyən edilən ödəniş cədvəlinə əsasən cavabdeh 08 noyabr 2023-cü il tarixdən etibarən 12 təqvim ayı müddətində hər ayın 08-i müqavilə üzrə təchiz edilmiş mala görə 114 manat (sonuncu ayda 120 manat) məbləğində ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış ardıcıl iki tarix üzrə hər hansı vəsait ödəməmişdir. 003-DFM-0969-23 saylı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı əlavədə müəyyən edilən ödəniş cədvəlinə əsasən cavabdeh 16 noyabr 2023-cü il tarixində etibarən hər təqvim ayının 16-i müqavilə üzrə təchiz edilmiş mala görə 54 manat (sonuncu ayda 57 manat) məbləğində ödəniş icra etməli olsa da, öhdəliyi icra vaxtı çatmış ardıcıl beş tarix üzrə cavabdeh iddiaçıya hər hansı vəsait ödəməmişdir. 003-DFM-1005-23 saylı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı əlavədə müəyyən edilən ödəniş cədvəlinə əsasən cavabdeh 23 noyabr 2023-cü il tarixində etibarən hər təqvim ayının 23-ü müqavilə üzrə təchiz edilmiş mala görə 234 manat (sonuncu ayda 244 manat) məbləğində ödəniş icra etməli olsa da, öhdəliyi icra vaxtı çatmış ardıcıl beş tarix üzrə cavabdeh iddiaçıya hər hansı vəsait ödəməmişdir. Cavabdeh iddiaçıya 003-DFM-0943-23 saylı müqavilə üzrə dəyəri 1374 manat mala görə 1273 manat ödəniş etmiş, ödənilmiş ödənişin 122,60 manat hissəsi müqavilə üzrə əsas borc məbləğindən, 61,40 manat məbləğ isə müqavilə üzrə hesablanmış cərimə borcu məbləğindən silinmişdir. Malın qalan dəyəri üzrə cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu günədək hər hansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən 003-DFM-0943-23 saylı müqavilə üzrə 162.40 manat əsas borc və 1,60 manat cərimə borcu olmaqla cəmi 164 manat məbləğində borc cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Həmçinin 001- DFM-0969-23 saylı müqavilə üzrə dəyəri 651 manat dəyərində təhvil verilmiş mala görə ödəniş qrafiki üzrə 392 manat ödəniş edilmiş və ödənişin 378.71 manat hissəsi əsas borcdan, 13.29 manat hissəsi isə müqavilə üzrə hesablanmış cərimə borcundan silinmişdir. Malın qalan dəyəri üzrə cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu gunədək hər hansı ödəniş həyata keçməmişdir. Bu səbəbdən 001-DFM-0969-23 saylı müqavilə üzrə 272.29 manat əsas borc və 108.71 cərimə borcu olmaqla, cəmi 381 manat məbləğində cavabdeh tərəfindən iddaçıya ödənilməlidir. Həmçinin 001-DFM-1005-23 saylı müqavilə üzrə dəyəri 4222 manat dəyərində təhvil verilmiş mala görə ödəniş qrafiki üzrə 2107,36 manat ödəniş edilmiş və ödənişin 1668.42 manat hissəsi əsas borcdan, 438.94 manat hissəsi isə müqavilə üzrə hesablanmış cərimə borcundan silinmişdir. Malın qalan dəyəri üzrə cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu gunədək hər hansı ödəniş həyata keçməmişdir. Bu səbəbdən 001-DFM-1005-23 saylı müqavilə üzrə 2553.58 manat əsas borc və 175.42 cərimə borcu olmaqla, cəmi 2729 manat məbləğində cavabdeh tərəfindən iddaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilələrin 2.6-cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malı qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehin 003-DFM-0943-23 saylı müqavilə üzrə iddiaçıya 162.40 manat əsas borc, 1.60 manat cərimə, cəmi 164 manat, 001-DFM-0996-23 saylı müqavilə üzrə 272.29 manat əsas borc və 108.71 manat cərimə borcu olmaqla, cəmi 381 manat, 003-DFM- 1005-23 saylı müqavilə üzrə iddiaçıya 2553.58 manat əsas borc, 175.42 manat cərimə, cəmi 2729 manat borcu vardır. Beləliklə Cavabdeh ümumilikdə üç müqavilə üzrə üzrə 2988,27 manat əsas borc, 285.73 manat cərimə, cəmi 3274 manat borcun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da, ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 08 noyabr 2023-cü il tarixli 003-DFM-0943-23 saylı nisyə alqı-satqı müqaviləsindən, ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, Cavabdeh onunla 1374 manat dəyərində alqı-saqtı edilməsi ilə bağlı iddiaçıdan “Məişət əşyası” adlı malı ilkin ödəniş etmədən almaq üçün İddiaçınə müraciət etmişdir. İşdə olan 16 noyabr 2023-cü il tarixli 003-DFM-0969-23 saylı nisyə alqı-satqı müqaviləsindən, ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, bu müqavilə ilə Cavabdeh iddiaçıdan aldığı 1 ədəd ümumi dəyəri 651 manat olan “Məişət əşyası” adlı malı ilkin ödəniş etmədən almaq üçün İddiaçınə müraciət etmişdir. İşdə olan 23 noyabr 2023-cü il tarixli 003-DFM-1005-23 saylı nisyə alqı-satqı müqaviləsindən, ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, Cavabdeh onunla 4222 manat dəyərində alqı-saqtı edilməsi ilə bağlı iddiaçıdan “Məişət əşyası” adlı malı ilkin ödəniş etmədən almaq üçün İddiaçınə müraciət etmişdir. İşdə olan 23 oktyabr 2024-cü il tarixli 143 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 08 noyabr 2023-cü il tarixli 003-DFM-0943-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə 23 oktyabr 2024-cü il tarixə 162.40 manat əsas borcu, 1,27 manat cərimə borcu qalmışdır. İşdə olan 23 oktyabr 2024-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 08 noyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmişdir. İşdə olan 22 oktyabr 2024-cü il tarixli 126 saylı maliyyə arayışından görünür ki, Cavabdehnun 16 noyabr 2023-cü il tarixli 003-DFM-0969-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə 22 oktyabr 2024-cü il tarixə 272.29 manat əsas borcu, 108.42 manat cərimə borcu qalmışdır. İşdə olan 22 oktyabr 2024-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 16 noyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmişdir. İşdə olan 22 oktyabr 2024-cü il tarixli 125 saylı maliyyə arayışından görünür ki, Cavabdehnun 23 noyabr 2023-cü il tarixli 003-DFM-1005-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə 22 oktyabr 2024-cü il tarixə 2553.58 manat əsas borcu, 174.61 manat cərimə borcu qalmışdır. İşdə olan 23 noyabr 2023-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 23 noyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh iddiaçıya 003-DFM- 0943-23 saylı müqavilə üzrə dəyəri 1374 manat mala görə 1273 manat ödəniş etmiş, ödənilmiş ödənişin 122,60 manat hissəsi müqavilə üzrə əsas borc məbləğindən, 61,40 manat məbləğ isə müqavilə üzrə hesablanmış cərimə borcu məbləğindən silinmişdir. Malın qalan dəyəri üzrə cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu günədək hər hansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən 003-DFM-0943-23 saylı müqavilə üzrə 162.40 manat əsas borc və 1,60 manat cərimə borcu olmaqla cəmi 164 manat məbləğində borc cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Həmçinin 001-DFM-0969-23 saylı müqavilə üzrə dəyəri 651 manat dəyərində təhvil verilmiş mala görə ödəniş qrafiki üzrə 392 manat ödəniş edilmiş və ödənişin 378.71 manat hissəsi əsas borcdan, 13.29 manat hissəsi isə müqavilə üzrə hesablanmış cərimə borcundan silinmişdir. Malın qalan dəyəri üzrə cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu gunədək hər hansı ödəniş həyata keçməmişdir. Bu səbəbdən 001-DFM-0969-23 saylı müqavilə üzrə 272.29 manat əsas borc və 108.71 cərimə borcu olmaqla, cəmi 381 manat məbləğində cavabdeh tərəfindən iddaçıya ödənilməlidir. Həmçinin 001-DFM-1005-23 saylı müqavilə üzrə dəyəri 4222 manat dəyərində təhvil verilmiş mala görə ödəniş qrafiki üzrə 2107,36 manat ödəniş edilmiş və ödənişin 1668.42 manat hissəsi əsas borcdan, 438.94 manat hissəsi isə müqavilə üzrə hesablanmış cərimə borcundan silinmişdir. Malın qalan dəyəri üzrə cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu gunədək hər hansı ödəniş həyata keçməmişdir. Bu səbəbdən 001- DFM-1005-23 saylı müqavilə üzrə 2553.58 manat əsas borc və 175.42 cərimə borcu olmaqla, cəmi 2729 manat məbləğində cavabdeh tərəfindən iddaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilələrin 2.6-cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malı qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehin 003-DFM- 0943-23 saylı müqavilə üzrə iddiaçıya 162.40 manat əsas borc, 1.60 manat cərimə, cəmi 164 manat, 001-DFM-0996-23 saylı müqavilə üzrə 272.29 manat əsas borc və 108.71 manat cərimə borcu olmaqla, cəmi 381 manat, 003-DFM-1005-23 saylı müqavilə üzrə iddiaçıya 2553.58 manat əsas borc, 175.42 manat cərimə, cəmi 2729 manat borcu vardır. Beləliklə Cavabdeh ümumilikdə üç müqavilə üzrə üzrə 2988,27 manat əsas borc, 285.73 manat cərimə, cəmi 3274 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 2988.27 manat əsas borc və 285.73 manat cərimə, ümumilikdə cəmi 3326.74 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 08 noyabr 2023-cü il tarixli 003-DFM-0943-23 saylı, 16 noyabr 2023-cü il tarixli 003-DFM-0969-23 saylı və 23 noyabr 2023-cü il tarixli, 003-DFM-1005-23 saylı nisyə alqısatqı müqavilələri üzrə 2988.27 manat əsas borc, 285.73 manat cərimə, 3274 manat alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 52,74 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 52,74 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 08 noyabr 2023-cü il tarixli 003-DFM-0943-23 saylı, 16 noyabr 2023-cü il tarixli 003-DFM-0969-23 saylı və 23 noyabr 2023-cü il tarixli, 003-DFM-1005-23 saylı nisyə alqı-satqı müqavilələri üzrə 2988,27 manat əsas borc, 285,73 manat cərimə, ödənilmiş 52,74 manat dövlət rüsumu, 3326,74 (üç min üç yüz iyirmi altı manat yetmiş dörd qəpik) manat alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar