Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-190/2024 31.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 aprel 2022-ci il tarixli müqavilə üzrə 555.80 manat əsas borc, 55.20 manat cərimə, 17 may 2022-ci il tarixli digər müqavilə üzrə 54.66 manat əsas borc, 5.34 manat cərimə və 11 iyul 2022-ci il tarixli müqavilə üzrə 718.56 manat əsas borc, 71.44 manat cərimə, cəmi 1461 manat pulun və 34.61 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 aprel 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən, 18 ay müddətinə hər ay 30.90 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 741.60 manat olan “Modena-Yumşaq-3 yerli” almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 may 2022-ci il tarixli digər müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 9.08 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 108.96 manat olan “AİWA və AWEİ” markalı qulaqcıq almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 iyul 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən, 18 ay müddətinə hər ay 55.47 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 998.46 manat olan “Hoffmann mini soba, Samsung tozsoran, Kenwood ətçəkən” almışdır. Lakin Cavabdeh müqavilələr üzrə ümumilikdə 520 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan hər üç müqavilə üzrə cəmi 1329.02 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 55.20 manat, 5.34 manat və 71.44 manat, cəmi 131.98 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 24 aprel 2022-ci il tarixli müqavilə üzrə 555.80 manat əsas borc, 55.20 manat cərimə, 17 may 2022-ci il tarixli digər müqavilə üzrə 54.66 manat əsas borc, 5.34 manat cərimə və 11 iyul 2022-ci il tarixli müqavilə üzrə 718.56 manat əsas borc, 71.44 manat cərimə, cəmi 1461 manat pulun və 34.61 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 24 aprel 2022-ci il tarixli, 02611441 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan, 24 ay müddətinə hər ay 30.90 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 741.60 manat olan “Modena-Yumşaq-3 yerli” alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 17 may 2022-ci il tarixli, 13681335 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 9.08 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 108.96 manat olan “AİWA və AWEİ” markalı qulaqcığın alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 11 iyul 2022-ci il tarixli, 04091867 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 55.47 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 998.46 manat olan “Hoffmann mini soba, Samsung tozsoran, Kenwood ətçəkən” alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 25 dekabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 aprel 2022-ci il tarixli müqavilə üzrə 555.80 manat əsas borc, 55.20 manat cərimə, 17 may 2022-ci il tarixli müqavilə üzrə 54.66 manat əsas borc, 5.34 manat cərimə və 11 iyul 2022-ci il tarixli müqavilə üzrə 718.56 manat əsas borc, 71.44 manat cərimə, ümumilikdə ödənilməmiş 1461 manat borcu qalmışdır. Cavabdeh hər üç müqavilə üzrə cəmi 520 manat ödəniş etmişdir. İşdə olan 18 dekabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 24 aprel 2022-ci il tarixli, 17 may 2022-ci il tarixli və 11 iyul 2022-ci il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 aprel 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 24 ay müddətinə hər ay 30.90 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 741.60 manat olan “Modena-Yumşaq-3 yerli” almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 may 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 9.08 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 108.96 manat olan “AİWA və AWEİ” markalı qulaqcıq almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 iyul 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 55.47 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 998.46 manat olan “Hoffmann mini soba, Samsung tozsoran, Kenwood ətçəkən” almışdır. Lakin Cavabdeh 24 aprel 2022-ci il tarixli, 17 may 2022-ci il tarixli və 11 iyul 2022-ci il tarixli müqavilələr üzrə ümumilikdə 520 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan hər üç müqavilə üzrə, cəmi 1329.02 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 55.20 manat, 5.34 manat və 71.44 manat, cəmi 131.98 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 24 aprel 2022-ci il tarixli müqavilə üzrə 555.80 manat əsas borc, 55.20 manat cərimə, 17 may 2022-ci il tarixli digər müqavilə üzrə 54.66 manat əsas borc, 5.34 manat cərimə və 11 iyul 2022-ci il tarixli müqavilə üzrə 718.56 manat əsas borc, 71.44 manat cərimə, cəmi 1461 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 24 aprel 2022-ci il tarixli müqavilə üzrə 555.80 manat əsas borc, 55.20 manat cərimə, 17 may 2022-ci il tarixli müqavilə üzrə 54.66 manat əsas borc, 5.34 manat cərimə və 11 iyul 2022-ci il tarixli müqavilə üzrə 718.56 manat əsas borc, 71.44 manat cərimə, cəmi 1461 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 24 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 555.80 manat əsas borc, 55.20 manat cərimə, 17 may 2022-ci il tarixli digər müqaviləyə əsasən 54.66 manat əsas borc, 5.34 manat cərimə və 11 iyul 2022-ci il tarixli müqaviləyə əsasən 718.56 manat əsas borc, 71.44 manat cərimə, cəmi 1461 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 34.61 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34.61 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 24 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 555.80 manat əsas borc, 55.20 manat cərimə, 17 may 2022-ci il tarixli digər müqaviləyə əsasən 54.66 manat əsas borc, 5.34 manat cərimə və 11 iyul 2022-ci il tarixli müqaviləyə əsasən 718.56 manat əsas borc, 71.44 manat cərimə, cəmi 1461 (bir min dörd yüz altmış bir) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34(otuz dörd) manat 61(altmış bir) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-190/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-190/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver