Məhkəmə qərarları › İş №e-2(055)-1903/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1903/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1903/2025 14.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 mart 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasında 09487258 saylı faktura üzrə 1375,20 manat əsas borc, 137,52 manat cərimə və 09487257 saylı faktura üzrə 1864,32 manat əsas borc, 186,43 manat cərimə, cəmi 3563,47 manat borcun və 55,64 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 mart 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasında cavabdeh 10 mart 2025-ci il tarixdə 09487258 saylı faktura ilə 24 ay müddətinə, hər ay 57,30 manat ödəməyi öhdəsinə götürməklə, xidmət və zəmanət daxil olmaqla, ümumi dəyəri 1375,20 manat məbləğində bir ədəd “Hisense” markalı televizor və 09487257 saylı faktura ilə 24 ay müddətinə, hər ay 77,68 manat ödəməyi öhdəsinə götürməklə, xidmət və zəmanət daxil olmaqla, ümumi dəyəri 1864,32 manat məbləğində bir ədəd “Philips” markalı tozsovuran, bir ədəd “Beko” markalı mikrodalğa soba və bir ədəd “LG” markalı paltaryuyan almışdır. Lakin Cavabdeh müqavilə üzrə ödəniş etməmiş və nəticədə 09487258 saylı faktura üzrə 1375,20 manat, 09487257 saylı faktura üzrə 1864,32 manat olmaqla, ümumilikdə 3239,52 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün ona müqavilənin 3.5-ci bəndinə əsasən 09487258 saylı faktura üzrə 137,52 manat, 09487257 saylı faktura üzrə 186,43 manat, cəmi 323,95 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 10 mart 2025ci il tarixli, ********** saylı müqavilə üzrə ümumilikdə 3239,52 manat əsas borc, 323,95 manat cərimə olmaqla, cəmi 3563,47 borcun və 55,64 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 10 mart 2025-ci il tarixli, ********** saylı müqavilədən (5.1-ci bənd) görünür ki, bu müqavilə 10 il müddətinə, müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mal və ya xidmət əldə etmək üçün Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmışdır. İşdə olan 10 mart 2025-ci il tarixli, 09487258 saylı fakturadan görünür ki, 10 mart 2025-ci il tarixli, ********** saylı müqavilə əsasında zəmanət daxil olmaqla ümumi dəyəri 1376,04 manat məbləğində bir ədəd “Hisense Note 55A6N” markalı televizor 24 ay müddətinə 57,34 manat hissəvi ödənişlə sənədləşdirilmişdir. İşdə olan 10 mart 2025-ci il tarixli, 09487257 saylı fakturadan görünür ki, 10 mart 2025-ci il tarixli, ********** saylı müqavilə əsasında dəyəri 1864,32 manat məbləğində bir ədəd “Philips XB2062/01” markalı tozsovuran, bir ədəd “LG MH6565DİS” markalı mikrodalğa soba və bir ədəd “Beko B3WFT4842MG” markalı paltaryuyan 24 ay müddətinə 77,68 manat hissəvi ödənişlə sənədləşdirilmişdir. İşdə olan 10 mart 2025-ci il tarixli təhvil təslim aktlarından görünür ki, Cavabdeh həmin tarixlərdə qeyd edilən malları zəmanətlə birlikdə təhvil almışdır. İşdə olan 29 noyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 09487258 saylı faktura üzrə 1375,20 manat əsas borc, 137,52 manat cərimə, cəmi 1512,72 manat, 09487257 saylı faktura üzrə 1864,32 manat əsas borc və 186,43 manat cərimə, cəmi 2050,75 manat, ümumi olaraq hər iki alqı-satqı üzrə 3239,52 manat əsas borc, 323,95 manat cərimə olmaqla, cəmi 3563,47 manat borcu vardır. Cavabdeh müqavilə üzrə ödəniş etməmişdir. İşdə olan 07 noyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəf cavabdehdən 10 mart 2025-ci il tarixli, ********** saylı müqavilədən irəli gələn öhdəliklərinin üç iş günü ərzində yerinə yetirilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 mart 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasında cavabdeh 10 mart 2025-ci il tarixdə 09487258 saylı faktura ilə 24 ay müddətinə, hər ay 57,30 manat ödəməyi öhdəsinə götürməklə, xidmət və zəmanət daxil olmaqla, ümumi dəyəri 1375,20 manat məbləğində bir ədəd “Hisense” markalı televizor və 09487257 saylı faktura ilə 24 ay müddətinə, hər ay 77,68 manat ödəməyi öhdəsinə götürməklə, xidmət və zəmanət daxil olmaqla, ümumi dəyəri 1864,32 manat məbləğində bir ədəd “Philips” markalı tozsovuran, bir ədəd “Beko” markalı mikrodalğa soba və bir ədəd “LG” markalı paltaryuyan almışdır. Lakin Cavabdeh müqavilə üzrə ödəniş etməmiş və nəticədə 09487258 saylı faktura üzrə 1375,20 manat, 09487257 saylı faktura üzrə 1864,32 manat olmaqla, ümumilikdə 3239,52 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün ona müqavilənin 3.5-ci bəndinə əsasən 09487258 saylı faktura üzrə 137,52 manat, 09487257 saylı faktura üzrə 186,43 manat, cəmi 323,95 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 10 mart 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ümumilikdə 3239,52 manat əsas borc, 323,95 manat cərimə olmaqla, cəmi 3563,47 manat borcun allınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 10 mart 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə 3239,52 manat əsas borcun və 323,95 manat cərimənin, cəmi 3563,47 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 09487258 saylı faktura üzrə 137,52 manat, 09487257 saylı faktura üzrə 186,43 manat məbləğində hesablanan dəbbə pullarının (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı müvafiq olaraq 60 manat və 90 manat olmaqla, ümumilikdə 150 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 10 mart 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə 3239,52 manat əsas borc, 150 manat cərimə, cəmi 3389,52 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 03 dekabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 55,64 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 55,64 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 10 mart 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən 09487258 saylı faktura üzrə 1375,20 manat əsas borc, 60 manat cərimə, 09487257 saylı faktura üzrə 1864,32 manat əsas borc, 90 manat cərimə, cəmi 3389 (üç min üç yüz səksən doqquz) manat 52 (əlli iki) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 55 (əlli beş) manat 64 (altmış dörd) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar