Məhkəmə qərarları › İş №e-2(055)-1923/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1923/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1923/2025 16.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 mart 2024-cü il tarixli müqavilə üzrə 1768,85 manat əsas borc, 176,89 manat cərimə, innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat və 20 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 459,65 manat əsas borc, 45,97 manat cərimə, ümumi olaraq hər iki müqavilə üzrə 2228,50 manat əsas borc, 222,85 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 2474,95 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44,75 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 mart 2024-cü il tarixli, 02873555 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan 18 ay müddətinə, 225 manat ilkin ödəniş edilməklə, hər ay 252,78 manat ödəniş etməyi öhdəsinə götürməklə, zəmanət daxil olmaqla, dəyəri 4775,04 manat məbləğində bir ədəd “İphone 15 Pro” markalı telefon və bir ədəd telefon aksesuarı, 20 oktyabr 2024-cü il tarixli, 03089344 saylı müqaviləyə əsasən 18 ay müddətinə hər ay 35,45 manat ödəniş etməyi öhdəsinə götürməklə, dəyəri 638,10 manat məbləğində “Oppo A38” markalı bir ədəd qol saatı almışdır. Lakin Cavabdeh müqavilələr üzrə tam ödəniş etməmiş və nəticədə 25 mart 2024-cü il tarixli müqavilə üzrə 1768,85 manat, 20 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 459,65 manat olmaqla, müqavilələr üzrə cəmi 2228,50 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi üçün ona müqavilənin 3.5-ci bəndinə əsasən 25 mart 2024-cü il tarixli müqavilə üzrə 176,89 manat, 20 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 45,97 manat, cəmi 222,85 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh müqavilələr üzrə ümumi olaraq 2228,50 manat əsas borc, 222,85 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat, cəmi 2474,95 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44,75 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 25 mart 2024-cü il tarixli, 02873555 saylı müqavilədən, və həmin tarixli müqavilə əlavəsindən görünür ki, bu müqavilə 225 manat ilkin ödəniş edilməklə dəyəri 4775,04 manat məbləğində bir ədəd “İphone 15 Pro” markalı telefonun və “Apple 20W USB-C” markalı telefon aksesuarının alınması üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 20 oktyabr 2024-cü il tarixli, 03089344 saylı müqavilədən və həmin tarixli müqavilə əlavəsindən görünür ki, bu müqavilə bir ədəd dəyəri 638,10 manat məbləgində “Oppo A38 4/128GB Gold” markalı qol saatının alınması üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 25 mart 2024-cü il və 20 oktyabr 2024-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, qeyd edilən mallar Cavabdeh tərəfindən həmin tarixlərdə təhvil alınmışdır. İşdə olan İnnovativ Layihələr Mərkəzinin 02 dekabr 2025-ci il tarixli təhvil-təslim aktından və 09 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh müqavilə əsasında satılmış İmei kodu **********71636 olan “İphone 15 Pro” markalı telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir. İşdə olan 09 dekabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 25 mart 2024-cü il tarixli, 02873555 saylı müqavilə 225 manat ilkin ödəniş edilməklə, 18 ay müddətinə hər ay 252,78 manat, 20 oktyabr 2024-cü il tarixli, 03089344 saylı müqavilə 18 ay müddətinə, hər ay 35,45 manat odənilməsi nəzərdə tutularaq tərəflər arasında bağlanmış və hər iki müqavilə üzrə Cavabdeh ümumilikdə 2228,50 manat əsas borcu, 222,85 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 2474,95 manat borcu vardır. Cavabdeh müqavilə üzrə 3184,64 manat ödəniş etmişdir. İşdə olan 18 noyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəf cavabdehdən 25 mart 2024-cü il tarixli və 20 oktyabr 2024-cü il tarixli müqavilələrdən irəli gələn öhdəliklərini üç iş günü ərzində yerinə yetirməyi tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 mart 2024-cü il tarixli, 02873555 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan 18 ay müddətinə, 225 manat ilkin ödəniş edilməklə, hər ay 252,78 manat ödəniş etməyi öhdəsinə götürməklə, zəmanət daxil olmaqla, dəyəri 4775,04 manat məbləğində bir ədəd “İphone 15 Pro” markalı telefon və bir ədəd telefon aksesuarı, 20 oktyabr 2024-cü il tarixli, 03089344 saylı müqaviləyə əsasən 18 ay müddətinə hər ay 35,45 manat ödəniş etməyi öhdəsinə götürməklə, dəyəri 638,10 manat məbləğində “Oppo A38” markalı bir ədəd qol saatı almışdır. Lakin Cavabdeh müqavilələr üzrə tam ödəniş etməmiş və nəticədə 25 mart 2024-cü il tarixli müqavilə üzrə 1768,85 manat, 20 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 459,65 manat olmaqla, müqavilələr üzrə cəmi 2228,50 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi üçün ona müqavilənin 3.5-ci bəndinə əsasən 25 mart 2024-cü il tarixli müqavilə üzrə 176,89 manat, 20 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 45,97 manat, cəmi 222,85 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh müqavilələr üzrə ümumi olaraq 2228,50 manat əsas borc, 222,85 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 2474,95 manat borcun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 25 mart 2024-cü il tarixli və 20 oktyabr 2024-cü il tarixli müqavilələr üzrə 2228,50 manat əsas borcun, 222,85 manat cərimənin, innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 2474,95 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 25 mart 2024-cü il tarixli müqaviləyə əsasən 176,89 manat, 20 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 45,97 manat müəyyən edilmiş dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı müvafiq olaraq 80 manat və 20 manat olmaqla, 100 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 25 mart 2024-cü il tarixli və 20 oktyabr 2024-cü il tarixli müqavilələr üzrə 2228,50 manat əsas borc, 100 manat cərimə və innovativ layihələr mərkəzinə ödənilmiş 23,60 manat olmaqla, cəmi 2328,50 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 11 dekabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 44,75 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44,75 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 25 mart 2024-cü il tarixli, 02873555 saylı müqaviləyə əsasən 1768,85 manat əsas borc, 80 manat cərimə, 20 oktyabr 2024-cü il tarixli, 03089344 saylı müqaviləyə əsasən 459,65 manat əsas borc, 20 manat cərimə olmaqla, hər iki müqavilə üzrə ümumi olaraq 2328 (iki min üç yüz iyirmi səkkiz) manat 50 (əlli) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44 (qırx dörd) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar