Məhkəmə qərarları › İş №e-2(055)-1947/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1947/2025

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1947/2025 26.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Sadiq qızına qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh Sadiq qızına qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 dekabr 2024-cü il tarixli, MLW000119 saylı nisyə alqısatqı müqaviləsi üzrə 315 manat əsas borcun, 47,25 manat cərimə məbləğinin, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, “X1” ilə Cavabdeh Sadiq qızı arasında bağlanmış 18 dekabr 2024-cü il tarixli, MLW000119 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 315 manat dəyərində nisyə mal almış və müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 315 manat borcu 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “X1” arasında bağlanmış 21 oktyabr 2024-cü il tarixli, R-3475/24 saylı faktorinq müqaviləsinə və ona əlavə edilmiş 26 dekabr 2024-cü il tarixli, R-34xx/xx-0004 saylı sazişə əsasən fiziki şəxs “X1”-ın Cavabdeh Sadiq qızına qarşı olan 315 manat məbləğindəki tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. Cavabdehə bildiriş göndərilərək borcun qaytarılması tələb edilmiş, cavabdeh ödənişi tam yerinə yetirmədiyi üçün müqavilənin 2.4.4 bəndinə əsasən 47,25 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh Sadiq qızından 315 manat əsas borcun, 47,25 manat cərimənin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 18 dekabr 2024-cü il tarixli, MLW000119 saylı nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə bir saylı əlavədən görünür ki, bu müqavilə 315 manat dəyərində geyim əşyalarının alınması üçün 6 ay müddətində, hər ay 53 (sonuncu ay 50) manat ödəməyi öhdəsinə götürməklə, Cavabdeh Sadiq qızı ilə fiziki şəxs “X1” arasında bağlanmışdır. İşdə olan 18 dekabr 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Sadiq qızı alqı-satqı dəyəri 315 manat məbləğində geyim əşyalarını “X1”-dan təhvil almışdır. İşdə olan tələbin güzəşti barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “X1” arasında olan 21 oktyabr 2024-cü il tarixli, R-3475/24 saylı faktorinq müqaviləsindən və həmin müqavilə əsasında bağlanmış 26 dekabr 2024-cü il tarixli, R-34xx/xx-0004 saylı sazişdən görünür ki, “X1”-ın Cavabdeh Sadiq qızından və digərlərindən borc tələb etmək hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. İşdə olan 20 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 18 dekabr 2024-cü il tarixli, MLW000119 saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh Sadiq qızının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 20 oktyabr 2025-ci il tarixə ödənilməmiş 315 manat əsas borcu və 47,25 manat cərimə, cəmi 362,25 manat borcu vardır. İşdə olan 21 oktyabr 2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh Sadiq qızından 18 dekabr 2024-cü il tarixli MLW000119 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ümumilikdə 609 manat borcun 24 oktyabr 2025-ci il tarixədək ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 348.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Həmin Məcəllənin 657.2-ci maddəsinə əsasən faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir. Həmin Məcəllənin 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, “X1” ilə Cavabdeh Sadiq qızı arasında bağlanmış 18 dekabr 2024-cü il tarixli, MLW000119 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 315 manat dəyərində nisyə mal almış və həmin malın dəyərini müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 315 manat borcu 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “X1” arasında bağlanmış 21 oktyabr 2024-cü il tarixli, R-3475/24 saylı faktorinq müqaviləsinə və ona əlavə edilmiş 26 dekabr 2024-cü il tarixli, R-34xx/xx-0004 saylı sazişə əsasən fiziki şəxs “X1”-ın Cavabdeh Sadiq qızına qarşı olan 315 manat məbləğindəki tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. Cavabdehə bildiriş göndərilərək borcun qaytarılması tələb edilmiş, cavabdeh ödənişi tam yerinə yetirmədiyi üçün müqavilənin 2.4.4 bəndinə əsasən 47,25 manat dəbbə pulu hesablanmışdır. Ona görə də Cavabdeh Sadiq qızından 315 manat əsas borcun, 47,25 manat cərimə məbləğinin alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh Sadiq qızından 315 manat əsas borcun və 47,25 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 18 dekabr 2024-cü il tarixli, MLW000119 saylı müqavilə üzrə tələb olunan 47,25 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 15 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh Sadiq qızından 315 manat əsas borc və 15 manat cərimə, cəmi 330 manat borc alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 29 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2468 -6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Sadiq qızından 18 dekabr 2024-cü il tarixli, MLW000119 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 315 manat əsas borc, 15 manat cərimə, cəmi 330 (üç yüz otuz) manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar