Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1957/2025 23.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 oktyabr 2025-ci il tarixli, 1163 saylı müqavilə üzrə 2900 manat əsas borcun, 300 manat cərimənin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 52 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2025-ci il tarixli, 1163 saylı müqaviləyə əsasən cavabdeh 12 ay müddətinə ödəniş etməyi öhdəsinə götürməklə, iddiaçıdan 2900 manat dəyərində bir ədəd “İphone 16 Pro” markalı telefon almışdır. Lakin Cavabdeh müqavilə üzrə ödəniş etməmiş və nəticədə 2900 manat borcu yaranmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilənin 3.3-ci bəndinə əsasən 300 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 07 oktyabr 2025-ci il tarixli, 1163 saylı müqavilə üzrə 2900 manat əsas borcun, 300 manat cərimənin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 52 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 07 oktyabr 2025-ci il tarixli, 1163 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə 12 ay müddətinə, hər ay 241 manat ödənilməsi nəzərdə tutulmaqla, iddiaçıdan 2900 manat dəyərində bir ədəd “İphone 16 Pro” markalı telefonun alınması məqsədi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmışdır. İşdə olan 04 dekabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07 oktyabr 2025-ci il tarixli müqavilə üzrə İddiaçı 04 dekabr 2025-ci il tarixə 2900 manat əsas borc, 300 manat cərimə olmaqla, cəmi 3200 manat borcu yaranmışdır. İşdə olan 07 oktyabr 2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixə Cavabdeh bir ədəd “İphone 16 Pro” markalı telefonu İddiaçı təhvil almışdır. İşdə olan 03 dekabr 2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəf cavabdehdən 07 oktyabr 2025-ci il tarixli, 1163 saylı müqaviləyə əsasən öhdəliyini yerinə yetirməsini tələb etmiş, əks halda beş təqvim günü müddətində məhkəməyə müraciət ediləcəyini bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2025-ci il tarixli, 1163 saylı müqaviləyə əsasən cavabdeh 12 ay müddətinə ödəniş etməyi öhdəsinə götürməklə, iddiaçıdan 2900 manat dəyərində bir ədəd “İphone 16 Pro” markalı telefon almışdır. Lakin Cavabdeh müqavilə üzrə ödəniş etməmiş və nəticədə 2900 manat borcu yaranmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilənin 3.3-ci bəndinə əsasən 300 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 07 oktyabr 2025-ci il tarixli, 1163 saylı müqavilə üzrə 2900 manat əsas borcun, 300 manat cərimənin alınaraq İddiaçı xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 07 oktyabr 2025-ci il tarixli, 1163 saylı müqavilə üzrə 2900 manat əsas borcun və 300 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 300 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 100 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 07 oktyabr 2025-ci il tarixli, 1163 saylı müqavilə üzrə 2900 manat əsas borc, 100 manat cərimə, cəmi 3000 manat borc alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 04 dekabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 52 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 52 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 07 oktyabr 2025-ci il tarixli, 1163 saylı müqaviləyə əsasən 2900 manat əsas borc, 100 manat cərimə, cəmi 3000 (üç min) manat borc alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1957/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1957/2025
23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver