Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1977/2025 23.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli müqavilə üzrə 480 manat əsas borc, 48 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 345,20 manat əsas borc, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 34,52 manat cərimə və xx.xx.2025ci il tarixli müqavilə üzrə 211,38 manat əsas borc, 21,14 manat cərimə, hər üç müqavilə üzrə cəmi 1163,84 manat pulun və 31,64 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 29 manat ilkin ödəniş etməklə 6 ay müddətinə hər ay 80 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 509 manat olan TOSHİBA TV, SONOROUS ASQİ almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 30 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 34,60 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 445,20 manat olan SAMSUNG GALAXY A16 almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 13 manat ilkin ödəniş etməklə 6 ay müddətinə hər ay 35,23 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 224,38 manat olan MİNİ SOBA HOFFMANN, LAQONDA WESCO, DREL-ŞURUP BAĞLAYAN, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, 2 ədəd ZƏMANƏT + 3 il xidməti almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan xx.xx.2025-ci il tarixli müqavilə üzrə 480 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 345,20 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 211,38 manat, cəmi 1036,58 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 48 manat, 34,52 manat və 21,14 manat, cəmi 103,66 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2025-cİ il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2025-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 29 manat ilkin ödəniş etməklə 6 ay müddətinə hər ay 80 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 509 manat olan TOSHİBA TV, SONOROUS ASQİ alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 30 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 34,60 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 445,20 manat olan SAMSUNG GALAXY A16 alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 13 manat ilkin ödəniş etməklə 6 ay müddətinə hər ay 35,23 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 224,38 manat olan MİNİ SOBA HOFFMANN, LAQONDA WESCO, DREL-ŞURUP BAĞLAYAN, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, 2 ədəd ZƏMANƏT + 3 il xidməti alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 15 dekabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 480 manat əsas borc, 48 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 345,20 manat əsas borc, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 34,52 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 211,38 manat əsas borc, 21,14 manat cərimə, ümumilikdə ödənilməmiş 1163,84 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 29 manat ilkin ödəniş etməklə 6 ay müddətinə hər ay 80 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 509 manat olan TOSHİBA TV, SONOROUS ASQİ almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 30 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 34,60 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 445,20 manat olan SAMSUNG GALAXY A16 almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 13 manat ilkin ödəniş etməklə 6 ay müddətinə hər ay 35,23 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 224,38 manat olan MİNİ SOBA HOFFMANN, LAQONDA WESCO, DREL-ŞURUP BAĞLAYAN, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, 2 ədəd ZƏMANƏT + 3 il xidməti almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan xx.xx.2025-ci il tarixli müqavilə üzrə 480 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 345,20 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 211,38 manat, cəmi 1036,58 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 48 manat, 34,52 manat və 21,14 manat, cəmi 103,66 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2025-ci il tarixli müqavilə üzrə 480 manat əsas borc, 48 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 345,20 manat əsas borc, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 34,52 manat cərimə və xx.xx.2025ci il tarixli müqavilə üzrə 211,38 manat əsas borc, 21,14 manat cərimə, cəmi 1163,84 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 480 manat əsas borc, 48 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 345,20 manat əsas borc, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 34,52 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 211,38 manat əsas borc, 21,14 manat cərimə, cəmi 1163,84 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 480 manat əsas borc, 48 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 345,20 manat əsas borc, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 34,52 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 211,38 manat əsas borc, 21,14 manat cərimə, cəmi 1163,84 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 31,64 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31,64 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 480 manat əsas borc, 48 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 345,20 manat əsas borc, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 34,52 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 211,38 manat əsas borc, 21,14 manat cərimə, hər üç müqavilə üzrə cəmi 1163,84 (bir min bir yüz altmış üç manat səksən dörd qəpik) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31,64 (otuz bir manat altmış dörd qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1977/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1977/2025
23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver