Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1983/2025 27.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mübariz qızına qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mübariz qızına qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 iyul 2022-ci il tarixli, 00359184 saylı müqavilə üzrə 1860 manat əsas borcun, 186 manat cərimənin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38,60 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mübariz qızı ilə aralarında bağlanmış 08 iyul 2022-ci il tarixli, 00359184 saylı müqaviləyə əsasən cavabdehlər 18 ay müddətinə ödəniş etməyi öhdəsinə götürməklə, iddiaçıdan 5460 manat dəyərində mal almışlar. Lakin cavabdehlər ümumi olaraq 3600 manat ödəniş etmiş, nəticədə İddiaçınə 1860 manat borcları yaranmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmədikləri üçün iddiaçı tərəfindən onlara 186 manat cərimə hesablanmışdır. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mübariz qızından 08 iyul 2022-ci il tarixli, 00359184 saylı müqavilə üzrə 1860 manat əsas borcun, 186 manat cərimənin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38,60 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 08 iyul 2022-ci il tarixli, 00359184 saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə 800 manat ilkin ödəniş edilməklə, 6534 manat dəyərində yataq dəsti və ona aid əşyaların alınması ilə bağlı alıcı şəxs Cavabdeh1 və zamin olaraq Cavabdeh2 Mübariz qızı ilə İddiaçı arasında müqavilənin 4-cü bəndində qeyd edilən ödəniş cədvəlinə uyğun olaraq ödənilməsi nəzərdə tutularaq bağlanmışdır. İşdə olan 21 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mübariz qızının 08 iyul 2022-ci il tarixli müqavilə üzrə İddiaçınə 21 oktyabr 2025-ci il tarixə 1860 manat əsas məbləğ, 186 manat cərimə, cəmi 2046 manat borcu vardır. İşdə olan 20 sentyabr 2025-ci il tarixli xəbərnamə və bildirişdən görünür ki, iddiaçı tərəf cavabdehlərdən 00359184 saylı müqaviləyə əsasən öhdəliyin yeddi iş günü müddətində yerinə yetirməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyini bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mübariz qızı arasında bağlanmış 08 iyul 2022-ci il tarixli, 00359184 saylı müqaviləyə əsasən cavabdehlər 18 ay müddətinə ödəniş etməyi öhdəsinə götürməklə, iddiaçıdan 5460 manat dəyərində mal almışlar. Lakin cavabdehlər ümumi olaraq 3600 manat ödəniş etmiş, nəticədə İddiaçınə 1860 manat borcları yaranmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmədikləri üçün iddiaçı tərəfindən onlara 186 manat cərimə hesablanmışdır. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mübariz qızından 08 iyul 2022-ci il tarixli, 00359184 saylı müqavilə üzrə 1860 manat əsas borcun, 186 manat cərimənin alınaraq İddiaçı xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mübariz qızından 08 iyul 2022-ci il tarixli, 00359184 saylı müqavilə üzrə 1860 manat əsas borcu və 186 manat cəriməni tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən tələb olunan 186 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 90 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mübariz qızından 08 iyul 2022-ci il tarixli, 00359184 saylı müqavilə üzrə 1860 manat əsas borc, 90 manat cərimə, cəmi 1950 manat borc alınaraq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 22 dekabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 37,20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37,20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mübariz qızından 08 iyul 2022-ci il tarixli, 00359184 saylı müqaviləyə əsasən müştərək qaydada 1860 manat əsas borc, 90 manat cərimə, cəmi 1950 (bir min doqquz yüz əlli) manat borc alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37 (otuz yeddi) manat 20 (iyirmi) qəpik manat dövlət rüsumu və 40 (qəpik) xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1983/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1983/2025
27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver