Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-2002/2025 03.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14 yul 2024-cü il tarixli, 14027006 saylı müqavilə üzrə 532,93 manat əsas borc, 53,29 manat cərimə, 03 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilə əlavəsi üzrə 384,66 manat əsas borc, 38,47 manat cərimə, ümumi olaraq 1009,35 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,10 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 yul 2024-cü il tarixli müqavilə ilə 18 ay müddətinə, hər ay 46,13 manat ödəməyi öhdəsinə götürməklə, xidmət və zəmanət daxil olmaqla, ümumi dəyəri 830,34 manat olan məişət əşyası, 03 yanvar 2025-ci il tarixli müqavilə əlavəsi ilə 18 ay müddətinə, 17 manat ilkin ödəniş edilməklə, hər ay 24,09 manat ödəməyi öhdəsinə götürməklə, xidmət və zəmanət daxil olmaqla, ümumi dəyəri 450,62 manat olan bir ədəd telefon almışdır. Lakin Cavabdeh müqavilənin tələblərini yerinə yetirməmiş və nəticədə 14027006 saylı müqavilə üzrə 532,93 manat, ********** saylı müqavilə əlavəsi üzrə 384,66 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün ona müqavilənin 3.5-ci bəndinə əsasən 14027006 saylı müqavilə üzrə 53,29 manat, ********** saylı müqavilə əlavəsi üzrə üzrə 38,47 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdehdən 14027006 saylı müqavilə üzrə 532,93 manat əsas borc, 53,29 manat cərimə, ********** saylı müqavilə əlavəsi üzrə üzrə 384,66 manat əsas borc, 38,47 manat cərimə və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,10 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 14 yul 2024-cü il tarixli, ********** saylı müqavilədən (5.1-ci bənd) görünür ki, bu müqavilə 10 il müddətinə, müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mal və ya xidmət əldə etmək üçün Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmışdır. İşdə olan 03 yanvar 2025-ci il tarixli, ******* saylı fakturadan görünür ki, ********** saylı müqavilə əsasında zəmanət və xidmət daxil olmaqla ümumi dəyəri 450,69 manat olan bir ədəd “Xiaomi Poco C75 6/128GB Black” markalı telefon zəmanət və xidmətlər daxil olmaqla 17 manat ilkin ödəniş edilməklə, 18 ay müddətinə 24,09 manat hissəvi ödənişlə sənədləşdirilmişdir İşdə olan 14 yul 2024-cü il tarixli, 14027006 saylı müqavilədən görünür ki, bu müqavilə bir ədəd “Hoffmann Soac-12/XA81O markalı kondisioner alınması üçün Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmışdır. İşdə olan 14 iyul 2024-cü il, 03 yanvar 2025-ci il və 08 fevral 2025-ci il tarixli təhviltəslim aktlarından görünür ki, Cavabdeh həmin həmin tarixlərdə qeyd edilən malları təhvil almışdır. İşdə olan 19 dekabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ********** saylı müqavilə üzrə 532,93 manat əsas borc, 53,29 manat cərimə olmaqla, cəmi 586,22 manat, 14027006 saylı müqavilə üzrə 384,66 manat əsas borc, 38,47 manat cərimə, cəmi 423,13 manat, ümumi olaraq 1009,35 manat borcu vardır. Cavabdeh müqavilə üzrə əsas borca 363,37 manat ödəniş etmişdir. İşdə olan 21 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəf cavabdehdən 14 yul 2024-cü il, 03 yanvar 2025-ci il və 08 fevral 2025-ci il tarixli alqı satqılardan irəli gələn öhdəliklərinin üç iş günü ərzində yerinə yetirilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 yul 2024-cü il tarixli müqavilə ilə 18 ay müddətinə, hər ay 46,13 manat ödəməyi öhdəsinə götürməklə, xidmət və zəmanət daxil olmaqla, ümumi dəyəri 830,34 manat olan məişət əşyası, 03 yanvar 2025-ci il tarixli müqavilə əlavəsi ilə 18 ay müddətinə, 17 manat ilkin ödəniş edilməklə, hər ay 24,09 manat ödəməyi öhdəsinə götürməklə, xidmət və zəmanət daxil olmaqla, ümumi dəyəri 450,62 manat olan bir ədəd telefon almışdır. Lakin Cavabdeh müqavilənin tələblərini yerinə yetirməmiş və nəticədə 14027006 saylı müqavilə üzrə 532,93 manat, ********** saylı müqavilə əlavəsi üzrə 384,66 manat əsas borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün ona müqavilənin 3.5-ci bəndinə əsasən 14027006 saylı müqavilə üzrə 53,29 manat, ********** saylı müqavilə əlavəsi üzrə üzrə 38,47 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdehdən 14027006 saylı müqavilə üzrə 532,93 manat əsas borc, 53,29 manat cərimə, ********** saylı müqavilə əlavəsi üzrə üzrə 384,66 manat əsas borc, 38,47 manat cərimənin allınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehdən 14027006 saylı müqavilə üzrə 532,93 manat əsas borc, 53,29 manat cərimə və ********** saylı müqavilə əlavəsi üzrə 384,66 manat əsas, 38,47 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 14027006 saylı müqavilə üzrə 53,29 manat cərimənin və ********** saylı müqavilə əlavəsi üzrə 38,47 manat məbləğində hesablanan dəbbə pullarının (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı müvafiq olaraq 20 manat və 15 manat olmaqla, ümumilikdə 35 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdehdən 14027006 saylı müqavilə üzrə 532,93 manat əsas borc, 20 manat cərimə, ********** saylı müqavilə üzrə 384,66 manat əsas, 15 manat cərimə alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 23 dekabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,10 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehdən 14 yul 2024-cü il tarixli, 14027006 saylı müqavilə üzrə 532,93 manat əsas borc, 20 manat cərimə cərimə, cəmi 552,93 manat və 03 yanvar 2025-ci il tarixli, ********** saylı müqavilə üzrə 384,66 manat əsas borc, 15 manat cərimə manat, cəmi 399,66 manat, ümumi olaraq 952 (doqquz yüz əlli iki) manat 59 (əlli doqquz) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat 10 (on) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-2002/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-2002/2025
03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver