Məhkəmə qərarları › İş №e-2(055)-210/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-210/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-210/2025 10.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 sentyabr 2023-cü il tarixli PVN003536 saylı nisyə alqısatqı müqaviləsi üzrə 431 manat əsas borcun, 39,09 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, “Pover on MMC” ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2023-cü il tarixli PVN003536 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 963 manat dəyərində nisyə mal almış və həmin malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “Pover on MMC” arasında bağlanmış faktorinq müqaviləsinə və ona əlavə edilmiş sazişə əsasən fiziki şəxs “Pover on MMC”nin Cavabdeh qarşı olan 963 manat məbləğindəki tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, lakin cavabdeh aldığı mala görə borcundan ödəniş etdikdən sonra qalan 431 manat borcu iddiaçıya qaytarmamışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 39,09 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 431 manat əsas borcun, 39,09 manat cərimənin, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 22 sentyabr 2023-cü il tarixli PVN003536 saylı nisyə alqı satqı müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə ilə Cavabdeh fiziki şəxs “Pover on MMC”dən ilkin ödəniş olmadan 963 manat dəyərində olan “X1 12 pro” nisyə şəkildə almış və həmin malın dəyərini 14 ay 65 manat, 1 ay 53 manat olmaqla 15 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 22 sentyabr 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 963 manat dəyərində olan “X1 12 pro” fiziki şəxs “Pover on MMC”dən təhvil almışdır. İşdə olan tələbin güzəşti barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “Pover on MMC” arasında bağlamış 01 iyun 2023-cü il tarixli R-2382/23 saylı faktorinq müqaviləsindən görünür ki, “Pover on MMC”ın Cavabdeh və digərlərindən borc tələb etmək hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. İşdə olan 27 noyabr 2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh üç gün müddətində 22 sentyabr 2023-cü il tarixli PVN003536 saylı nisyə alqı satqı müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 07 yanvar 2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh 22 sentyabr 2023-cü il tarixli PVN003536 saylı nisyə alqı satqı müqaviləsi üzrə ümumilikdə 562 manat ödəniş etmiş, əsas borcdan 532 manat silinmişdir. İşdə olan 07 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 07 yanvar 2025-ci il tarixə ödənilməmiş 431 manat əsas borcu, 39,09 manatcərimə, cəmi 470,09 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Həmin Məcəllənin 657.2-ci maddəsinə əsasən faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir. Həmin Məcəllənin 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, “Pover on MMC” ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2023-cü il tarixli PVN003536 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 963 manat dəyərində nisyə mal almış və həmin malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “Pover on MMC” arasında bağlanmış faktorinq müqaviləsinə və ona əlavə edilmiş sazişə əsasən fiziki şəxs “Pover on MMC”nin Cavabdeh qarşı olan 963 manat məbləğindəki tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, lakin cavabdeh aldığı mala görə borcundan ödəniş etdikdən sonra, qalan 431 manat borcu iddiaçıya ödəməmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 39,09 manat cərimə hesablanmışdır. Ona görə də, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 431 manat əsas borc və 39,09 manat cərimə, cəmi 470,09 manat borcun Cavabdeh alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 431 manat əsas borc və 39,09 manat cərimə, cəmi 470,09 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 431 manat əsas borc, 39,09 manat cərimə, cəmi 470,09 manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 05 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 431 manat əsas borc, 39,09 manatcərimə, cəmi 470 (dörd yüz yetmiş) manat 09 (doqquz) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar