Məhkəmə qərarları › İş №e-2(055)-224/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-224/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-224/2024 20.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 yanvar 2022-ci il tarixli müqavilə üzrə 238.32 manat əsas borc, 23.68 manat cərimə, 05 iyul 2022-ci il tarixli müqavilə üzrə 30.04 manat əsas borc, 3.96 manat cərimə və 06 iyul 2022-ci il tarixli müqavilə üzrə 1224 manat əsas borc, 122 manat cərimə, cəmi 1642 manat pulun və 36.42 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 1.10 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 59.86 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 719.42 manat olan “Samsung Galaxy A22” markalı mobil telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 10 manat ilkin ödəniş olmaqla 18 ay müddətinə hər ay 49.11 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 893.98 manat olan “Xiaomi Poco M4 Pro” markalı mobil telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 iyul 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 10 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 68 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1234 manat olan “Xiaomi Mi 11 Lite 5G NE” markalı mobil telefon almışdır. Lakin Cavabdeh 01 yanvar 2022-ci il tarixli və 06 iyul 2022-ci il tarixli müqavilələr üzrə ümumilikdə 491.10 manat ödəniş etsə də, 05 iyul 2022-ci il tarixli müqavilə üzrə iddiaçıya heç bir ödəniş etməmişvə beləliklə də, iddiaçıya ödənilməmiş qalan 01 yanvar 2022-ci il tarixli müqavilə üzrə 238.32 manat, 05 iyul 2022-ci il tarixli müqavilə üzrə 30.04 manat və 06 iyul 2022-ci il tarixli müqavilə üzrə 1224 manat, cəmi 1492.36 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 23.68 manat, 3.96 manat və 122 manat, cəmi 149.64 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 01 yanvar 2022-ci il tarixli müqavilə üzrə 238.32 manat əsas borc, 23.68 manat cərimə, 05 iyul 2022-ci il tarixli digər müqavilə üzrə 30.04 manat əsas borc, 3.96 manat cərimə və 06 iyul 2022-ci il tarixli müqavilə üzrə 1224 manat əsas borc, 122 manat cərimə, cəmi 1642 manat pulun və 36.42 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 01 yanvar 2022-ci il tarixli, ******* saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 1.10 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 59.86 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 719.42 manat olan “Samsung Galaxy A22” markalı mobil telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 05 iyul 2022-ci il tarixli, 02111885 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 10 manat ilkin ödəniş olmaqla 18 ay müddətinə hər ay 49.11 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 893.98 manat olan “Xiaomi Poco M4 Pro” alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 06 iyul 2022-ci il tarixli, 14891157 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 10 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 68 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1234 manat olan “Xiaomi Mi 11 Lite 5G NE” markalı mobil telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 06 yanvar 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01 yanvar 2022-ci il tarixli müqavilə üzrə 238.32 manat əsas borc, 23.68 manat cərimə, 06 iyul 2022-ci il tarixli müqavilə üzrə 1224 manat əsas borc, 122 manat cərimə və 05 iyul 2022-ci il tarixli müqavilə üzrə 30.04 manat əsas borc, 3.96 manat cərimə, ümumilikdə ödənilməmiş 1642 manat borcu qalmışdır. İşdə olan 20 iyun 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 01 yanvar 2022-ci il tarixli, 05 iyul 2022-ci il tarixli və 06 iyul 2022-ci il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 1.10 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 59.86 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 719.42 manat olan “Samsung Galaxy A22” markalı mobil telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 10 manat ilkin ödəniş olmaqla 18 ay müddətinə hər ay 49.11 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 893.98 manat olan “Xiaomi Poco M4 Pro” markalı mobil telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 iyul 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 10 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 68 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1234 manat olan “Xiaomi Mi 11 Lite 5G NE” markalı mobil telefon almışdır. Lakin Cavabdeh 01 yanvar 2022-ci il tarixli və 06 iyul 2022-ci il tarixli müqavilələr üzrə cəmi, 491.10 manat ödəniş etsə də, 05 iyul 2022-ci il tarixli müqavilə üzrə isə heç bir ödəniş etməmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 23.68 manat, 3.96 manat və 122 manat, cəmi 149.64 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 01 yanvar 2022-ci il tarixli müqavilə üzrə 238.32 manat əsas borc, 23.68 manat cərimə, 05 iyul 2022-ci il tarixli müqavilə üzrə 30.04 manat əsas borc, 3.96 manat cərimə və 06 iyul 2022-ci il tarixli müqavilə üzrə 1224 manat əsas borc, 122 manat cərimə, cəmi 1642 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 01 yanvar 2022-ci il tarixli müqavilə üzrə 238.32 manat əsas borc, 23.68 manat cərimə, 05 iyun 2022ci il tarixli müqavilə üzrə 30.04 manat əsas borc, 3.96 manat cərimə və 06 iyul 2022-ci il tarixli müqavilə üzrə 1224 manat əsas borc, 122 manat cərimə, cəmi 1642 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 01 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən 238.32 manat əsas borc, 23.68 manat cərimə, 05 iyul 2022-ci il tarixli müqaviləyə əsasən 30.04 manat əsas borc, 3.96 manat cərimə və 06 iyul 2022-ci il tarixli müqaviləyə əsasən 1224 manat əsas borc, 122 manat cərimə, cəmi 1642 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 36.42 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36.42 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 01 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən 238.32 manat əsas borc, 23.68 manat cərimə, 05 iyul 2022-ci il tarixli müqaviləyə əsasən 30.04 manat əsas borc, 3.96 manat cərimə və 06 iyul 2022-ci il tarixli müqaviləyə əsasən 1224 manat əsas borc, 122 manat cərimə, cəmi 1642(bir min altı yüz qırx iki) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36 (otuz altı) manat 42 (qırx iki) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar