Məhkəmə qərarları › İş №e-2(055)-236/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-236/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-236/2025 10.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 524,3 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 157,29 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 80 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 61,09 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 1179,64 manat, İMEİ kod **********20571 “Samsung Galaxy A24” markalı bir ədəd telefon almışdır. Lakin, Cavabdeh 09 sentyabr 2023-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yetinə yetirməmiş və nəticədə iddiaçıya 524,3 manat əsas borc, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 157,29 manat cərimə, cəmi 705,19 manat ödənilməmiş qalmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Ona görə də Cavabdeh 09 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 524,3 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 157,29 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 09 sentyabr 2023-cü il tarixli 15963969 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 80 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 61,09 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 1179,64 manat, İMEİ kod **********20571 “Samsung Galaxy A24” telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 24 dekabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 09 sentyabr 2023-cü il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 26 dekabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 09 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 524,3 manat əsas borcu, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum və 157,29 manat cərimə, ümumilikdə ödənilməmiş 705,19 manat borcu qalmışdır. Cavabdeh müqavilə üzrə 1179,64 manat əsas borcdan 655,34 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 80 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 61,09 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 1179,64 manat, İMEİ kod **********20571 “Samsung Galaxy A24” markalı bir ədəd telefon almış, lakin aldığı telefonun pulundan 655,34 ödədikdən sonra qalan 524,3 manat borcunu qaytarmamışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona müqavilə üzrə 157,29 manat cərimə hesablanmış və eyni zamanda İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 09 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 524,3 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 157,29 manat cərimənin, ümumilikdə 705,19 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 09 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 524,3 manat əsas borcun, 157,29 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 157,29 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 52 manatadək azaldılmalıdır. Məhkəmə həmçinin də iddianın İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumla bağlı hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən 09 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 23,6 manat rüsumun İnnovativ Layihələr Mərkəzinə ödənilməsi iddiada göstərilsədə, həmin rüsumun ödənilməsini təsdiq edən ödəniş qəbi və ya hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buradan da görünür ki, iddiaçının iddianın bu hissəsi ilə bağlı tələbi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 09 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 524,3 manat əsas borc və 52 manat cərimə alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 28 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 09 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 524,3 manat əsas borc və 52 manat cərimə, cəmi 576 (beş yüz yetmiş altı) manat 30 (otuz) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar