Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-237/2024 20.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı cavabdeh Əlizadə (Kazımova) Şabikə İdayət qızına qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Əlizadə (Kazımova) Şabikə İdayət qızına qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 yanvar 2024-cü il tarixinə yaranmış 24 oktyabr 2021-ci il tarixli, 271267 saylı müqavilə üzrə 280 manat əsas borc, 262 manat cərimə, 24 oktyabr 2021-ci il tarixli, 271268 saylı müqavilə üzrə 190 manat əsas borc, 262 manat cərimə, cəmi 994 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh Əlizadə (Kazımova) Şabikə İdayət qızı arasında bağlanmış 24 oktyabr 2021-ci il tarixli 271267 saylı müqaviləyə əsasən cavabdeh aldığı qranit qazan dəstinə görə ilkin ödəniş 20 manat, 9 ay müddətinə, 3 ay 40 manat, 6 ay 35 manat olmaqla, ümumilikdə 350 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, İddiaçı ilə cavabdeh Əlizadə (Kazımova) Şabikə İdayət qızı arasında bağlanmış 24 oktyabr 2021-ci il tarixli, 271268 saylı nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh aldığı tozsorana görə ilkin ödəniş 20 manat, 9 ay müddətinə, 1 ay 30 manat, 8 ay 25 manat olmaqla, ümumilikdə 250 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh Əlizadə (Kazımova) Şabikə İdayət qızı 24 oktyabr 2021-ci il tarixli, 271267 saylı müqavilə üzrə 280 manat, 24 oktyabr 2021-ci il tarixli, 271268 saylı müqavilə üzrə 190 manat borcu ödəməkdən yayınmışdır. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona gecikdirdiyi hər bir günə görə hər iki müqavilə üzrə ayrı-ayrılıqda 262 manat cərimə hesablanmışdır. Ona görə də cavabdeh Əlizadə (Kazımova) Şabikə İdayət qızından 24 oktyabr 2021-ci il tarixli 271267 saylı müqavilə üzrə 280 manat əsas borc, 262 manat cərimə, 24 oktyabr 2021-ci il tarixli, 271268 saylı müqavilə üzrə 190 manat əsas borc, 262 manat cərimə, cəmi 994 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 24 oktyabr 2021-ci il tarixli 271267 saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə 20 manat ilkin ödəniş olmaqla, 9 ay müddətinə, 3 ay 40 manat, 6 ay 35 manat ödəmək şərti ilə ümumi dəyəri 350 manat olan qranit qazan dəstinin alınması ilə əlaqədar İddiaçı ilə cavabdeh Əlizadə (Kazımova) Şabikə İdayət qızı arasında bağlanmışdır. İşdə olan 24 oktyabr 2021-ci il tarixli 271268 saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə 9 ay müddətinə, 1 ay 30 manat, 8 ay 25 manat ödəmək şərti ilə ümumi dəyəri 250 manat olan tozsoranın alınması ilə əlaqədar İddiaçı ilə cavabdeh Əlizadə (Kazımova) Şabikə İdayət qızı arasında bağlanmışdır. İşdə olan 12 yanvar 2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, cavabdeh Əlizadə (Kazımova) Şabikə İdayət qızı hər iki müqavilə üzrə sonuncu dəfə 19 fevral 2023cü il tarixdə ödəniş etmiş, lakin onun 24 oktyabr 2021-ci il tarixli, 271267 saylı müqavilə üzrə 280 manat əsas borc, 262 manat cərimə, 24 oktyabr 2021-ci il tarixli, 271268 saylı müqavilə üzrə 190 manat əsas borc, 262 manat cərimə, cəmi 994 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə cavabdeh Əlizadə (Kazımova) Şabikə İdayət qızı arasında bağlanmış 24 oktyabr 2021-ci il tarixli 271267 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı qranit qazan dəstinə görə ilkin ödəniş 20 manat, 9 ay müddətinə, 3 ay 40 manat, 6 ay 35 manat olmaqla, ümumilikdə 350 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, İddiaçı ilə cavabdeh Əlizadə (Kazımova) Şabikə İdayət qızı arasında bağlanmış 24 oktyabr 2021-ci il tarixli, 271268 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı tozsorana görə ilkin ödəniş 20 manat, 9 ay müddətinə, 1 ay 30 manat, 8 ay 25 manat olmaqla, ümumilikdə 250 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh Əlizadə (Kazımova) Şabikə İdayət qızı 24 oktyabr 2021-ci il tarixli, 271267 saylı müqavilə üzrə 280 manat, 24 oktyabr 2021-ci il tarixli, 271268 saylı müqavilə üzrə 190 manat borcu ödəməkdən yayınmışdır. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə gecikdirdiyi hər bir günə görə hər iki müqavilə üzrə ayrı-ayrılıqda 262 manat cərimə hesablanmışdır. Ona görə də cavabdeh Əlizadə (Kazımova) Şabikə İdayət qızından 24 oktyabr 2021-ci il tarixli 271267 saylı müqavilə üzrə 280 manat əsas borc, 262 manat cərimə, 24 oktyabr 2021-ci il tarixli, 271268 saylı müqavilə üzrə 190 manat əsas borc, 262 manat cərimə, cəmi 994 manat borcun alınaraq İddiaçı xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı cavabdeh Əlizadə (Kazımova) Şabikə İdayət qızından 24 oktyabr 2021-ci il tarixli 271267 saylı müqavilə üzrə 280 manat əsas borc, 262 manat cərimə, 24 oktyabr 2021-ci il tarixli, 271268 saylı müqavilə üzrə 190 manat əsas borc, 262 manat cərimə, cəmi 994 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 24 oktyabr 2021-ci il tarixli 271267 saylı və 24 oktyabr 2021-ci il tarixli, 271268 saylı müqavilələr üzrə tələb olunan 262 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 24 oktyabr 2021-ci il tarixli 271267 saylı müqavilə üzrə 20 manatadək, 24 oktyabr 2021-ci il tarixli, 271268 saylı müqavilə üzrə 15 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Əlizadə (Kazımova) Şabikə İdayət qızından 24 oktyabr 2021-ci il tarixli 271267 saylı alqı-satqı müqaviləsi üzrə 280 manat əsas borc, 20 manat cərimə, 24 oktyabr 2021-ci il tarixli 271268 saylı alqı-satqı müqaviləsi üzrə 190 manat əsas borc, 15 manat cərimə, cəmi 505 manat alınaraq İddiaçınə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 12 yanvar 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Əlizadə (Kazımova) Şabikə İdayət qızından 24 oktyabr 2021-ci il tarixli 271267 saylı alqı-satqı müqaviləsi üzrə 280 manat əsas borc, 20 manat cərimə, 24 oktyabr 2021-ci il tarixli 271268 saylı alqı-satqı müqaviləsi üzrə 190 manat əsas borc, 15 manat cərimə, cəmi 505 (beş yüz beş) manat alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-237/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-237/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver