Məhkəmə qərarları › İş №e-2(055)-238/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-238/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-238/2024 21.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə 1200 manat əsas borcun, 100 manat cərimə borcunun və 33 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 381382 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1332 manat dəyərində avtomobil ehtiyat hissələrini, ilkin ödəniş etmədən 12 ay müddətinə, aylıq 111 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Öhdəliyin təmin edilməsi məqsədi ilə İddiaçı ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 381382 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 tərəfindən müqaviləyə və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əməl edilməmiş, cavabdeh borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 381382 saylı müqavilə üzrə 1200 manat əsas borcun, 100 manat cərimə borcunun və 33 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli, 381382 saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 12 ay müddətinə hər ay 111 manat ödəməklə ümumi nisyə məbləği 1332 manat olan avtomobil ehtiyat hissələrinin alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 381382 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli, 381382 saylı nisyə alqı-satqı müqaviləsi ilə əlaqədar zamin (cavabdeh) Cavabdeh2 müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə Cavabdeh1 ilə birlikdə İddiaçı qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan 12 aprel 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixli, 381382 saylı müqavilə üzrə Quliyev X1 Mirzə Əzim oğlundan ümumi dəyəri 1332 manat olan avtomobil ehtiyat hissələrini təhvil almışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 381382 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 1332 manat dəyərində avtomobil ehtiyat hissələrini nisyə şəkildə almışdır. Öhdəliyin təmin edilməsi məqsədi ilə İddiaçı ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 381382 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilə üzrə öhdəliyi tam və vaxtında icra etmədiyi üçün onun iddiaçıya 1200 manat əsas borcu, 100 manat cərimə borcu yaranmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1200 manat əsas borc, 100 manat cərimə borcunu tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1200 manat əsas borcun, 100 manat cərimə borcunun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1200 manat əsas borc, 100 manat cərimə borcu alınaraq İddiaçı ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 33 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1200 manat əsas borc, 100 manat cərimə borcu və ödənilmiş 33 manat dövlət rüsumu, ümumilikdə 1333(bir min üç yüz otuz üç) manat pul alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar