Məhkəmə qərarları › İş №e-2(055)-241/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-241/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-241/2025 14.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14 aprel 2024-cü il tarixli müqavilə üzrə 414,30 manat əsas borc, 124,29 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum və 14 aprel 2024-cü il tarixli müqavilə üzrə 99,8 manat əsas borc, 29,94 manat cərimə, hər iki müqavilə üzrə cəmi 691,93 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 26,85 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 483,30 manat olan bir ədəd «XİAOMİ REDMİ 13C» markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 6,67 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 120,06 manat olan «PAKET XXL» almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan 14 aprel 2024-cü il tarixli müqavilə üzrə 414,30 manat və 14 aprel 2024-cü il tarixli müqavilə üzrə 99,8 manat, cəmi 514,10 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 124,29 manat və 29,94 manat, cəmi 154,23 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 14 aprel 2024-cü il tarixli müqavilə üzrə 414,30 manat əsas borc, 124,29 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum və 14 aprel 2024-cü il tarixli müqavilə üzrə 99,8 manat əsas borc, 29,94 manat cərimə, cəmi 691,93 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 14 aprel 2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 26,85 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 483,30 manat olan bir ədəd «XİAOMİ REDMİ 13C» markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 14 aprel 2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 6,67 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 120,06 manat olan «PAKET XXL» alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 12 dekabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 14 aprel 2024-cü il tarixli müqavilə üzrə 414,30 manat əsas borc, 124,29 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum və 14 aprel 2024-cü il tarixli müqavilə üzrə 99,8 manat əsas borc, 29,94 manat cərimə, ümumilikdə ödənilməmiş 691,93 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 26,85 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 483,30 manat olan bir ədəd «XİAOMİ REDMİ 13C» markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 6,67 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 120,06 manat olan «PAKET XXL» almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan 14 aprel 2024-cü il tarixli müqavilə üzrə 414,30 manat və 14 aprel 2024-cü il tarixli müqavilə üzrə 99,8 manat, cəmi 514,10 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 124,29 manat və 29,94 manat, cəmi 154,23 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 14 aprel 2024-cü il tarixli müqavilə üzrə 414,30 manat əsas borc, 124,29 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum və 14 aprel 2024-cü il tarixli müqavilə üzrə 99,8 manat əsas borc, 29,94 manat cərimə, cəmi 691,93 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 14 aprel 2024-cü il tarixli müqavilə üzrə 414,30 manat əsas borc, 124,29 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum və 14 aprel 2024-cü il tarixli müqavilə üzrə 99,8 manat əsas borc, 29,94 manat cərimə, cəmi 691,93 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 14 aprel 2024-cü il tarixli hər iki müqavilə üzrə tələb olunan 124,29 manat və 29,94 manat məbləğlərində dəbbə pullarının (cərimələrinin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pullarının miqdarları 20 manatadək və 10 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 414,30 manat əsas borc, 20 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum və 14 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 99,8 manat əsas borc, 10 manat cərimə, cəmi 567,70 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 14 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 414,30 manat əsas borc, 20 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum və 14 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 99,8 manat əsas borc, 10 manat cərimə, cəmi 567 (beş yüz altmış yeddi) manat 70 (yetmiş) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar