Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-244/2025 12.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 noyabr 2023-cü il tarixli müqavilə üzrə 5358,06 manat əsas borc, 1607,42 manat cərimə, cəmi 6965,48 manat borcun və ödənilmiş 89,66 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2023-cü il tarixli müqavilə ilə cavabdeh ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 297,67 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 5358,06 manat olan APPLE MACBOOK AİR 15 markalı kompüteri iddiaçıdan almışdır. Lakin Cavabdeh həmin müqavilə üzrə aldığı mala görə heç bir ödəniş etməmiş və onun iddiaçıya 5358,06 manat borcu vardır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh həmin borcu ödəməyərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmiş, nəticədə cavabdehə 1607,42 manat dəbbə pulu hesablanmışdır. Ona görə də Cavabdeh 23 noyabr 2023-cü il tarixli müqavilə üzrə 5358,06 manat əsas borcun, 1607,42 manat cərimənin, cəmi 6965,48 manat borcun və ödənilmiş 89,66 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə məhkəməyə teleqram ünvanlayaraq Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsini müdafiə etdiyini və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə iclasında elan edimiş 23 noyabr 2023-cü il tarixli, ******* saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 297,67 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 5358,06 manat, APPLE MACBOOK AİR 15markalı kompüterin alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh (müştəri) Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edimiş 27 iyul 2022-ci il tarixli, 13983196 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 297,67 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri ümumi dəyəri 5358,06 manat olan APPLE MACBOOK AİR 15 markalı kompüterin alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh (müştəri) Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 23 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 23 noyabr 2023-cü il tarixli müqavilə üzrə 5358,06 manat əsas borc, 1607,42 manat cərimə, ümumilikdə ödənilməmiş 6965,48 manat borcu qalmışdır. Cavabdeh müqavilə üzrə ödəniş etməmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2023-cü il tarixli müqavilə ilə cavabdeh ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 297,67 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 5358,06 manat olan APPLE MACBOOK AİR 15 markalı kompüteri iddiaçıdan almışdır. Lakin Cavabdeh həmin müqavilə üzrə aldığı mala görə heç bir ödəniş etməmiş və onun iddiaçıya 5358,06 manat borcu vardır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh həmin borcu ödəməyərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmiş, nəticədə cavabdehə 1607,42 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə iş üzrə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 23 noyabr 2023-cü il tarixli müqavilə üzrə ümumilikdə 5358,06 manat əsas borcunun, 1607,42 manat cərimənin, cəmi 6965,48 manat borcunun olması barədə 03 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəli mötəbər sübut kimi qəbul edilməlidir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 23 noyabr 2023-cü il tarixli müqavilə üzrə 5358,06 manat əsas borcun, 1607,42 manat cərimənin, cəmi 6965,48 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən tələb olunan 23 noyabr 2023-cü il tarixli müqavilə üzrə 1607,42 manat cərimə (dəbbə pulu) 500 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23 noyabr 2023-cü il tarixli müqavilə üzrə 5358,06 manat əsas borc, 500 manat cərimə, ümumilikdə 5858,06 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 04 yanvar 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 89,66 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 89,66 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 23 noyabr 2023-cü il tarixli müqavilə üzrə 5358,06 manat əsas borc, 500 manat cərimə, cəmi 5858 (beş min səkkiz yüz əlli səkkiz) manat 06 (altı) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 89 (səksən doqquz) manat 66 (altımış altı) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-244/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-244/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver