Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-252/2024 23.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 714 manat əsas borc, 71 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 815 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 may 2023-cü il tarixli, R0076953 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan 12 ay müddətinə ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 714 manat olan almışdır. Lakin Cavabdeh 20 may 2023-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və iddiaçıya ödənilməmiş qalan 714 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən onun iddiaçıya 714 manat əsas borc və 71 manat cərimə borcu yaranmışdır. Ona görə də İddiaçı Cavabdeh 714 manat əsas borc, 71 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 815 manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 20 may 2023-cü il tarixli, R0076953 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 714 manat olan əşyanın alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 28 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20 may 2023-cü il tarixli, R0076953 saylı müqavilə üzrə İddiaçınə 714 manat əsas borc və 71 manat cərimə borcu qalmışdır. Cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmişdir. İşdə olan 07 dekabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 20 may 2023-cü il tarixli, R0076953 saylı müqavilə üzrə 714 manat əsas borcun və 71 manat cərimə borcunun ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 may 2023-cü il tarixli, R0076953 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan 12 ay müddətinə ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 714 manat olan əşya almışdır. Lakin Cavabdeh 20 may 2023-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və iddiaçıya ödənilməmiş qalan 714 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən onun 07 dekabr 2023-cü il tarixə iddiaçıya 714 manat əsas borc və 71 manat cərimə, cəmi 785 manat borcu yaranmışdır. Ona görə də İddiaçı Cavabdeh 20 may 2023-cü il tarixli, R0076953 saylı müqavilə üzrə 714 manat əsas borc və 71 manat cərimə, cəmi 785 manat pulun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 714 manat əsas borc və 71 manat cərimə, cəmi 785 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 714 manat əsas borc və 71 manat cərimə, cəmi 785 manat alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 03 yanvar 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 714 manat əsas borc və 71 manat cərimə, cəmi 785 (yeddi yüz səksən beş) manat alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-252/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-252/2024
23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver