Məhkəmə qərarları › İş №e-2(055)-269/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-269/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-269/2024 28.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 503,56 manat əsas borc, 90,66 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 624,22 manat borcun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2023-cü il tarixli 003-DFM-0206-23 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1 ədəd ümumi dəyəri 675 manat olan “SEP 195-585-5.30” markalı qızıl almış və həmin malın dəyərini 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 15 iyun 2023-cü il tarixli müqavilə üzrə cəmi 171,44 manat ödəniş etmiş, ardıcıl üç dəfə icra vaxtı çatmış ödəniş üzrə iddiaçıya heç bir vəsait ödəməmişdir. Cavabdehin ünvanına bildiriş göndərilmiş, lakin edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malı qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehin müqavilə üzrə iddiaçıya 503,56 manat əsas borc, 90,66 manat cərimə, cəmi 594,22 manat borcu vardır. Ona görə də Cavabdeh 15 iyun 2023-cü il tarixli 003-DFM-0206-23 saylı müqavilə üzrə 503,56 manat əsas borc, 90,66 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 624,22 manat borcun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 15 iyun 2023-cü il tarixli nisyə alqı-satqı ərizə-anketdən və 15 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh onunla 675 manat dəyərində alqı-saqtı edilməsi ilə bağlı iddiaçıdan “SEP 195-585-5.30” markalı qızıl almaq üçün İddiaçınə müraciət etmişdir. İşdə olan 15 iyun 2023-cü il tarixli 003-DFM-0206-23 saylı nisyə alqı-satqı müqaviləsindən, ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, bu müqavilə ilə Cavabdeh iddiaçıdan aldığı “SEP 195-585-5.30” markalı qızıla görə İddiaçınə 12 ay müddətinə hər ay 56 manat, sonuncu ay isə 59 manat olmaqla, cəmi 675 manat ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən “SEP 195-585-5.30” markalı qızıl cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. İşdə olan 28 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 15 iyun 2023-cü il tarixli 003-DFM-0206-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə 15 yanvar 2024-cü il tarixə 503,56 manat əsas borcu, 90,66 manat cərimə borcu qalmışdır. İşdə olan 22 dekabr 2023-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 15 iyun 2023cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2023-cü il tarixli 003-DFM-0206-23 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1 ədəd ümumi dəyəri 675 manat olan “SEP 195-585-5.30” markalı qızıl almış və həmin malın dəyərini 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 15 iyun 2023-cü il tarixli müqavilə üzrə cəmi 171,44 manat ödəniş etmiş, ardıcıl üç dəfə icra vaxtı çatmış ödəniş üzrə iddiaçıya heç bir vəsait ödəməmişdir. Cavabdehin ünvanına bildiriş göndərilmiş, lakin edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malı qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehin müqavilə üzrə iddiaçıya 503,56 manat əsas borc, 90,66 manat cərimə, cəmi 594,22 manat borcu yaranmışdır. Ona görə də İddiaçı Cavabdeh 15 iyun 2023-cü il tarixli müqavilə üzrə 503,56 manat əsas borc və 90,66 manat cərimə, ümumilikdə cəmi 594,22 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 503,56 manat əsas borc və 90,66 manat cərimə, ümumilikdə cəmi 594,22 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 15 iyun 2023-cü il tarixli 003-DFM-0206-23 saylı müqavilə üzrə tələb olunan 90,66 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 50 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 iyun 2023-cü il tarixli 003-DFM-0206-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 503,56 manat əsas borc, 50 manat cərimə, cəmi 553,56 manat alınaraq İddiaçınə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 15 yanvar 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 15 iyun 2023-cü il tarixli 003-DFM-0206-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 503,56 manat əsas borc, 50 manat cərimə, cəmi 553 (beş yüz əlli üç) manat 56 (əlli altı) qəpik alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar