Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-313/2025 28.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 814,33 manat əsas borc, 639,67 manat cərimə borcu və 34,54 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 1488,54 manat borcun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 oktyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1 ədəd 1150 manat dəyərində «Samsung A346» markalı mobil telefonu 12 ay müddətinə, 160 manat ilkin ödəniş olmaqla, hər ay 82 manat, sonuncu ay isə 88 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Bundan əlavə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 oktyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1500 manat dəyərində «Samsung A546» markalı mobil telefonu 12 ay müddətinə, 230 manat ilkin ödəniş olmaqla, hər ay 105 manat, sonuncu ay 115 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Bundan əlavə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 340 manat dəyərində adlı «Behkaran 363» adlı qaz sobasını 12 ay müddətinə, ilkin ödəniş olmadan, hər ay 28 manat, sonuncu ay 32 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Cavabdeh tərəfindən müqavilələrə və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əməl edilməmiş, cavabdeh borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 814,33 manat əsas borc, 639,67 manat cərimə borcu və 34,54 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 1488,54 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 13 oktyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 12 ay müddətinə, 160 manat ilkin ödəniş olmaqla, hər ay 82 manat, sonuncu ay isə 88 manat ödəməklə ümumi nisyə məbləği 1150 manat olan «Samsung A346» markalı mobil telefonun alınması ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 30 oktyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 12 ay müddətinə, 230 manat ilkin ödəniş olmaqla, hər ay 105 manat, sonuncu ay 115 manat ödəməklə ümumi nisyə məbləği 1500 manat olan «Samsung A546» markalı mobil telefonun alınması ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 03 noyabr 2023-cü il tarixli digər nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 12 ay müddətinə ilkin ödəniş olmadan, hər ay 28 manat, sonuncu ay 32 manat ödəməklə ümumi nisyə məbləği 340 manat olan «Behkaran 363» adlı qaz sobasının alınması ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan nisyə alqı-satqı müqavilələri üzrə olan təhvil-təslim aktlarından görünür ki, Cavabdeh İddiaçı MMC-dən ümumi dəyəri 1150 manat olan «Samsung A346» markalı mobil telefonu, ümumi dəyəri 1500 manat olan «Samsung A546» markalı mobil telefonu və ümumi dəyəri 340 manat olan «Behkaran 363» adlı qaz sobasını təhvil almışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı 13 oktyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1 ədəd 1150 manat dəyərində «Samsung A346» markalı mobil telefonu 12 ay müddətinə, 160 manat ilkin ödəniş olmaqla, hər ay 82 manat, sonuncu ay isə 88 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Bundan əlavə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 oktyabr 2023-cü il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1500 manat dəyərində «Samsung A546» markalı mobil telefonu 12 ay müddətinə, 230 manat ilkin ödəniş olmaqla, hər ay 105 manat, sonuncu ay 115 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Bundan əlavə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 may 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 340 manat dəyərində «Behkaran 363» adlı qaz sobasını 12 ay müddətinə, ilkin ödəniş olmadan, hər ay 28 manat, sonuncu ay 32 manat ödəmək şərti ilə almışdır. Cavabdeh tərəfindən müqavilələrə və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əməl edilməmiş, cavabdeh borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, İddiaçı MMC Cavabdeh 814,33 manat əsas borc, 639,67 manat və 34,54 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 1488,54 manat borcu tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı MMC Cavabdeh 13 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 251,17 manat əsas borc, 174,83 manat cərimə borcunun, 30 oktyabr 2023-cü il tarixli digər müqavilə üzrə 475,32 manat əsas borc, 418,68 manat cərimə borcunun, 03 noyabr 2023-cü il tarixli müqavilə üzrə 87,84 manat əsas borc, 46,16 manat cərimə borcunun, hər üç müqavilə üzrə ümumilikdə 814,33 manat əsas borc, 639,67 manat cərimə borcunun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən müqavilə üzrə tələb olunan 639,67 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 80 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər üç müqavilə üzrə ümumilikdə 814,33 manat əsas borc, 80 manat cərimə borcu, cəmi 894,33 manat borc alınaraq İddiaçı MMC-nə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 34,54 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34,54 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh hər üç müqavilə üzrə ümumilikdə 814,33 manat əsas borc, 80 manat cərimə borcu, cəmi 894 (səkkiz yüz doxsan dörd) manat 33 (otuz üç) qəpik borc alınaraq İddiaçı MMC-nə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34 (otuz dörd) manat 54 (əlli dörd) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-313/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-313/2025
28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver