Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-325/2024 28.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 dekabr 2022-ci il tarixli müqavilə üzrə 98.09 manat əsas borc, 9.91 manat cərimə, 18 dekabr 2022-ci il tarixli digər müqavilə üzrə 41 manat əsas borc, 4 manat cərimə və 09 yanvar 2023-cü il tarixli müqavilə üzrə 462.71 manat əsas borc, 46.29 manat cərimə, cəmi 662 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən, 12 ay müddətinə hər ay 8.92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 107.04 manat olan “X2” markalı qulaqcıq almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2022-ci il tarixli digər müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 41 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 492 manat olan «X1 11» markalı mobil telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş etmədən, 18 ay müddətinə hər ay 27.22 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 489.96 manat olan «TCL Led TV» markalı televizor almışdır. Lakin Cavabdeh müqavilələr üzrə ümumilikdə 487.20 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan hər üç müqavilə üzrə cəmi 1329.02 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 9.91 manat, 4 manat və 46.29 manat, cəmi 60.20 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 18 dekabr 2022-ci il tarixli müqavilə üzrə 98.09 manat əsas borc, 9.91 manat cərimə, 18 dekabr 2022-ci il tarixli digər müqavilə üzrə 41 manat əsas borc, 4 manat cərimə və 09 yanvar 2023-cü il tarixli müqavilə üzrə 462.71 manat əsas borc, 46.29 manat cərimə, cəmi 662 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 18 dekabr 2022-ci il tarixli, 10753501 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 8.92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 107.04 manat olan “X2” markalı qulaqcığın alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 18 dekabr 2022-ci il tarixli, 10783570 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 41 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 492 manat olan “X1 11” markalı mobil telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 09 yanvar 2023-cü il tarixli, 03273363 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 27.22 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 489.96 manat olan «TCL Led TV» markalı televizorun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 28 mart 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 dekabr 2022-ci il tarixli müqavilə üzrə 98.09 manat əsas borc, 9.91 manat cərimə, 18 dekabr 2022-ci il tarixli digər müqavilə üzrə 41 manat əsas borc, 4 manat cərimə və 09 yanvar 2023-cü il tarixli müqavilə üzrə 462.71 manat əsas borc, 46.29 manat cərimə, ümumilikdə ödənilməmiş 662 manat borcu qalmışdır. Cavabdeh hər üç müqavilə üzrə cəmi 487.20 manat ödəniş etmişdir. İşdə olan 26 yanvar 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 18 dekabr 2022-ci il tarixli, 18 dekabr 2022-ci il tarixli və 09 yanvar 2023-cü il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 8.92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 107.04 manat olan “X2” markalı qulaqcıq almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2022-ci il tarixli digər müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 41 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 492 manat olan «X1 11» markalı mobil telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 yanvar 2023cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 27.22 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 489.96 manat olan «TCL Led TV» markalı televizor almışdır. Lakin Cavabdeh 18 dekabr 2022-ci il tarixli, 18 dekabr 2022-ci il tarixli və 09 yanvar 2023-cü il tarixli müqavilələr üzrə ümumilikdə 487.20 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan hər üç müqavilə üzrə, cəmi 1329.02 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 9.91 manat, 4 manat və 46.29 manat, cəmi 60.20 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 18 dekabr 2022-ci il tarixli müqavilə üzrə 98.09 manat əsas borc, 9.91 manat cərimə, 18 dekabr 2022-ci il tarixli digər müqavilə üzrə 41 manat əsas borc, 4 manat cərimə və 09 yanvar 2023-cü il tarixli müqavilə üzrə 462.71 manat əsas borc, 46.29 manat cərimə, cəmi 662 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 18 dekabr 2022-ci il tarixli müqavilə üzrə 98.09 manat əsas borc, 9.91 manat cərimə, 18 dekabr 2022-ci il tarixli digər müqavilə üzrə 41 manat əsas borc, 4 manat cərimə və 09 yanvar 2023-cü il tarixli müqavilə üzrə 462.71 manat əsas borc, 46.29 manat cərimə, cəmi 662 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 18 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən 98.09 manat əsas borc, 9.91 manat cərimə, 18 dekabr 2022-ci il tarixli digər müqaviləyə əsasən 41 manat əsas borc, 4 manat cərimə və 09 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən 462.71 manat əsas borc, 46.29 manat cərimə, cəmi 662 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 18 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən 98.09 manat əsas borc, 9.91 manat cərimə, 18 dekabr 2022-ci il tarixli digər müqaviləyə əsasən 41 manat əsas borc, 4 manat cərimə və 09 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən 462.71 manat əsas borc, 46.29 manat cərimə, cəmi 662 (altı yüz altmış iki) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30(otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-325/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-325/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver