Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-349/2025 07.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 noyabr 2023-cü il tarixli müqavilə üzrə 264,99 manat əsas borc, 79,50 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, cəmi 368,09 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödənişsiz, 12 ay müddətinə hər ay 88,33 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 1059,96 manat olan, «SAMSUNG 25W CHARGER» markalı telefon, «BOROFONE BW09» markalı qulaqlıq, «SAMSUNG GALAXY A34 5G» markalı telefon almışdır. Lakin Cavabdeh 12 noyabr 2023-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü ödəliyi tam yerinə yetirməmiş və iddiaçıya ödənilməmiş qalan 264,99 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 79,50 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 12 noyabr 2023-cü il tarixli müqavilə üzrə 264,99 manat əsas borc, 79,50 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, cəmi 368,09 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 12 noyabr 2023-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödənişsiz, 12 ay müddətinə hər ay 88,33 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1059,96 manat olan, «SAMSUNG 25W CHARGER» markalı telefon, «BOROFONE BW09» markalı qulaqlıq, «SAMSUNG GALAXY A34 5G» markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 28 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 noyabr 2023-cü il tarixli müqavilə üzrə 264,99 manat əsas borc, 79,50 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, ümumilikdə ödənilməmiş 368,09 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödənişsiz, 12 ay müddətinə hər ay 88,33 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1059,96 manat olan, «SAMSUNG 25W CHARGER» markalı telefon, «BOROFONE BW09» markalı qulaqlıq, «SAMSUNG GALAXY A34 5G» markalı telefon almışdır. Lakin Cavabdeh 12 noyabr 2023-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü ödəliyi tam yerinə yetirməmiş və iddiaçıya ödənilməmiş qalan 264,99 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 79,50 manat cərimə hesablanmışdır. Ona görə də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 12 noyabr 2023-cü il tarixli müqavilə üzrə 264,99 manat əsas borc, 79,50 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, cəmi 368,09 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 264,99 manat əsas borc, 79,50 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, cəmi 368,09 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 12 noyabr 2023-cü il tarixli müqavilə üzrə tələb olunan 79,50 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 20 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən 264,99 manat əsas borc, 20 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, cəmi 308,59 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 12 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən 264,99 manat əsas borc, 20 manat cərimə, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, cəmi 308 (üç yüz səkkiz) manat 59 (əlli doqquz) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-349/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-349/2025
07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver