Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-368/2025 07.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13866 manat əsas borc, 2773 manat cərimə və 140 manat ödənilmiş dövlət rüsumunun, cəmi 16779 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, alıcı qismində (İddiaçı) “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “X3 və Emalı Zavodu” filialı və fermer (Cavabdeh) Cavabdeh Əlizamin oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 076 saylı xam-pambığın alğı-satqı müqaviləsinə əsəsən Cavabdeh öhdəsində olan 17 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 29306,97 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, Cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin Cavabdeh yaranmış borcdan 15440,01 manat dəyərində xam-pambıq verməklə ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 076 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 13866,96 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 2773 manat təşkil edir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, həmçinin elektron kargüzarlıq və elektron məhkəmə sistemi üzərindən cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 və Emalı Zavodu ilə onun arasında bağlanmış 05 yanvar 2022-ci il tarixli, 076 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən o, 17 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq məhsulunu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüş, cəmi 15440,01 manat ödəniş etmiş, lakin qalan borcunu ödəyə bilməmişdir. Buna səbəb isə su olmadığına görə pambığın məhv olması olmuşdur. Odur ki, göstərdiklərini nəzərə alınaraq iddianın təmin olunmasını məhkəmənin mülahazəsinə buraxdığını bildirdi. İşdə olan 05 yanvar 2022-ci il tarixli 076 saylı müqavilədən görünür ki, «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 və Emalı Zavodu ilə Cavabdeh arasında 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 17 hektar torpaq sahəsində pambıq əkib becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İşdə olan 03 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 və Emalı Zavodu ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2022-ci il tarixli, 076 saylı xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən Cavabdeh ümumilikdə 29306,97 manat avans borcu olmuşdur. Cavabdeh 15440,01 manat ödəniş etdikdən sonra iddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə 13866.32 manat borcu qalmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 və Emalı Zavodu ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2022-ci il tarixli, 076 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 17 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq məhsulunu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 29306,97 manat vəsait götürmüşdür. Müqaviləyə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh borcundan 15440,01 manat ödəmiş və iddiaçıya 13866,96 manat borcu qalmışdır. Cavabdehin borclu qalması xam pambığın tədarükünü həyata keçirən X3 və Emalı Zavodu ilə cavabdeh arasında aparılan üzləşdirmə aktları və maliyyə arayışı ilə də təsdiq edilir. Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambığı təhvil vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 2773 manat təşkil edir. Ona görə də, iddiaçı «X2 Kompleksi» MMC Cavabdeh 13866 manat əsas borc, 2773 manat cərimə və 140 manat ödənilmiş dövlət rüsumunun alınmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Cavabdeh tələb olunan 2773 manat cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cərimə (dəbbə pulu) 1000 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 13866 manat əsas borc, 1000 manat cərimə (dəbbə pulu), cəmi 14866 manat tutularaq «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan ödəniş qəbzindən görünür ki, «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 140 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 140 manat dövlət rüsumunun iddianın təmin olunan hissəsinə münasibətdə 134,6 manat hissəsi cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərinlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 13866 manat əsas borc və 1000 manat dəbbə pulu, cəmi 14866 (on dörd min səkki yüz altmış altı) manat pul tutularaq iddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 134,6 (bir yüz otuz dörd manat altımış qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-368/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-368/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver