Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-370/2024 28.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə 1936 manat borc, 492 manat cərimə borcunun və 44.28 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 003-DFM-0163-23 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 2900 manat dəyərində «Sırğa 179585 1.71» markalı qızılı və «Karnitur dəsti 248 585 23.32» markalı qızılı, 12 ay müddətinə, aylıq 241 manat, sonuncu ay isə 249 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Cavabdeh tərəfindən müqaviləyə və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əməl edilməmiş, cavabdeh borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh xx.xx.2023-cü il tarixli, 003-DFM-0163-23 saylı müqavilə üzrə 1936 manat borcun, 492 manat cərimə borcunun və 44.28 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2023-cü il tarixli, 003-DFM-0163-23 saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 12 ay müddətinə hər ay 241 manat, sonuncu ay isə 249 manat ödəməklə ümumi nisyə məbləği 2900 manat olan «Sırğa 179585 1.71» markalı qızıl və «Karnitur dəsti 248 585 23.32» markalı qızılın alınması ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 003-DFM-0163-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMCdən ümumi dəyəri 2900 manat olan «Sırğa 179585 1.71» markalı qızılı və «Karnitur dəsti 248 585 23.32» markalı qızılı təhvil almışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 003-DFM-0163-23 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 2900 manat dəyərində «Sırğa 179585 1.71» markalı qızılı və «Karnitur dəsti 248 585 23.32» markalı qızılı nisyə şəkildə almışdır. Cavabdeh müqavilə üzrə öhdəliyi tam və vaxtında icra etmədiyi üçün onun iddiaçıya 1936 manat əsas borcu və 492 manat cərimə borcu yaranmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, İddiaçı MMC Cavabdeh 1936 manat əsas borcu və 492 manat cərimə borcunu tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı MMC Cavabdeh 1936 manat əsas borc və 492 manat cərimə borcunun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən müqavilə üzrə tələb olunan 492 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 100 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən edilməli, Cavabdeh 1936 manat əsas borc və 100 manat cərimə borcu alınaraq İddiaçı MMC-nə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 44.28 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44.28 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1936 manat əsas borc, 100 manat cərimə borcu, cəmi 2036(iki min otuz altı) manat alınaraq İddiaçı MMC-nə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44(qırx dörd) manat 28(iyirmi səkkiz) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-370/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-370/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver