Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-383/2025 14.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02 mart 2024-cü il tarixli müqavilə üzrə 454,9 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 136,47 manat cərimənin və 02 iyun 2024-cü il tarixli müqavilə üzrə 421,96 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumunun, 126,59 manat cərimənin, ümumilikdə 1187,12 manat borcun və 31,88 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 mart 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 15 ay müddətinə hər ay 40,07 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 601,05 manat, İMEİ kod **********704040 “TECNO SPARK 10 PRO” markalı bir ədəd telefon almışdır. Bundan başqa 02 iyun 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 70 manat ilkin ödəniş edərək, 14 ay müddətinə hər ay 30,14 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 421,96 manat, İMEİ kod **********30573 olan “SAMSUNG GALAXY A05S” markalı telefon almışdır. Lakin, Cavabdeh 02 mart 2024-cü il və 02 iyun 2024-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yetinə yetirməmiş və nəticədə beş iki müqavilə üzrə ümumilikdə iddiaçıya 876,86 manat əsas borc, 47,2 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 263,06 manat cərimə, cəmi 1187,12 manat borc ödənilməmiş qalmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Ona görə də Cavabdeh 02 mart 2024-cü il tarixli müqavilə üzrə 454,9 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 136,47 manat cərimənin və 02 iyun 2024-cü il tarixli müqavilə üzrə 421,96 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 126,59 manat cərimənin, ümumilikdə 1187,12 manat borcun və 31,88 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 02 mart 2024-cü il tarixli 03486864 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan, 15 ay müddətinə hər ay 40,07 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 601,05 manat, İMEİ kod **********704040 “TECNO SPARK 10 PRO” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 02 iyun 2024-cü il tarixli 07261373 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 70 manat ilkin ödəniş etməklə, 14 ay müddətinə hər ay 30,14 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 491,96 manat, **********30573 olan “SAMSUNG GALAXY A05S” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 29 noyabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 02 mart 2024-cü il və 02 iyun 2024-cü il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 14 mart 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 02 mart 2024-cü il tarixli müqavilə üzrə 454,9 manat əsas borcu, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu və 136,47 manat cərimə və 02 iyun 2024cü il tarixli müqavilə üzrə 421,96 manat əsas borcu, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu və 126,59 manat cərimə, ümumilikdə ödənilməmiş 1187,12 manat əsas borcu, 47,2 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu və 263,06 manat cərmə qalmışdır. Cavabdeh 02 mart 2024-cü il tarixli müqavilə üzrə 146,15 manat və 02 iyun 2024-cü il tarixli müqavilə üzrə 70 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 mart 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 15 ay müddətinə hər ay 40,07 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 601,05 manat, İMEİ kod **********704040 “TECNO SPARK 10 PRO” markalı bir ədəd telefon almışdır. Bundan başqa 02 iyun 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 70 manat ilkin ödəniş edərək, 14 ay müddətinə hər ay 30,14 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 421,96 manat, İMEİ kod **********30573 olan “SAMSUNG GALAXY A05S” markalı telefon almışdır. Lakin, Cavabdeh 02 mart 2024-cü il və 02 iyun 2024-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yetinə yetirməmiş və nəticədə beş iki müqavilə üzrə ümumilikdə iddiaçıya 876,86 manat əsas borc, 47,2 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 263,06 manat cərimə, cəmi 1187,12 manat borc ödənilməmiş qalmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 02 mart 2024-cü il tarixli müqavilə üzrə 454,9 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 136,47 manat cərimənin və 02 iyun 2024-cü il tarixli müqavilə üzrə 421,96 manat əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun və 126,59 manat cərimənin, ümumilikdə 1187,12 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 02 mart 2024-cü il tarixli müqavilə üzrə 454,9 manat əsas borcun, 136,47 manat cərimənin və 02 iyun 2024-cü il tarixli müqavilə üzrə 421,96 manat əsas borcun,126,59 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən hər iki müqavilə üzrə tələb olunan cəmi 263,06 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 02 mart 2024-cü il tarixli müqavilə üzrə 45 manatadək və 02 iyun 2024-cü il tarixli müqavilə üzrə 42 manatadək, yəni hər iki müqavilə üzrə cəmi 87 manatadək azaldılmalıdır. Məhkəmə həmçinin də iddianın İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumla bağlı hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən 02 mart 2024-cü il tarixli müqavilə üzrə 23,6 manat rüsumun və 02 iyun 2024-cü il tarixli müqavilə üzrə 23,6 manat rüsumun İnnovativ Layihələr Mərkəzinə ödənilməsi iddiada göstərilsədə, həmin rüsumların ödənilməsini təsdiq edən ödəniş qəbzləri və ya hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buradan da görünür ki, iddiaçının iddianın bu hissəsi ilə bağlı tələbi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02 mart 2024-cü il tarixli müqavilə üzrə 454,9 manat əsas borc, 45 manat cərimə və 02 iyun 2024-cü il tarixli müqavilə üzrə 421,96 manat əsas borc, 42 manat cərimə, ümumilikdə 876,86 manat əsas borc, 87 manat cərimə alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 28 yanvar 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 31,88 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31,88 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 02 mart 2024-cü il tarixli müqavilə üzrə 454,9 manat əsas borc, 45 manat cərimə və 02 iyun 2024-cü il tarixli müqavilə üzrə 421,96 manat əsas borc, 42 manat cərimə, ümumilikdə 876 (səkkiz yüz yetmiş altı) manat 86 (səksən altı) qəpik əsas borc və 87 (səksən yeddi) manat cərimə alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31 (otuz bir) manat 88 (səksən səkkiz) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-383/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-383/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver