Məhkəmə qərarları › İş №e-2(055)-403/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-403/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-403/2025 01.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Cavabdeh X2 iştirakı ilə İddiaçı «X8 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyətinin cavabdeh X3 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı «X8 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyəti cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4010,64 manat əsas borc, 802 manat cərimə və 69 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4881,64 manat borcun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X8 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, «X8 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin X9 və Emalı Zavodu ilə cavabdeh X4 arasında bağlanmış 25 yanvar 2023-cü il tarixli, 75 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 10 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq məhsulunu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 15227,58 manat vəsait götürmüşdür. Müqaviləyə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Belə ki, cavabdeh 11216,94 manat olmaqla xam pambıq dəyərində borcunu ödəmiş, lakin son nəticədə avans vəsaitə görə iddiaçıya 4010,64 manat borcu qalmışdır. Cavabdehin borclu qalması xam pambığın tədarükünü həyata keçirən X9 və Emalı Zavodu ilə cavabdeh arasında aparılan üzləşdirmə aktları və maliyyə arayışı ilə də təsdiq edilir. Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambığı təhvil vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 802 manat təşkil edir. Bununla əlaqədar cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsindən yayınmışdır. Ona görə də cavabdeh X1 4010,64 manat əsas borcun, 802 manat cərimənin və 69 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4881,64 manat pulun alınaraq iddiaçı «X8 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəməyə ərizə ünvanlayaraq cavabdeh X3 qarşı borc tələbinə dair iddia ərizəsini müdafiə etdiyini və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı cavabdeh X4 iddianı qismən etiraf edərək izahatında göstərdi ki, «X8 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin X9 və Emalı Zavodu ilə onun arasında bağlanmış 25 yanvar 2023-cü il tarixli, 75 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən o, 10 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq məhsulunu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüş, lakin cəmi 11216,94 manat ödəniş etmiş, qalan 4010,64 manat borcunu ödəyə bilməmişdir. İddiaçıya olan borcunun cərimə hissəsində ona köməklik edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan olunmuş 25 yanvar 2023-cü il tarixli 75 saylı müqavilədən görünür ki, «X8 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin X9 və Emalı Zavodu ilə cavabdeh X4 arasında 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 10 hektar torpaq sahəsində pambıq əkib becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan olunmuş 28 avqust 2023-cü il tarixli üzləşmə aktından və 02 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 25 yanvar 2023-cü il tarixli 75 saylı müqavilə üzrə X4 «X8 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə olan 15227,58 manat avans borcundan 11216,94 manatını ödəmiş, 4010,64 manat borcunu isə ödəməmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 04 noyabr 2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı «X8 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh X3 ödənilməmiş qalan 4010,64 manat borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuşdur. Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, «X8 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin X9 və Emalı Zavodu ilə cavabdeh X4 arasında bağlanmış 25 yanvar 2023-cü il tarixli, 75 saylı xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən cavabdeh 10 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq məhsulunu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürsə də, cəmi 11216,94 manat xam pambıq dəyərində ödəniş etmiş, bununla da üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya 4010,64 manat borcu qalmışdır. İddiaçı həmin borca görə cavabdehə 802 manat cərimə hesablamışdır. Hal-hazırda iddiaçı 4010,64 manat əsas borc və 802 manat cərimə, cəmi 2492 manat pulun cavabdeh X1 alınmasını tələb edir, cavabdeh isə iddianın əsas borc hissəsini qəbul edir, lakin iddianın cərimə hissəsinin azaldılmasında ona köməklik edilməsini xahiş edir. Qeyd olunanlardan görünür ki, iddiaçı «X8 Kompleksi» MMC cavabdeh X1 4010,64 manat əsas borcun və 802 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh X1 tələb olunan 802 manat cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cərimə (dəbbə pulu) 200 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdeh X1 4010,64 manat əsas borc, 200 manat cərimə (dəbbə pulu), cəmi 4210,64 manat alınaraq iddiaçı «X8 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 13 fevral 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, «X8 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 69 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 69 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 4010,64 manat əsas borc, 200 manat cərimə (dəbbə pulu), cəmi 4210 (dörd min iki yüz on) manat 64 (altımış dörd) qəpik alınaraq iddiaçı «X8 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 69 (altımış doqquz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-403/2025 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 01 aprel 2025-ci il Saatlı şəhəri Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Cavabdeh X2 iştirakı ilə İddiaçı «X8 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyətinin cavabdeh X3 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 4010,64 manat əsas borc, 200 manat cərimə (dəbbə pulu), cəmi 4210 (dörd min iki yüz on) manat 64 (altımış dörd) qəpik alınaraq iddiaçı «X8 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 69 (altımış doqquz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar