Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-424/2025 14.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 24 dekabr 2021-ci il tarixli, NRK6261142 saylı, 20 dekabr 2022-ci il tarixli, NRK6477056 saylı və 27 dekabr 2022-ci il tarixli, NRK6477099 saylı müqavilələri üzrə ümumlikdə 2606 manat borc və 47 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2653 manat borcun cavabdehdən alınıb İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2021-ci il tarixli, NRK6261142 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1379 manat olan, 47 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 74 manat ödəməklə 1332 manat dəyərində, 20 dekabr 2022-ci il tarixli, NRK6477056 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 2998 manat olan, 518 manat ilkin ödəniş etdikdən sonra 20 ay müddətinə hər ay 124 manat ödəməklə 2480 manat dəyərində və 27 dekabr 2022-ci il tarixli, NRK6477099 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 539 manat olan, 59 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 40 manat ödəməklə 480 manat dəyərində məişət avadanlıqları almışdır. Cavabdeh hər üç müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya ümumilikdə 2606 manat ödənilməmiş borcu qalmışdır. Borcun ödənilməsi barədə iddiaçı tərəfindən edilmiş xəbərdarlığa baxmayaraq cavadeh borcu ödəməkdən yayınmışdır. Ona görə də İddiaçı Cavabdeh qeyd olunan müqavilələr üzrə ümumilikdə ödənilməmiş qalan 2606 manat borcun və 47 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2653 manat borcun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 24 dekabr 2021-ci il tarixli, NRK6261142 saylı müqavilədən və təhvil-təslim aktından görünür ki, bu müqavilə ilə Cavabdeh İddiaçındən 1379 manat dəyərində məişət avadanlığını 47 manat ilkin ödəniş etməklə almış və qalan 1332 manat məbləği 18 ay müddətinə aylıq 74 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədə olması razılaşdırılmışdır. Cavabdeh LGF4M5VS6S məişət avadanlığını İddiaçındən təhvil almışdır. İşdə olan 20 dekabr 2022-ci il tarixli, NRK6477056 saylı müqavilədən və təhvil-təslim aktından görünür ki, bu müqavilə ilə Cavabdeh İddiaçındən 2998 manat dəyərində məişət avadanlığını 518 manat ilkin ödəniş etməklə almış və qalan 2480 manat məbləği 20 ay müddətinə aylıq 124 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədə olması razılaşdırılmışdır. Cavabdeh WM WM LG F4VSVS2S, Samsung TV led markalı məişət avadanlıqırını İddiaçındən təhvil almışdır. İşdə olan 27 dekabr 2022-ci il tarixli, NRK6477099 saylı müqavilədən və təhvil-təslim aktından görünür ki, bu müqavilə ilə Cavabdeh İddiaçındən 539 manat dəyərində məişət avadanlığını 59 manat ilkin ödəniş etməklə almış və qalan 480 manat məbləği 12 ay müddətinə aylıq 40 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədə olması razılaşdırılmışdır. Cavabdeh GALAXY A234/64GB BLACK markalı məişət avadanlığını İddiaçındən təhvil almışdır. İşdə olan 05 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 dekabr 2021-ci il tarixli, NRK6261142 saylı, 20 dekabr 2022-ci il tarixli, NRK6477056 saylı və 27 dekabr 2022-ci il tarixli, NRK6477099 saylı borc müqavilələri üzrə İddiaçınə ümumilikdə 4916 manat borcdan, 2606 manat borc ödənilməmiş qalmışdır. İşdə olan 16 yanvar 2025-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh 24 dekabr 2021-ci il tarixli, NRK6261142 saylı, 20 dekabr 2022-ci il tarixli, NRK6477056 saylı və 27 dekabr 2022-ci il tarixli, NRK6477099 saylı borc müqavilələri üzrə ümumlikdə 2606 manat borcun üç iş günü müddətində qaytarılmasını cavabdehdən tələb etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2021-ci il tarixli, NRK6261142 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1379 manat olan, 47 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 74 manat ödəməklə 1332 manat dəyərində, 20 dekabr 2022-ci il tarixli, NRK6477056 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 2998 manat olan, 518 manat ilkin ödəniş etdikdən sonra 20 ay müddətinə hər ay 124 manat ödəməklə 2480 manat dəyərində və 27 dekabr 2022-ci il tarixli, NRK6477099 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 539 manat olan, 59 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 40 manat ödəməklə 480 manat dəyərində məişət avadanlıqları almışdır. Cavabdeh hər üç müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya ümumilikdə 2606 manat ödənilməmiş borcu qalmışdır. Borcun ödənilməsi barədə iddiaçı tərəfindən edilmiş xəbərdarlığa baxmayaraq cavadeh borcu ödəməkdən yayınmışdır. İddiaçı tərəfindən vaxtında qaytarılmayan borc üçün cərimə məbləği cavabdehdən tələb edilməmişdir. Ona görə də İddiaçı Cavabdeh hər üç müqavilə üzrə ümumilikdə 2606 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 2606 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 24 dekabr 2021-ci il tarixli, NRK6261142 saylı, 20 dekabr 2022-ci il tarixli, NRK6477056 saylı və 27 dekabr 2022-ci il tarixli, NRK6477099 saylı müqavilələr üzrə ümumlikdə 2606 manat borc alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 13 fevral 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 47 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 47 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 24 dekabr 2021-ci il tarixli, NRK6261142 saylı, 20 dekabr 2022-ci il tarixli, NRK6477056 saylı və 27 dekabr 2022-ci il tarixli, NRK6477099 saylı müqavilələr üzrə ümumlikdə 2606 (iki min altı yüz altı) manat borc alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-424/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-424/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver