Məhkəmə qərarları › İş №e-2(055)-437/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-437/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-437/2025 07.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3425,66 manat əsas borc, 685 manat cərimə və 62 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4172,66 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin «X3 və Emalı Zavodu» ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2023-cü il tarixli, 68 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 8,4 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq məhsulunu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 12031,34 manat vəsait götürmüşdür. Müqaviləyə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh borcundan 8605,68 manat ödəmiş və iddiaçıya 3425,66 manat borcu qalmışdır. Cavabdehin borclu qalması xam pambığın tədarükünü həyata keçirən «X3 və Emalı Zavodu» ilə cavabdeh arasında aparılan üzləşdirmə aktları və maliyyə arayışı ilə də təsdiq edilir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərdi ki, «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin «X3 və Emalı Zavodu» ilə onun arasında bağlanmış 17 yanvar 2023-cü il tarixli, 68 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən o, 30 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq məhsulunu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüş, cəmi 8605,68 manat ödəniş etmiş, lakin qalan borcunu ödəyə bilməmişdir. İddiaçıya olan borcunun cərimə hissəsində ona köməklik edilməsini məhkəmədən xahiş etdi. İşdə olan 17 yanvar 2023-cü il tarixli 68 saylı müqavilədən görünür ki, «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin «X3 və Emalı Zavodu» ilə Cavabdeh arasında 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 8,4 hektar torpaq sahəsində pambıq əkib becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İşdə olan 02 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin «X3 və Emalı Zavodu» ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2023-cü il tarixli, 68 saylı xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən Cavabdeh ümumilikdə 12031,34 manat borcu olmuşdur. Cavabdeh ödənişlər etdikdən sonra iddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə 3425,66 manat borcu qalmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin «X3 və Emalı Zavodu» ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2023-cü il tarixli, 68 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 8,4 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq məhsulunu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 12031,34 manat vəsait götürmüşdür. Müqaviləyə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh borcundan 8605,68 manat ödəmiş və iddiaçıya 3425,66 manat borcu qalmışdır. Cavabdehin borclu qalması xam pambığın tədarükünü həyata keçirən «X3 və Emalı Zavodu» ilə cavabdeh arasında aparılan üzləşdirmə aktları və maliyyə arayışı ilə də təsdiq edilir. Ona görə də, iddiaçı «X2 Kompleksi» MMC Cavabdeh 3425,66 manat əsas borc, 685 manat cərimə və 62 manat ödənilmiş dövlət rüsumunun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 3425,66 manat əsas borc və 685 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Cavabdeh tələb olunan 685 manat cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cərimə (dəbbə pulu) 100 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 3425,66 manat əsas borc, 100 manat cərimə (dəbbə pulu), cəmi 3525,66 manat tutularaq «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan ödəniş qəbzindən görünür ki, «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 62 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 62 manat dövlət rüsumu iddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərinlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3425,66 manat əsas borc və 100 manat dəbbə pulu, cəmi 3525 (üç min beş yüz iyirmi beş) manat 66 (altmış altı) qəpik pul tutularaq iddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 62 (altmış iki) manat dövlət rüsumu tutularaq iddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № e-2(055)-437/2025 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 07 aprel 2025-ci il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3425,66 manat əsas borc və 100 manat dəbbə pulu, cəmi 3525 (üç min beş yüz iyirmi beş) manat 66 (altmış altı) qəpik pul tutularaq iddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 62 (altmış iki) manat dövlət rüsumu tutularaq iddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar