Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-468/2025 03.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 aprel 2022-ci il tarixli müqavilə üzrə 1570 manat əsas borc, 251,20 manat cərimə, cəmi 1821,20 manat borc və 38,62 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş 50 manat olmaqla, 18 ay müddətinə hər ay 70 manat, sonuncu ay 100 manat ödəməyi öhdəsinə götürməklə ümumi dəyəri 1690 manat olan, bir ədəd «Kazimoff» markalı su təmizləyici almışdır. Lakin Cavabdeh 09 aprel 2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü ödəliyi tam yerinə yetirməmiş və iddiaçıya ödənilməmiş qalan 1570 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 251,20 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 09 aprel 2022-ci il tarixli müqavilə üzrə 1570 manat əsas borc, 251,20 manat cərimə, cəmi 1821,20 manat borc və 38,62 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 09 aprel 2022-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş 50 manat olmaqla, 18 ay müddətinə hər ay 70 manat, sonuncu ay 100 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1690 manat olan, bir ədəd «Kazimoff» markalı su təmizləyicinin alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 14 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 09 aprel 2022ci il tarixli müqavilə üzrə 1570 manat əsas borc, 251,20 manat cərimə, ümumilikdə ödənilməmiş 1821,20 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş 50 manat olmaqla, 18 ay müddətinə hər ay 70 manat, sonuncu ay 100 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1690 manat olan, bir ədəd «Kazimoff» markalı su təmizləyici almışdır. Lakin Cavabdeh 09 aprel 2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü ödəliyi tam yerinə yetirməmiş və iddiaçıya ödənilməmiş qalan 1570 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 251,20 manat cərimə hesablanmışdır. Ona görə də, İddiaçı Cavabdeh 09 aprel 2022-ci il tarixli müqavilə üzrə 1570 manat əsas borc, 251,20 manat cərimə, cəmi 1821,20 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 1570 manat əsas borc, 251,20 manat cərimə, cəmi 1821,20 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 09 aprel 2022-ci il tarixli müqavilə üzrə tələb olunan 251,20 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 70 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 09 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 1570 manat əsas borc, 70 manat cərimə, cəmi 1640 manat borc alınaraq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 38,62 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38,62 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 09 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 1570 manat əsas borc, 70 manat cərimə, cəmi 1640 (bir min altı yüz qırx) manat alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38 (otuz səkkiz) manat 62 (altmış iki) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-468/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-468/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver