Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-469/2025 12.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1690 manat əsas borcun, 270,40 manat cərimə borcu və ödənilmiş 40,01 manat məbləğində dövlət rüsumunun, cəmi 2000,41 manat pulun alınıb iddaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 31 may 2022-ci il tarixdə “İktech” markalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən İddiaçı MMC, ümumi dəyəri 1690 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun, “Malın” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Bildiririk ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, Müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu öhdəliyində olan borclarını ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 1690 manat, cərimə üzrə 270.40 manat borcu vardır. İddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddiaya etiraz edərək izahatında göstərdi ki, o, cavabdehdən götürdüyü su filtirinə görə həmin günün səhərisi onlara zəng edib demişdir ki, gəlib su filtirini geri götürsünlər. Həmin vaxt ona demişlər ki, narahat olmasın, iki-üç günə gəlib mallarını geri götürəcəklər. Hal-hazıra kimi gəlib mallarını geri götürməmişlər. Üç-dörd dəfə də sonra zəng etmiş, hər dəfə də onu aldatmışlar. Su filtiri hazırda da evindədir, amma onu bir dəfə də olsun işlətməmişdir. Ona görə də iddianın rədd olunmasını xahiş edir. İşdə olan 31 may 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə 18 ay müddətinə olmaqla 1690 manat dəyərində Su təmizləyici sisteminin verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 31 may 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh bir ədəd “İktech” markalı su təmizləyici sistemini təhvil almışdır. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 31 may 2022-ci il tarixli müqavilə üzrə İddiaçı MMC-nə 1690 manat əsas borc, 270,4 manat cərimə borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 208.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən olundu ki, İddiaçı MMC-ilə Cavabdeh arasında 31 may 2022-ci il tarixdə “İktech” markalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə” alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC ümumi dəyəri 1690 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada-ödəniş cədvəlinə uyğun, malın dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Hal-hazırda müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh İddiaçı MMC-ə əsas borcu 1690 manat, cərimə borcu 270,40 manat, ümumi borcu 1960,40 manat təşkil edir. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Ona görə də, iddaçı İddiaçı MMC Cavabdeh 1690 manat əsas borc, 270,40 manat cərimə borcu olmaqla, cəmi 1960,4 manat məbləğində borcun alınmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı MMC Cavabdeh əsas borc və cərimə borcunun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 31 may 2022-ci il tarixli müqavilə üzrə tələb olunan 270,4 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 50 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1690 manat əsas borcun, 50 manat cərimə borcun, cəmi 1740 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 40,01 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40,01 manat dövlət rüsumunun iddianın təmin olunan hissəsinə münasibətdə 37,4 manat hissəsi cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1690 manat əsas borc, 50 manat cərimə borcu olmaqla cəmi 1740 manat pul və 37,4 manat məbləğində dövlət rüsumu, cəmi 1777,4 (bir min yeddi yüz yetmiş yeddi manat qırx qəpik) manat pul alınıb İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-469/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-469/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver