Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-482/2024 29.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 iyul 2022-ci il tarixli müqavilə üzrə 386,64 manat əsas borc, 38,36 manat cərimə, 07 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 715,10 manat əsas borc, 71,90 manat cərimə və 29 yanvar 2023-cü il tarixli müqavilə üzrə 1238,86 manat əsas borc, 123,14 manat cərimə, cəmi 2574 manat borcun və 45,74 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 46,72 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 840,96 manat, İMEİ kodu **********02724 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 24 ay müddətinə hər ay 47,42 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1138,08 manat olan “MİDEA” markalı kondisioner almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 84,27 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1516,86 manat, İMEİ kodu **********21231 olan “XİAOMİ POCO X4” markalı telefon almışdır. Lakin Cavabdeh müqavilələr üzrə ümumilikdə 1155,30 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 29 iyul 2022-ci il tarixli müqavilə üzrə 386,64 manat, 07 oktyabr 2022ci il tarixli müqavilə üzrə 715,10 manat və 29 yanvar 2023-cü il tarixli müqavilə üzrə 1238,86 manat, cəmi 2340,60 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 38,36 manat, 71,90 manat və 123,14 manat, cəmi 233,40 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 29 iyul 2022-ci il tarixli müqavilə üzrə 386,64 manat əsas borc, 38,36 manat cərimə, 07 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 715,10 manat əsas borc, 71,90 manat cərimə və 29 yanvar 2023-cü il tarixli müqavilə üzrə 1238,86 manat əsas borc, 123,14 manat cərimə, cəmi 2574 manat pulun və 45,74 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 29 iyul 2022-ci il tarixli, 02621825 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 46,72 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 840,96 manat, İMEİ kodu **********02724 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 07 oktyabr 2022-ci il tarixli, 02672999 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 24 ay müddətinə hər ay 47,42 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1138,08 manat olan “MİDEA” markalı kondisioner alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 29 yanvar 2023-cü il tarixli, 02703484 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 84,27 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1516,86 manat, İMEİ kodu **********21231 olan “XİAOMİ POCO X4” markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 06 mart 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 29 iyul 2022-ci il tarixli müqavilə üzrə 386,64 manat əsas borc, 38,36 manat cərimə, 07 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 715,10 manat əsas borc, 71,90 manat cərimə və 29 yanvar 2023-cü il tarixli müqavilə üzrə 1238,86 manat əsas borc, 123,14 manat cərimə və, ümumilikdə ödənilməmiş 2574 manat borcu qalmışdır. Cavabdeh 29 iyul 2022-ci il tarixli müqavilələr üzrə müvafiq olaraq 454,32 manat, 422,98 manat və 278 manat heç bir ödəniş etmişdir. İşdə olan 29 fevral 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 29 iyul 2022-ci il tarixli, 07 oktyabr 2022-ci il tarixli və 29 yanvar 2023-cü il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 29 iyul 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 46,72 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 840,96 manat, İMEİ kodu **********02724 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 24 ay müddətinə hər ay 47,42 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1138,08 manat olan “MİDEA” markalı kondisioner almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 84,27 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1516,86 manat, İMEİ kodu **********21231 olan “XİAOMİ POCO X4” markalı telefon almışdır. Lakin Cavabdeh müqavilələr üzrə ümumilikdə 1155,30 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 29 iyul 2022-ci il tarixli müqavilə üzrə 386,64 manat, 07 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 715,10 manat və 29 yanvar 2023-cü il tarixli müqavilə üzrə 1238,86 manat, cəmi 2340,60 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 38,36 manat, 71,90 manat və 123,14 manat, cəmi 233,40 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 29 iyul 2022-ci il tarixli müqavilə üzrə 386,64 manat əsas borc, 38,36 manat cərimə, 07 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 715,10 manat əsas borc, 71,90 manat cərimə və 29 yanvar 2023-cü il tarixli müqavilə üzrə 1238,86 manat əsas borc, 123,14 manat cərimə, cəmi 2574 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 29 iyul 2022-ci il tarixli müqavilə üzrə 386,64 manat əsas borc, 38,36 manat cərimə, 07 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 715,10 manat əsas borc, 71,90 manat cərimə və 29 yanvar 2023-cü il tarixli müqavilə üzrə 1238,86 manat əsas borc, 123,14 manat cərimə, cəmi 2574 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 29 iyul 2022-ci il tarixli müqaviləyə əsasən 386,64 manat əsas borc, 38,36 manat cərimə, 07 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən 715,10 manat əsas borc, 71,90 manat cərimə və 29 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən 1238,86 manat əsas borc, 123,14 manat cərimə, cəmi 2574 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 01 mart 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 45,74 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45,74 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 29 iyul 2022-ci il tarixli müqaviləyə əsasən 386,64 manat əsas borc, 38,36 manat cərimə, 07 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən 715,10 manat əsas borc, 71,90 manat cərimə və 29 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən 1238,86 manat əsas borc, 123,14 manat cərimə, cəmi 2574 (iki min beş yüz yetmiş dörd) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45 (qırx beş) manat 74 (yetmiş dörd) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-482/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-482/2024
29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver