Məhkəmə qərarları › İş №e-2(055)-485/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-485/2024

26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-485/2024 26.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 200 manat əsas borc, 50 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 280 manat borcun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2021-ci il tarixli MOB14-0789 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 429 manat dəyərində “Samsung SM-a127 128GB Black” markalı mobil telefon almışdır. Müqaviləyə əsasən aldığı malın dəyərini ilkin ödəniş olmadan 12 ay müddətə aylıq 36 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 17 may 2022-ci il tarixdə 129 manat, 17 dekabr 2023-cü il tarixdə 100 manat, cəmi 229 manat ödəniş etmiş, lakin qalan 200 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 50 manat cərimə məbləği hesablanmışdır. Ona görə də Cavabdeh 07 dekabr 2021-ci il tarixli MOB14-0789 saylı müqavilə üzrə 200 manat əsas borc, 50 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 280 manat borcun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 07 dekabr 2021-ci il tarixli MOB14-0789 saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, bu müqavilə ilə Cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətə aylıq 36 manat olmaqla ödəməyi öhdəsinə götürməklə 429 manat dəyərində “Samsung SM-a127 128GB Black” markalı mobil telefon almışdır. İşdə olan 07 dekabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh bir ədəd “Samsung SM-a127 128GB Black” markalı mobil telefonu iddiaçıdan təhvil almışdır. İşdə olan 11 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07 dekabr 2021-ci il tarixli müqavilə üzrə 200 manat əsas borcu, 50 manat cərimə, ümumilikdə ödənilməmiş 250 manat borcu qalmışdır. İşdə olan pretenziya məktubundan (xəbərdarlıq) və onun göndərilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 07 dekabr 2021-ci il tarixli MOB14- 0789 nisyə alqı-satqı müqaviləsi üzrə 200 manat əsas borc, 50 manat cərimə, ümumilikdə ödənilməmiş 250 manat borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2021-ci il tarixli MOB14-0789 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 429 manat dəyərində “Samsung SM-a127 128GB Black” markalı mobil telefon almışdır. Müqaviləyə əsasən aldığı malın dəyərini ilkin ödəniş olmadan 12 ay müddətə aylıq 36 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 17 may 2022-ci il tarixdə 129 manat, 17 dekabr 2023-cü il tarixdə 100 manat, cəmi 229 manat ödəniş etmiş, lakin qalan 200 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə 50 manat cərimə məbləği hesablanmışdır. Ona görə də İddiaçı Cavabdeh 07 dekabr 2021-ci il tarixli müqavilə üzrə 200 manat əsas borc və 50 manat cərimə, ümumilikdə cəmi 250 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 200 manat əsas borc və 50 manat cərimə, ümumilikdə cəmi 250 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 07 dekabr 2021-ci il tarixli MOB14-0789 saylı müqavilə üzrə tələb olunan 50 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 15 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 07 dekabr 2021-ci il tarixli MOB14-0789 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 200 manat əsas borc, 15 manat cərimə, cəmi 215 manat alınaraq İddiaçınə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 22 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 07 dekabr 2021-ci il tarixli MOB14-0789 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 200 manat əsas borc, 15 manat cərimə, cəmi 215 (iki yüz on beş) manat alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar