Məhkəmə qərarları › İş №e-2(055)-493/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-493/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-493/2025 04.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 fevral 2024-cü il tarixli müqavilə üzrə 334 manat əsas borc, 33,4 manat cərimə, 03 aprel 2024-cü il tarixli müqavilə üzrə 131 manat əsas borc, 13 manat cərimə və 24 may 2024-cü il tarixli müqavilə üzrə 92,4 manat əsas borc, 9,24 manat cərimə, cəmi 613,14 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 fevral 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 66,92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 803,04 manat, İMEİ kod **********21357 olan “SAMSUNG GALAXY A24” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 aprel 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 9,5 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 171 manat olan «JBL” qulaqlıq almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 may 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 6,2 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 111,6 manat olan «Enerji Sistem” markalı qulaqlıq almışdır. Lakin Cavabdeh müqavilələr üzrə ümumilikdə 528,24 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 27 fevral 2024-cü il tarixli müqavilə üzrə 334 manat, 03 aprel 2024-cü il tarixli müqavilə üzrə 131 manat və 24 may 2024-cü il tarixli müqavilə üzrə 92,4 manat, cəmi 613,14 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 33,4 manat, 13 manat və 9,24 manat, cəmi 55,64 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 27 fevral 2024cü il tarixli müqavilə üzrə 334 manat əsas borc, 33,4 manat cərimə, 03 aprel 2024-cü il tarixli müqavilə üzrə 131 manat əsas borc, 13 manat cərimə və 24 may 2024-cü il tarixli müqavilə üzrə 92,4 manat əsas borc, 9,24 manat cərimə, cəmi 613,14 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 27 fevral 2024-cü il tarixli, ********* müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 66,92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 803,04 manat, İMEİ kod **********21357 olan “SAMSUNG GALAXY A24” markalı telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 03 aprel 2024-cü il tarixli, ******* saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 9,5 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 171 manat olan «JBL” qulaqlıq alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 24 may 2024-cü il tarixli, 03248869 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 6,2 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 111,6 manat olan «Enerji Sistem” markalı qulaqlıq alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 11 fevral 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 27 fevral 2024-cü il tarixli, 03 aprel 2024-cü il tarixli və 24 may 2024-cü il tarixli müqavilələr üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. İşdə olan 21 fevral 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 27 fevral 2024-cü il tarixli müqavilə üzrə 334 manat əsas borc, 33,4 manat cərimə, 03 aprel 2024-cü il tarixli müqavilə üzrə 131 manat əsas borc, 13 manat cərimə və 24 may 2024-cü il tarixli müqavilə üzrə 92,4 manat əsas borc, 9,24 manat cərimə, ümumilikdə 613,14 manat borcu vardır. Cavabdeh hər üç müqavilə üzrə müvafiq olaraq 469,04 manat, 19,2 manat və 40 manat, cəmi 528,24 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 fevral 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 66,92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 803,04 manat, İMEİ kod **********21357 olan “SAMSUNG GALAXY A24” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 aprel 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 9,5 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 171 manat olan «JBL” qulaqlıq almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 may 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 6,2 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 111,6 manat olan «Enerji Sistem” markalı qulaqlıq almışdır. Lakin Cavabdeh müqavilələr üzrə ümumilikdə 528,24 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 27 fevral 2024-cü il tarixli müqavilə üzrə 334 manat, 03 aprel 2024-cü il tarixli müqavilə üzrə 131 manat və 24 may 2024-cü il tarixli müqavilə üzrə 92,4 manat, cəmi 613,14 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 33,4 manat, 13 manat və 9,24 manat, cəmi 55,64 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 27 fevral 2024-cü il tarixli müqavilə üzrə 334 manat əsas borc, 33,4 manat cərimə, 03 aprel 2024-cü il tarixli müqavilə üzrə 131 manat əsas borc, 13 manat cərimə və 24 may 2024-cü il tarixli müqavilə üzrə 92,4 manat əsas borc, 9,24 manat cərimə, cəmi 613,14 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 27 fevral 2024-cü il tarixli müqavilə üzrə 334 manat əsas borc, 33,4 manat cərimə, 03 aprel 2024-cü il tarixli müqavilə üzrə 131 manat əsas borc, 13 manat cərimə və 24 may 2024-cü il tarixli müqavilə üzrə 92,4 manat əsas borc, 9,24 manat cərimə, cəmi 613,14 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 27 fevral 2024-cü il tarixli müqaviləyə əsasən 334 manat əsas borc, 33,4 manat cərimə, 03 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 131 manat əsas borc, 13 manat cərimə və 24 may 2024-cü il tarixli müqaviləyə əsasən 92,4 manat əsas borc, 9,24 manat cərimə, cəmi 613,14 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 25 fevral 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 27 fevral 2024-cü il tarixli müqaviləyə əsasən 334 manat əsas borc, 33,4 manat cərimə, 03 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 131 manat əsas borc, 13 manat cərimə və 24 may 2024-cü il tarixli müqaviləyə əsasən 92,4 manat əsas borc, 9,24 manat cərimə, cəmi 613 (altı yüz on üç) manat 14 (on dörd) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar