Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-555/2025 25.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1466,43 manat əsas borc, 184,57 manat cərimə və 36,51 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1687,51 manat borcun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2024-cü il tarixli 003-DFM-0372-24 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1 ədəd 2604 manat dəyərində mal almış və 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 21 aprel 2024-cü tarixli müqavilə üzrə ardıcıl beş dəfə icra vaxtı çatmış ödəniş üzrə iddiaçıya heç bir vəsait ödəməmişdir. Cavabdehin ünvanına bildiriş göndərilmiş, lakin edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malı qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehin müqavilə üzrə iddiaçıya 1466,43 manat əsas borc, 184,57 manat cərimə, cəmi 1651 manat borcu vardır. Ona görə də Cavabdeh 21 aprel 2024-cü il tarixli 003-DFM-0372-24 saylı müqavilə üzrə 1466,43 manat əsas borc, 184,57 manat cərimə və 36,51 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1687,51 manat borcun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da, ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 21 aprel 2024-cü il tarixli nisyə alqı-satqı ərizə-anketdən və 15 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 1 ədəd 2604 manat dəyərində mal almaq üçün İddiaçınə müraciət etmişdir. İşdə olan 21 aprel 2024-cü il tarixli 003-DFM-0372-24 saylı nisyə alqı-satqı müqaviləsindən, ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, bu müqavilə ilə Cavabdeh iddiaçıdan aldığı 1 ədəd 2604 manat dəyərində mala görə İddiaçınə 12 ay müddətinə cəmi 2604 manat ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən 1 ədəd 2604 manat dəyərində mal cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. İşdə olan 15 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 aprel 2024-cü il tarixli 003-DFM-0372-24 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə 15 yanvar 2025-ci il tarixə 1466,43 manat əsas borcu, 184,57 manat cərimə borcu qalmışdır. İşdə olan 15 yanvar 2025-ci il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 21 aprel 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2024-cü il tarixli 003-DFM-0372-24 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1 ədəd 2604 manat dəyərində mal almış və həmin malı 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 21 aprel 2024-cü il tarixli müqavilə üzrə cəmi 1327 manat ödəniş etmiş, ardıcıl altı dəfə icra vaxtı çatmış ödəniş üzrə iddiaçıya heç bir vəsait ödəməmişdir. Cavabdehin ünvanına bildiriş göndərilmiş, lakin edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malı qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehin müqavilə üzrə iddiaçıya 1466,43 manat əsas borc, 184,57 manat cərimə, cəmi 1651 manat borcu yaranmışdır. Ona görə də İddiaçı Cavabdeh 21 aprel 2024-cü il tarixli müqavilə üzrə 1466,43 manat əsas borc və 184,57 manat cərimə, ümumilikdə cəmi 1651 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh əsas borc və cərimə borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 21 aprel 2024-cü il tarixli 003-DFM-0372-24 saylı müqavilə üzrə tələb olunan 184,57 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 146 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21 aprel 2024-cü il tarixli 003-DFM-0372-24 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1466,43 manat əsas borc, 146 manat cərimə, cəmi 1612,43 manat alınaraq İddiaçınə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 36,51 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36,51 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 21 aprel 2024-cü il tarixli 003-DFM-0372-24 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1466,43 manat əsas borc, 146 manat cərimə, cəmi 1612,43 (bir min altı yüz on iki manat qırx üç qəpik) manat alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36,51 (otuz altı manat əlli bir qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-555/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-555/2025
25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver